27-10-2022, 18:14
Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdiPrezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. Bununla bağlı xərclər 48,282 milyon manat müəyyən edilib.
27-10-2022, 18:05
Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb. Bu barədə NTV məlumat yayıb. Yıldırım qəza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.“Düz bir həftə əvvəl, oktyabrın 20-də prezident Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar nümayəndə heyəti olaraq bir günlük səfərə çıxdıq. Maşınımız geri dönərkən qəzaya uğradı. Ağır qəza oldu, bir az salto etdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün 2 əməliyyat lazım idi. Qabırğamda da 2 sınıq var, onlar da zamanla sağalacaq. Müalicəmizə evdə davam edəcəyik", - Yıldırım qeyd edib. Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.
27-10-2022, 17:57
İranlı məmurların ailələri Londona qaçırİran rəsmilərinin ailələri Böyük Britaniyanın paytaxtı Londona sığınmağa cəhd edirlər. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Britaniyalı deputatlar İrandakı vəziyyət barədə ötən gün parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazları ilə bağlı “təcili sual” ünvanlayıblar. Parlamentin üzvü xarici işlər nazirinin müavininə İran İslam Respublikası rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.
27-10-2022, 17:55
Sərhəddə əməliyyat - Atəş açıldıOktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
27-10-2022, 17:51
İranda güclü partlayış - Ölənlər varİranda oksigen zavodunda güclü partlayış olub. Partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində qeydə alınıb. Məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Gecə saatlarında baş vermiş partlayışın ilkin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
27-10-2022, 17:49
Cümə gününün hava proqnozuOktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.
27-10-2022, 17:26
Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndiErmənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna icbari hərbi xidmətdən müqaviləli xidmətə keçidin yeni sistemini nəzərdə tutan dəyişiklik edib. Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 6 aylıq məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbçi 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə bilər. Bu zaman komandanlığın müsbət rəyi də əsas götürüləcək. Müqavilənin müddəti başa çatdıqdan sonra və ya sağlamlıq səbəbi ilə xidmət dayandırıldıqda hərbçi 5 milyon dram (təxminən 12 000 ABŞ dolları) məbləğində fəxri ödəniş alacaq. Müqaviləli hərbi qulluqçular attestasiyadan keçəcəklər.
27-10-2022, 17:24
"Xocasən" stansiyası açılışa tam hazırdırBakı metropoliteninin "Xocasən" stansiyası və "Xocasən" elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:"Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb və sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək".
27-10-2022, 17:22
İran PUA-larının 70%-i vurulub - ZelenskiRusiya ordusu Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.“Artıq 400-ə yaxın İranın pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis nəticə deyil, lakin İran PUA-larının hücumlarına görə yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, - deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.
27-10-2022, 17:19
Cəbrayılda xeyli silah-sursat aşkarlandıCəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.