Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
25-09-2022, 16:55
Yaponiya Şimali Koreyaya qarşı müdafiəsini gücləndirdi

Yaponiya Şimali Koreyaya qarşı müdafiəsini gücləndirdi

Şimali Koreyanın sonuncu raket sınağından sonra Yaponiyanın özünü müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida əmr imzalayıb. Bildirilir ki, baş nazir Şimali Koreyanın sentyabrın 25-də həyata keçirdiyi növbəti raket sınağı ilə bağlı əlaqədar nazirlik və idarələrə gözlənilməz hallarla əlaqədar hazırlıq barədə xüsusi göstəriş verib. Qeyd edilir ki, Yaponiya hökumətinin başçısı əlaqədar nazirliklərə və idarələrə üç əsas tapşırıq verib. Həmin tapşırıqlar gəmiçiliyin və mülki aviasiyanın təhlükəsizliyini təmin etmək, əhaliyə vəziyyətlə əlaqədar operativ və düzgün informasiyanı çatdırmaq və gözlənilməz vəziyyətə hazır olmaqdır. Baş nazirin ofisində operativ məlumatın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb. Yaponiya Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra ərazidəki gəmilərə ziyan dəyməyib.
25-09-2022, 16:45
Şimali Koreya yeni raket sınağına hazırlaşır

Şimali Koreya yeni raket sınağına hazırlaşır

Cənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıqdan buraxılan ballistik raketi sınaqdan keçirməyə hazırlaşdığına dair əlamətlər aşkar edib. Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Agentlik adı açıqlanmayan Cənubi Koreya hərbi mənbəsinə istinadən bildirir ki, hərbçilər bu həftə Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində hazırlıqlar gördüyünü müəyyən ediblər. Məlumatı ABŞ-da yerləşən beyin mərkləzləri də təsdiqləyib. Qeyd edək ki, raketin sınaqları ABŞ vitse-prezidenti Kamala Harrisin regiona səfəri ərəfəsinə təsadaüf edir. Harris gələn həftə bölgəyə səfər edərək Yaponiya və Cənubi Koreya liderləri ilə görüşməyi planlaşdırır.
25-09-2022, 16:43
Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq Komissiyası yaradılır

Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq Komissiyası yaradılır

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sinqapurun xarici işlər naziri Vivian Balakrişnanla görüşündə iki ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyasının təsis edilməsi müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb. Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib. Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib. Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
25-09-2022, 16:21

25-09-2022, 16:18
Çindən Ukrayna ilə bağlı önəmli mesaj

Çindən Ukrayna ilə bağlı önəmli mesaj

Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyir. Bunu Çin xarici işlər naziri Van Yi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında deyib. XİN başçısı qeyd edib ki, hazırda Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır. «Əsas həll yolu bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək və balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturası qurmaqdır», — deyə çinli nazir bildirib. «Biz bütün maraqlı tərəfləri böhranın genişlənməməsinə və inkişaf etməkdə olan ölkələrin qanuni hüquqlarını və maraqlarını qorumağa çağırırıq», — Van Yi çıxışına əlavə edib.
25-09-2022, 15:55
İran İraqa artilleriya zərbəsi endirdi

İran İraqa artilleriya zərbəsi endirdi

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib. Bu barədə İran dövlət televiziyası məlumat yayıb. Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib. Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!