"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
3-10-2022, 20:38
Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - İran XİN


Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - İran XİN

İran ölkələrin ərazi bütövlüyü prinsipinə və BMT Nizamnaməsinin prinsiplərinə hörmət edilməsinin zəruriliyini vurğulayır. Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib. O qeyd edib ki, rəsmi Tehran Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün göstərilən bütün səyləri dəstəkləyir, bu prosesə kömək və yardım etməyə həmişə hazırdır. Kənani, həmçinin bildirib ki, İran Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
3-10-2022, 20:37
Sülh müqaviləsinin elementləri İrəvana təqdim edilib


Sülh müqaviləsinin elementləri İrəvana təqdim edilib

Azərbaycan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 3-də Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib. C.Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib. Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib. Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xəttlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb. L.Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb. Görüş zamanı gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
3-10-2022, 20:31
Azərbaycan beynəlxalq təşkilata üzv seçildi


Azərbaycan beynəlxalq təşkilata üzv seçildi

26 sentyabr - 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.“Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir”, - qeyd olunub.
3-10-2022, 20:29
Rəsmi Bakıdan Ukraynaya mühüm dəstək


Rəsmi Bakıdan Ukraynaya mühüm dəstək

Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər. Bu barədə Azərbaycan XİN-dən bildirilib.“Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, - məlumaatda qeyd olunub.
3-10-2022, 17:39
Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edildi


Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edildi

2022-ci ilin 29 sentyabrda Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə rayon prokurorluğundan məluat verilib. Araşdırmalarla barəsində məhkəmədə cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.
3-10-2022, 17:37
Pandemiya sona yaxınlaşır - ÜST


Pandemiya sona yaxınlaşır - ÜST

“Hazırda dünyada COVID-19 pandemiyasını sonlandırmaq üçün ən əlverişli şərait yaranıb. Pandemiyanı hələ tam sonlandıra bilməsək də, üfüqdə qələbəni sezmək mümkündür”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən APA-ya bildirilib.“Bunun üçün daha çox çalışmalı və pandemiyanı geridə qoyduğumuzdan əmin olmalıyıq. COVID-19 və digər potensial pandemiyaların qarşısının alınmasında birgə səy göstərilməli, yüksək risk qrupuna aid edilən əhali kateqoriyaları tam peyvənd olunmalıdır. Bu istiqamətdə çalışarkən səhiyyə işçilərinə dəstək verməli, onları lazımi tibb avadanlıqları və təchizatlarla təmin etməliyik. Nəzərə almaq lazımdır ki, gələcəkdə müxtəlif infeksiya dalğalarını müşahidə edə bilərik. Təkcə 2022-ci ildə 1 milyondan artıq insanın COVID-19 səbəbilə dünyasını dəyişməsi o deməkdir ki, pandemiya hələ də qlobal təhlükə olaraq qalmaqdadır”.
3-10-2022, 17:35
KTMT Rusiyanı müharibə meydanında tək qoydu


KTMT Rusiyanı müharibə meydanında tək qoydu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməyəcəklər. Çünki bu, təşkilatın məsuliyyət sahəsinə daxil deyil. Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suverenliyi və dinc mövcudluğu prinsiplərindən çıxış edir. Bu mənada Aybek Smadiyarov KTMT ölkələrinin Ukraynaya qarşı vuruşmayacağını bəyan edib.
3-10-2022, 17:34
Onkoloji xəstələr və qazilər üçün yığılan pulları oğurladı


Onkoloji xəstələr və qazilər üçün yığılan pulları oğurladı

Onkoloji xəstələrin və qazilərin bank hesablarındakı pulları ələ keçirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə, həmçinin qazilərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu və hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törədən Elçin Quluzadə saxlanılaraq istintaqa cəlb edilib. Müəyyən edilib ki, Elçin Quluzadə əvvəlcə maddi yardım üçün sosial şəbəkələrdə müxtəlif profillərdə paylaşılan bank kartlarının nömrələrini və həmin şəxslərin əlaqə vasitələrini götürüb. Daha sonra o, saxta mobil kabinetlər yaradaraq hesablarda olan pulları tanımadığı digər şəxslərin və özünün virtual kartlarına köçürərək nağdlaşdırıb və bu yolla zərərçəkənlərə külli miqdarda ziyan vurub. Saxlanılan şəxsin xeyli sayda vətəndaşın pul vəsaitlərini informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Elçin Quluzadə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.



3-10-2022, 17:31
Ukraynaya 5 milyard avro yardım ayrıldı


Ukraynaya 5 milyard avro yardım ayrıldı

Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımı ayırıb. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə yazıb. Onun sözlərinə görə, bu barədə tərəflər arasında anlaşma memorandumu imzalanıb. “Bu, müharibədə Ukraynanın qələbəsinə, yenidənqurmaya və Avropanın gələcəyinə dəstək verən Avropa İttifaqının növbəti jestidir”, - Baş nazir bildirib.
3-10-2022, 17:29
Laçında xidmət edən hərbçilər mükafatlandırıldı


Laçında xidmət edən hərbçilər mükafatlandırıldı

Oktyabrın 3-də “N” hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılıb. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!