7-10-2022, 18:59
Ruslar Yeni ili qeyd etməyəcəklərBu il Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il və Milad tədbirləri keçirilməyəcək. Bu barədə şəhər administrasiyasının saytında məlumat yerləşdirilib. Bildirilib ki, qubernator Aleksandr Beqlov əvvəldən planlaşdırılan şənliklərin ləğvi barədə qərar qəbul edib."Tədbirlərə sərf ediləcək vəsaitdən məqsədli şəkildə istifadə olunacaq. Əvvəllər Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlığın alınmasına yönəldiləcək”, - deyə məlumatda qeyd olunub. Bundan başqa, Nijni Novqorod şəhərində də Yeni il tədbirləri ləğv olunub. Şəhər meri Yuri Şalabaev bildirib ki, tədbirlər üçün nəzərdə tutulan vəsait digər məsələlərlə yanaşı, səfərbər olan vətəndaşların ailələrinə yönəldiləcək.
7-10-2022, 18:57
Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdıUkrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıyıb.
Butov.az xəbər verir ki, qərar Ukrayna parlamenti tərəfindən qəbul edilib. Ali Radanın 287 deputatı qərarın lehinə səs verib. Deputatlar, həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıblar.
7-10-2022, 18:56
Kadırov Rusiyadan qaçan kişiləri təhqir etdi: “Ətək geyinin!”Çeçenistan rəhbəri Ramzan Kadırov səfərbərliyə görə Rusiyanı tərk edən kişilərə ətək geyinməyi tövsiyə edir. Bu barədə "RİA Novosti" agentliyi yazıb. “Çətin vaxtlarda vətənini qoyub xaricə gedənləri anlamıram. Belə qorxaqlara məsləhət görürəm ki, ətək geyinsinlər, cinsini dəyişib qadın olsunlar”, - deyə Kadırov bildirib. Çeçenistan lideri əlavə edib ki, ölkədə yalnız qismən səfərbərlik elan edilib, lakin bu, hər bir şəxsə öz vəzifəsini yerinə yetirmək üçün kifayətdir.
7-10-2022, 18:54
Türkiyə Şimali Kiprdə PUA-lar yerləşdiribTürkiyə Şimali Kiprdə PUA-lar yerləşdirib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqa səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib. Prezident qeyd edib ki, Türkiyə Şimali Kiprdə hərbi baza qura bilər.“Biz Şimali Kipri hər tərəfdən müdafiə etməliyik. Bu məsələ olsa da, olmasa da, təyyarələrimiz öz ərazimizdən havaya qalxan kimi, demək olar ki, artıq Şimali Kiprdədilər. Bununla bağlı da problem yoxdur”, - deyə Ərdoğan vurğulayıb.
7-10-2022, 18:51
Putin yaxın ətrafı ilə niyə mübahisə edib? - Kreml cavab verdiRusiya prezidenti Vladimir Putinin yaxın çevrəsində Ukraynada aparılan xüsusi hərbi əməliyyatla bağlı müzakirələr gedir, lakin bütün mübahisələr iş prosesinin bir hissəsidir. Bunu Kremlin sözçüsü Dmitri Peskov “Vaşinqton Post” jurnalistlərinin Rusiya Prezidentinin Administrasiyasında iddia edilən parçalanma ilə bağlı sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, dövlət başçısı qismən səfərbərlik elan etmək kimi əsas qərarlar qəbul etməli idi. “Belə məqamlarla bağlı fikir ayrılıqları olur. Bəziləri düşünür ki, biz fərqli davranmalıyıq, lakin bu, normal iş axınının bir hissəsidir”, - Peskov bildirib. O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti arasında iqtisadiyyat, təhsil, xüsusi əməliyyatla bağlı mübahisələr və müzakirələr hər hansı parçalanma əlaməti deyil. Nəşrin prezidentin yaxın çevrəsindən olan bir şəxsin onun qərarları ilə razılaşmadığını açıq şəkildə bəyan etməsi barədə məlumatı Peskov tamamilə yalan adlandırıb. Bundan əvvəl Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Müdafiə Nazirliyini tənqid etməsinə münasibət bildirib. Onun sözlərinə görə, region rəhbəri Ukraynada keçirilən xüsusi əməliyyata böyük töhfə verib və öz mövqeyini ifadə etmək, qiymət vermək hüququna malikdir. Peskovun sözlərinə görə, çətin anlarda Rusiya regionlarının rəhbərləri öz qiymətləndirmələrində emosiyaları istisna etməlidirlər.
7-10-2022, 18:49
Ukraynada qadınlar hərbi xidmətə çağırılırUkraynada qadınlar hərbi xidmətə çağırılacaq.
Butov.az xəbər verir ki, Ali Rada bununla bağlı qərarı təsdiqləyib. Hərbi xidmətə çağırış bu ildən başlayacaq. Qeyd edək ki, cari ilin fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayıb.
7-10-2022, 18:46
Məhsa Əmininin ölüm səbəbi açıqlandıİranda bir neçə gün öncə həyatını itirən 22 yaşlı Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.
Butov.az xəbər verir ki, tibbi ekspertiza Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi faktının öz təsdiqini tapmadığını bəyan edib. Məhkəmə-tibb ekspertləri bildiriblər ki, gənc qız 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib. Xatırladaq ki, Əmininin ölümü İranda genişmiqyaslı etirazlara səbəb olub. Onun hicab qaydalarına əməl etmədiyinə görə polislər tərəfindən təzyiqlərə məruz qaldığı iddia edilib.
7-10-2022, 18:44
Ombudsmana bu şəxslər müraciət edə biləcəkAzərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombusdman) insan hüquqlarının pozulması ilə əlaqədar şikayət edilməsinin əhatə dairəsi genişlənir. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. Həmçinin, insan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.
7-10-2022, 18:41
Zaporojye raketlə vuruldu - Ölənlər varOktyabrın 6-na keçən gecə Rusiya hərbçiləri Zaporojyedəki yaşayış binalarına raket hücumları təşkil edib. Hücumlardan sonra azı 15 nəfər itkin düşüb. Bu barədə Zaporojye Şəhər Şurasının katibi Andrey Kurtev "Telegram" kanalında yazıb."Raket hücumu zamanı 11 nəfər həyatını itirib.15 nəfər isə itkin düşüb. Dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - Kurtev yazıb. Onun sözlərinə görə, raket hücumları nəticəsində dağılan evlərdə axtarış-xilasetmə işləri gecə saatlarında davam etdirilib. Bu gün səhər saat 5-ə olan məlumata görə, artıq 21 nəfər xilas edilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.
7-10-2022, 18:40
Ərdoğan Paşinyanla ilk görüşü haqda nə danışdıRegionumuzda yaxşı qonşuluq sayəsində tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada jurnalistlərə açıqlamasında bildirib. Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışaraq deyib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar davam etdirilir:"İnanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik". Ərdoğan, həmçinin Avropa Siyasi Birliyi Toplantısının həmrəylik və əməkdaşlıq üçün önəmli platforma olduğunu vurğulayıb. Qeyd edək ki, bu gün Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.