10-10-2022, 17:38
Rusiya Ukraynanı Xəzərdən vurub - Baş QərargahUkrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukraynanın dinc şəhərlərində törətdiyi kütləvi terrorla bağlı məlumat açıqlayıb. Məlumatda bu günə qədər 83 raket atıldığı bildirilib. Qeyd edilib ki, hücumlar Xəzər dənizi və Nijni Novqorod sularından həyata keçirilib. Müdafiə nazirinin müavini Anna Malyarın “Telegram” kanalında bu fikirləri paylaşıb:“Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionlarından və Nijni Novqoroddan Kiyev, Lvov, Priluki şəhərlərində Ukrayna ərazisinə raket-raket və hava zərbələri endirib. Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov atəşə məruz qalıb". Odessa OVA-nın rəhbəri Maksim Marçenkonun verdiyi məlumata görə, vilayətdə üç PUA vurulub:"İşğalçılar həmçinin müvəqqəti işğal olunmuş Krım və Belarus ərazisindən buraxılmış 17 ədəd “Shahed 136” kamikadze pilotsuz uçan aparatdan da istifadə ediblər".
10-10-2022, 17:36
Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistan deyil - İrəvandan etirafGorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi Ermənistan Respublikasının sərhədlərinə daxil deyil. Bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması kontekstində yol məsələsini şərh edərkən deyib."Söhbət noyabrın 9-dan sonra Azərbaycanın nəzarətinə keçən hissədən gedir. 2010-cu ildə parlament tərəfindən qəbul edilmiş “İnzibati ərazi bölgüsü haqqında” qanuna əsasən, Gorus-Qafan yolunun həmin hissəsi Ermənistanın sərhədlərinə daxil deyil”, - Aleksanyan bildirib. Belədirsə, erməni tərəfinin niyə 30 ildir yolun həmin hissəsini işlətdiyinə gəlincə, deputat deyib ki, bu, birinci Qarabağ müharibəsində əldə edilən qələbə sayəsində təmin olunmuşdu. Eyni zamanda o, keçmiş hakimiyyət orqanlarını ittiham edib ki, Ermənistanın o vaxtkı bütün büdcəsi Azərbaycanın hərbi büdcəsindən aşağı idi və Bakıda toplanan silahlar nə vaxtsa atəş açmalıydı. Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə 2020-ci ilin dekabrında keçib. Bu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra baş verib. Zəngəzur bölgəsində yerləşən Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçib. 2021-ci ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində (həmin yer hazırda Qubadlı rayonunun Eyvazlı kəndinə məxsusdur-red.) gömrük və polis postu quraraq, Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa və gömrükhaqqı tələb etməyə başlayıb. Bu tədbirlər nəticəsində həm də Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz yükdaşımalarına son qoyulub. Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2022-ci il oktyabrın 6-da keçirilən görüşünün yekunları üzrə bəyanat qəbul edilib. Ermənistan və Azərbaycan hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
10-10-2022, 17:33
Kəlbəcərdə kəşfiyyat işləri aparılır“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir.
Butov.az xəbər verir ki, sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib. Bu çərçivədə Cəmiyyətin geoloji kəşfiyyat qrupu cari ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır. Cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir. Tutxun hövzəsi təzahür sahələrində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır. Qeyd edək ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.
10-10-2022, 17:29
Bu tarixdə Günəş tutulacaq2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək. BDU-nun Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.
10-10-2022, 17:27
ABŞ vətəndaşlarını Ukraynadan çıxmağa çağırdıABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb. Bu barədə diplomatik mənbələr məlumat yayıb. Bildirilib ki, buna səbəb Rusiyanın mülki əhaliyə və infrastruktura birbaşa təhlükə yaradan hücumlarıdır.
10-10-2022, 17:26
Makron Zelenski ilə danışdı, “yanındayıq” dediUkrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb. Bu barədə Zelenski "Twitter" hesabında bildirib."Biz hava hücumundan müdafiə sistemimizin gücləndirilməsini, Avropa və beynəlxalq ictimaiyyətin sərt reaksiyanın zəruriliyini, həmçinin Rusiyaya təzyiqin artırılmasını müzakirə etdik. Fransa Ukraynanın yanındadır", Zelenski deyib.
