Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
7-10-2022, 18:29
Ombudsmana yeni səlahiyyətlər verilir


Ombudsmana yeni səlahiyyətlər verilir

Obudsmana yeni səlahiyyətlər verilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb. Layihəyə əsasən, ombudsmanın fəaliyyətinin əsasları sıraya dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir. Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” qnunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək. Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur. Eyni zamanda Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
7-10-2022, 18:27
Jurnalistlər Füzulidə tikilən Mərkəzə baş çəkdilər


Jurnalistlər Füzulidə tikilən Mərkəzə baş çəkdilər

Bu gün bir qrup jurnalist Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzində olub. Butov.az xəbər verir ki, 35/0,4 kV-luq 2x2500 kVA gücündə olan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur. Qeyd edək ki, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım tərəfindən qoyulub.
7-10-2022, 18:25
Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?


Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?

Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü, suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir."Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq", - bəyanatda qeyd olunub. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması prosesini və Praqa danışıqlarını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrəvanın üzərinə götürdüyü öhdəliklərə sona qədər əməl edəcəyi şübhə doğurur:"Ermənistan tərəfi bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Sadəcə onların tanıma məsələsi bir az fərqlidir. Ermənistanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyi şübhəlidir. Onların yaxşı söz oyunçusu olduğu məlum məsələdir. Buna inanmaq olmaz. Ermənistan “Müstəqillik haqqında akt” qəbul edərkən orada göstəriblər ki, guya Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər 1991-ci ildə ərazi bütövlüyümüzü tanıyıblarsa, ondan sonra nə baş verib? Bizim torpaqlarımızı işğal edib, etnik təmizləmə aparma ərazi bütövlüyünü tanımaqdır?Eks-nazir vurğulayıb ki, Emənistan sərhədlərin müəyyən edilməsində guya Sovet xəritələrini əsas götürdüyünü göstərməyə çalışır.“Ermənistan danışıqlarda özünü yaxşı tərəf kimi göstərmək istəyir. Onlar Sovet xəritəsinə qayıtmaq tərəfdarı olduqlarını göstərməyə çalışırlar. Ancaq Azərbaycanın müstəqilliyi ilə Qarabağ məsələsini fərqli görürlər. Ermənistan Azərbaycan ərazisini Qarabağsız de-fakto tanımaq istəyirdi. Əbəttə, biz bəyan edirik ki, Qarabağ Azərbaycann tərkibi hissəsidir”.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması mühüm hadisədir. Xankəndi şəhəri və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin tanınmasına gəlincə, politoloq düşünür ki, Ermənistan tərəfi bu addımla Qarabağın Azərbaycana məxsus olduğunu rəsmən tanıyıb.“Tanınma prosesində Azərbaycan ərazilərinə Qarabağ da daxildir. Sadəcə olaraq, Qarabağla Ermənistanı birləşdirən yolun statusu məsələsi var. Bu da sonrakı danışıqlar prosesinin işidir. Yəni yerli ermənilərlə Azərbaycan hakimiyyət orqanları qeyri-formal danışıqlar apararaq bu məsələni həll edəcək. Azərbaycan onsuz da uzun müddətdir ki, həmin ermənilərlə qeyri-formal danışıqlar aparır. Danışıqlar prosesi bundan sonra daha intensiv şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin dediyi kimi, biz Qarabağın dağlıq hissəsindəki ermənilərlə necə davranmalı olduğumuzu özümüz bilirik. Azərbaycanda yaşamaq istəməyən, Azərbaycan qanunlarını qəbul etmək istəməyənlər həmin əraziləri tərk etmək məcburiyyətində qalacaq”. Politoloqun sözlərinə görə, artıq çətin proses başlayıb:“Təbii ki, bu məsələdə əmma çıxartmağa çalışanlar olacaq. Rusiya, Rusiyanın oyuncağı Vardanyan, Arayik Arutyunyan, Robert Köçəryan, Serj Sarksiyan müəyyən problemlər yaratmaq istəyəcək. Ancaq mən inanıram ki, Avropa Birliyinin diqqəti daim burada olacaq. Onlar proseslərə nəzarət etməklə problem yaratmaq istəyənlərin qarşısını almağa çalışacaqlar. Delimitasiya çox çətin proses olsa da, maksimum 3 ay ərzində həll oluna bilər. Bir sözlə, sülh müqaviləsinin yolu açılıb”.


