Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
3-10-2022, 16:53
Türkiyənin Ukrayna üçün inşa etdiyi hərbi gəmi suya buraxıldı


Türkiyənin Ukrayna üçün inşa etdiyi hərbi gəmi suya buraxıldı

Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi “Hetman İvan Mazepa” hərbi gəmisi İstanbulda suya buraxılıb. Butov.az xəbər verir ki, mərasimdə Türkiyə rəsmiləri ilə yanaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak edib.“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya buraxmaq şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək”, - deyə Zelenskaya özünün "Telegram" kanalında yazıb. Qeyd edək ki, Türkiyədən iki gəminin alınması üçün bir neçə il əvvəl 140.7 milyon dollar dəyərində müqavilə imzalanıb. Layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır.
3-10-2022, 16:51
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara hazırlaşır


Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi qadınların etiraz aksiyalarının yatırılmasına cavab olaraq İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Qara siyahıya 16 fiziki şəxs və təşkilatın əlavə edilməsi təklif olunur. Bu barədə "Der Spiegel" məlumat yayıb. Sanksiyaların təşəbbüskar qismində Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa və Çex Respublikası çıxış edib. Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.
3-10-2022, 16:39
Cenevrə görüşünün detalları - XİN açıqlama yaydı


Cenevrə görüşünün detalları - XİN açıqlama yaydı

2 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib. Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub. Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb. Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.
3-10-2022, 16:37
Rusiyada fərarilik rekord həddə çatıb


Rusiyada fərarilik rekord həddə çatıb

Rusiyada hərbi xidmətdən yayınma maddəsi ilə başlanan cinayət işlərinin sayı son 10 ildə maksimum həddə çatıb. Bu barədə RBC agentliyi məlumat yayıb. Cari ilin mayın 1-dən sentyabrın 20-dək Rusiya məhkəmələrinə silahlı qüvvələrdə xidmətdən yayınma maddəsi ilə 410 cinayət işi təqdim edilib. Bu göstərici 2013-cü ildən bəzi maksimum hesab olunur. Bildirilir ki, səfərbərlik elan edildikdən sonra bir çox cinayət işləri dayandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!