Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-10-2022, 17:37
Sabah yağış yağacaq


Sabah yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
9-10-2022, 17:34
İrəvanda partlayış oldu: Yaralılar var


İrəvanda partlayış oldu: Yaralılar var

Ermənistanın paytaxtı İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə partlayış olub. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra güclü yanğın başlayıb. Yanğının söndürülməsinə yanğınsöndürən briqadası cəlb olunub.
9-10-2022, 17:20
Şəhidlərimizə həsr olunan kitabın təqdimatı oldu


Şəhidlərimizə həsr olunan kitabın təqdimatı oldu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, din xadimlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Qeyd olunub ki, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların müqəddəs xatirəsi daim qəlblərdə yaşayacaq. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yazdığı kitablarla şəhidlərimizin xatirəsini əbədiləşdirən şairə-publisist Manya Səxavətqızına minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “Biz ölsək də ana Vətən yaşasın” adlı bədii kompozisiya təqdim olunub.




9-10-2022, 17:03
Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdı


Tehran Qafanda baş konsulluğu niyə açıb? - İranlı nazir danışdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistanın Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb. Butov.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib. Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib. Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.
9-10-2022, 16:55
Zaporojyeyə raket hücumu: 17 ölü, 40 yaralı var


Zaporojyeyə raket hücumu: 17 ölü, 40 yaralı var

Ukraynanın Zaporojye şəhəri raket hücumuna məruz qalıb. Butov.az xəbər verir ki, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində 17 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Dağıntılar altında qalanların olduğu bildirilir. Hazırda ərazidə xilasetmə işləri aparılır.
9-10-2022, 16:52
Ermənistanda 13 minə yaxın hərbçiyə cinayət işi açılıb


Ermənistanda 13 minə yaxın hərbçiyə cinayət işi açılıb

Ermənistan ordusunun 12 600 hərbçisinə qarşı 1600-ə yaxın cinayət işi açıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan bildirib. Onun sözlərinə görə, ordudakı hərbi cinayətlərlə əlaqədar 883 nəfərə, 78 zabit, 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı və 128 mülki şəxsə ittiham elan olunub. Cinayət işlərindən 152-nin ibtidai istintaqı yekunlaşıb. Bundan əlavə, 29 şəxs barəsində 23 iş məhkəməyə göndərilib, cinayət işləri ilə bağlı 17 mindən çox şəxs dindirilib.
9-10-2022, 16:49
Separatçılar həddini aşdı: "sərhəd" çəkdilər


Separatçılar həddini aşdı: "sərhəd" çəkdilər

Gürcüstanın Kareli bələdiyyəsi yaxınlığında separatçı Cənubi Osetiya rejimi Tbilisinin çağırışlarına məhəl qoymayaraq "sərhəd" müəyyənləşdirilməsinə davam edib. Butov.az xəbər verir ki, sakinlərin sözlərinə görə, qeyri-qanuni və qondarma delimitasiya prosesi separatçı "Cənubi Osetiya hökuməti" tərəfindən aparılıb. Qanunsuz delimitasiya işləri nəticəsində separatçılar tərəfindən zəbt olunmuş ərazidə metal dirəklər və naqillər quraşdırılıb."Delimitasiya" prosesinin Cənubi Osetiyadakı rusiyalı "sülhməramlıların" gözü qarşısında baş verdiyi vurğulanıb. Məlumata görə, faktla əlaqədar artıq “qaynar xətt” fəaliyyətə başlayıb və qanunsuz proseslə bağlı Avropa İttifaqının monitorinq missiyası və Cenevrə müzakirələrinin həmsədrləri məlumatlandırılıb.
9-10-2022, 16:06
Belarus Ukraynaya nota verdi


Belarus Ukraynaya nota verdi

Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Butov.az xəbər verir ki, XİN-də səfirə nota təqdim edilib. Diplomatik notada Ukraynanın Belarus zərbə endirəcəyindən narahatlıq ifadə olunub. Ukrayna XİN isə cavabında narahatlığın əsasssız olduğunu bəyan edib.
9-10-2022, 16:02
ABŞ-ın hərbi bazası raketlə vuruldu


ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə tutulub. Zərbə nəticəsində xəsarət alan olmayıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb."Raket kompleksin daxili hissəsini vurmayıb. Ölən və yaralanan olmayıb, heç bir obyekt və ya avadanlıq zədələnməyib", - açıqlamada deyilir. Qeyd olunub ki, Mərkəzi Komandanlığın qüvvələri insidentlə bağlı araşdırma aparır.
9-10-2022, 15:57
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi


Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Xerson vilayətinin Berislav rayonunun Şevçenkovka kəndini işğaldan azad edib. Bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib."Ukrayna bayrağı yenidən bu yaşayış məntəqəsi üzərində dalğalanır. Artıq terror törədən və öldürən Rusiya işğalçıları yoxdur. İnsanlar üçün ən pis günlər arxada qalıb", - Yanuşeviç sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, yaşayış məntəqəsində dinc həyatın bərpası istiqamətində işlərə başlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!