7-10-2022, 18:17
Baydenin nüvə qorxusu: “Putin zarafat etmir”


Baydenin nüvə qorxusu: “Putin zarafat etmir”

Nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər. Bunu ABŞ prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfə nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşib: "Vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də mümkündür". ABŞ lideri qeyd edib ki, o, rusiyalı həmkarı Vladimir Putini yaxşı tanıyır. Baydenin fikrincə, Putin taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir.
7-10-2022, 18:16
ABŞ ermənilərin cəzalandırılmasını tələb etdi


ABŞ ermənilərin cəzalandırılmasını tələb etdi

"ABŞ Edilli kəndində baş verən insan itkilərindən sarsılıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk". Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib."Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanması sarsıdıcıdır. Bu hadisənin təqsirkarları cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün məsuliyyətli olmaq lazımdır", - ABŞ rəsmisi vurğulayıb. Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
7-10-2022, 18:13
“Hansı ölkə bizə hücum etsə…” – Ərdoğandan xəbərdarlıq


“Hansı ölkə bizə hücum etsə…” – Ərdoğandan xəbərdarlıq

"Ankaranın Afina ilə danışacağı heç bir şey yoxdur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa liderlərinin Praqa sammitində bildirib. Türkiyə lideri çıxışı zamanı yenidən Yunanıstana xəbərdarlıq edib:"Türkiyə təkcə Yunanıstana deyil, onun təhlükəsizliyini təhdid edən istənilən ölkəyə adekvat cavab verməyə hazırdır. Bunu təkcə Yunanıstan eşitməsin. Hansı ölkə bizə hücum edirsə, etsin, gecə qəfil gələ bilərik. Onlar bundan xəbər tutsunlar". Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında münasibətlər bu ilin avqustun 23-dən sonra daha da pisləşib.
7-10-2022, 18:11
MDB liderləri Rusiyada toplaşır


MDB liderləri Rusiyada toplaşır

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Butov.az xəbər verir ki, MDB liderlərinin görüşü Strelnada yerləşən Konstantinovski sarayında baş tutacaq. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Sant-Peterburqa yola düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin də görüşə qatılması gözlənilir. Xatırladaq ki, MDB ölkələri liderlərinin sonuncu qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.
7-10-2022, 18:09
Helsinkidə Azərbaycan məktəbi fəaliyyətə başladı


Helsinkidə Azərbaycan məktəbi fəaliyyətə başladı

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evinin nəzdində Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunacaq. Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndirici Ülviyyə Cabbarova bildirib ki, dərslərin başlanması üçün artıq hazırlıq işləri başa çatıb. Ana dili kurslarında Diasporla İş üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə hazırladığı vəsaitdən istifadə olunacaq. Komitə digər fənn vəsaitlərini də Azərbaycan Evinə təqdim edib. Onun sözlərinə görə, artıq 20 nəfərə yaxın müdavim Azərbaycan dili kurslarında iştirak etmək üçün müraciət edib. Valideynləri övladlarının Azərbaycan dilini mükəmməl şəkildə mənimsəmələrini istəyirlər. Dərslərə hər həftənin sonunda 1 saat vaxt ayrılacaq. Azərbaycan dili müəllimi Şura Ağaverdiyeva bildirib ki, uşaqlar yaş kateqoriyalarına görə qruplara bölünəcəklər. Azərbaycan dili vəsaitinin rəngarəng şəkildə tərtib olunduğunu söyləyən müəllim bildirib ki, dərslər həftədə bir dəfə keçirildiyindən, uşaqların dil mənimsəmə müddəti 1 ilə qədər vaxt ala bilər. Əslən Cənubi Azərbaycandan olan valideyn Babək İmani bildirib ki, Azərbaycan Evinin açılacağı və burada Azərbaycan dili kursunun fəaliyyət göstərəcəyi xəbəri soydaşlarımızda böyük sevinc doğurub. Onun övladı Rafael dünyaya gələndən sonra Finlandiyada Azərbaycan dilində kitablar almağa çalışıb, bəzi kitabları isə Bakıdan gələn dostları hədiyyə edib. Bu illər ərzində həmin kitabları övladı üçün oxuyub, onun Azərbaycan dilini eşitməsinə çalışıb. “Amma Azərbaycan Evində uşaqlara doğma dilimizin tədris olunması tamamilə başqa məsələdir. Çox istəyirəm ki, övladlarım Azərbaycan dilini bizdən daha yaxşı bilsinlər”, - deyə soydaşımız vurğulayıb. Qeyd edək ki, atası ilə birlikdə Azərbaycan Evinə gələn Rafael İmaninin doğma dilimizdə yazdığı ilk söz “Azərbaycan” olub. Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı Helsinki Azərbaycan Evinin fəaliyyətinə və burada həftəsonu məktəbinin açılmasına həsr olunub.