10-10-2022, 17:24
34 mülki vətəndaş mina qurbanı olubMüdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonunun ərazisində, Tərtər, Suqovuşan istiqamətində yeni basdırılması ehtimal edilən 9000-ə yaxın piyada, 2500-ə yaxın isə tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib. Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”.
10-10-2022, 17:23
Belarus və Rusiya qoşunları Ukraynaya qarşı birləşir - Lukaşenko açıqladıBelarus prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər. Bu barədə Belarus dövlətinin başçısı təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirib. Aleksandr Lukaşenko xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra onun Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü olub."Rusiya-Belarus İttifaqının qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional hərbi qruplaşmasının yaradılmasına razılaşdıq. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Əgər təhlükə səviyyəsi indiki səviyyəyə çatarsa, biz İttifaq dövlət qruplaşmasından istifadə etməyə başlayacağıq. Bu qrupun əsası Belarus Respublikasının ordusu, Silahlı Qüvvələridir. Sizə bildirməliyəm ki, bu qoşun qrupunun formalaşmasına başlanılıb. Proses artıq iki gündür ki, davam edir. Mənə deyilib ki, bu qrupu formalaşdırmağa başlayaq", - Belarus lideri bildirib. Lukaşenko Ukraynadan Belarusa gözlənilən mümkün zərbə ilə bağlı xəbərdarlıq edib.“Mən artıq demişəm ki, bu gün Ukraynada nəinki müzakirə edirlər, Belarus ərazisinə zərbə endirməyi planlaşdırırlar. Təbii ki, ukraynalıların buna qətiyyən ehtiyacı yoxdur. Yaxşı, niyə cənub sərhədlərimizdə ikinci cəbhə açsınlar, onların şimal sərhədlərində var? Yaxşı, niyə? Bu, ordu baxımından dəlilikdir. Buna baxmayaraq, proses başlayıb. Onların sahibləri bizi oraya çəkmək üçün Ukraynanı Belarusa qarşı müharibəyə sövq edir. Məqsəd Rusiya və Belarusla eyni vaxtda məşğul olmaqdır”, - Belarus lideri bildirib.
10-10-2022, 17:21
UNEC “British Council”un rəsmi tərəfdaşı olduUNEC-də “UNEC Language Center” (ULC) Dil mərkəzinin açılışı olub.
Butov.az xəbər verir ki, mərkəzin açılışında UNEC rektoru professor Ədalət Muradov, “British Council”un ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və universitet əməkdaşları iştirak ediblər. Rektor Ədalət Muradov qonaqlara mərkəzin fəaliyyəti, eləcə də universitetdə xarici dilin tədrisi barədə məlumat verib. Bildirib ki, ULC-də UNEC-in peşəkar müəllimləri tərəfindən “General English”, “Business English”, “Business Correspondence”, “Academic English” və “IELTS” kursları təşkil olunacaq. Sonra UNEC ilə “British Council” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, rəsmi IELTS tərəfdaşı olaraq, UNEC də British Council tərəfindən IELTS imtahanları təşkil olunacaq. Tələbələr Dil mərkəzində qeydiyyatdan keçərək, imtahana yazıla bilərlər. Mərkəzdə həftə sonları IELTS sınaq imtahanlarınin keçirilməsi nəzərdə tutulub.“UNEC Language Center”ə (ULC) UNEC-in dosenti Aysel Xəlilova rəhbərlik edəcək.
10-10-2022, 17:16
G7 ölkələri Ukraynaya görə təcili toplanırG7 ölkələrinin təcili iclası keçiriləcək. Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında paylaşıb. Onun sözlərinə görə, bu məsələ barədə Almaniya Kansleri Olaf Şoltsla danışıb. Zelenski, həmçinin sözügedən iclasda çıxış etmək niyyətində olduğunu qeyd edib. Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var.