7-10-2022, 18:05
“Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi” - Qurban Qurbanov


“Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi” - Qurban Qurbanov

"Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu". Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis təzyiqlərə baxmayaraq, oyunçuların çox peşəkar və soyuqqanlı olduğunu bildirib: "Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir". Q.Qurbanov vacib qarşılaşmada dəyərli üç xal qazandıqlarını söyləyib: "Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik".
7-10-2022, 18:03
Putin 70 yaşına çatdı


Putin 70 yaşına çatdı

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin doğum günüdür. O, yubileyini – 70 yaşını qeyd edir. Butov.az-ın məlumatına görə, Putin ad günlərini həmişə müxtəlif yerlərdə qarşılayıb. Məsələn, 2014-cü ildə ad günündə ilk dəfə özünə məzuniyyət götürüb. Həmin vaxt Putin Sibirə yollanaraq sıx meşəli dağlarda 9 kilometr piyada yol qət edib. Böyük ehtimalla budəfəki ad gününü doğulduğu Sankt-Peterburq şəhərində qeyd edəcək. Bu gün həmin şəhərdə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, doğum tarixi olmasına baxmayaraq, cümə günü prezident Putin gərgin iş rejimində çalışacaq. Butov.az saytı Rusiya prezidentinin qısa dosyasını hazırlayıb. Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə keçmiş Leninqrad - indiki Sankt-Peterburqda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.



Putin 7 may 2000-ci ildən 7 may 2008-ci ilədək Rusiya Federasiyasının ikinci prezidenti olub. (Prezident Boris Nikolayeviç Yeltsinin istefasından sonra 31 dekabr 1999-cu ildən 7 may 2000 ci ilədək prezident vəzifəsini icra edib). 1997 -ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda «Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov olub. V.Putin alman və müəyyən qədər ingilis dilini bilir. V.Putin iki dəfə Rusiya Federasiyası Hökumətinin sədri – baş nazir olub (1999–2000 və 2008–2012-ci illərdə). O. Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999) vəzifələrində də işləyib. Rusiya Dövlət Dumasına 2007-ci il seçkiləri zamanı V.Putin bitərəf olaraq «Yedinaya Rossiya» partiyasının seçki siyahısına rəhbərlik edib. 7 may 2008 -ci ildən «Yedinaya Rossiya” partiyasının sədri postunu tutub. Putin 4 dəfə prezident seçilib. O, əvvəlcə 2000-ci il martın 26-da Rusiya prezidenti seçilib, sonra isə 2004, 2012 və 2018-ci illərdə yenidən prezident olub. 2012-ci il seçkilərindən əvvəl prezidentlik müddəti 4 ildən 6 ilə uzadılıb.



Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları doğulub: Mariya (1985-ci ildə doğulub) və Katerina (1986-cı ildə anadan olub). Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıb ( 2003-cı ildə qəbul olunublar). V.Putinin qızları haqqında məlumatlar mətbuatda az verilir. Putin əksər hallarda qızları haqda sullara xəsisliklə cavab verib. Vladimir Putin və Lyudmila Aleksandrovna təxminən 30 il ailəli olandan sonra 2013-cü ildə rəsmən boşanıblar. Vladimir Putin bütün dünyanın əksinə gedərək 2022-ci ilin fevralında Ukraynada müharibəyə başlayıb. Hazırda qanlı savaş davam edir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!