10-10-2022, 17:14
Sabahın hava durumuBakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.
10-10-2022, 17:06
Sabahın hava durumuBakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.
10-10-2022, 17:05
“Sağ qalmağımıza kömək edin” – Ukrayna yardım istədiOktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edərək döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko "Twitter" hesabında yazıb. Qeraşşenko Kiyevə təcili kömək lazım olduğunu vurğulayıb:“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır. Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”.
10-10-2022, 17:02
Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı Son iki gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
10-10-2022, 15:38
"Qarabağ"ın dünya reytinqindəki mövqeyiBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Butov.az xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb. İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.
10-10-2022, 15:34
İspaniya XİN-dən Azərbaycanla bağlı mühüm açıqlamaİspaniyanın bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verə bilər. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın “Enagas” şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur”, - nazirlikdən bildirilib. Məlumata görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın "Tecnicas Reunidas" şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir. Məlumatda, həmçinin qeyd olunub ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər.
10-10-2022, 15:32
Kadırov həkimləri də döyüşə göndərirÇeçenistanda 500 tibb işçisi könüllü olaraq xüsusi hərbi əməliyyat zonasına getməyə hazırdır. Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib."Həkimlərimiz birbaşa həyat təhlükəsinə baxmayaraq, cəbhə xəttində ləyaqətlə xidmət etməkdə davam edirlər. Lazım gələrsə, Çeçenistan Respublikasının tibb işçiləri arasından daha 500 könüllü onlara qoşulmağa hazırdır", - Kadırov sosial şəbəkə hesabında yazıb.
10-10-2022, 15:25
BMT Rusiya əleyhinə qətnamə hazırladıBMT Baş Assambleyası bu gün keçiriləcək xüsusi sessiya çərçivəsində Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etməsini pisləyən qətnamə layihəsinin müzakirəsinə başlayacaq.
Butov.az xəbər verir ki, qətnamə bütün dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırır və Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edir.“Əgər BMT sistemi və beynəlxalq ictimaiyyət Baş Assambleya bu cür qanunsuz cəhdlərə cavab verməsə, o zaman biz çox pis vəziyyətdə olacağıq”, - deyə Avropa İttifaqının BMT-dəki daimi səfiri Ulof Skooq bildirib.
10-10-2022, 15:22
Rusiya qisas əməliyyatına başlayıbRusiya ordusu Zaporejye şəhərinə hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində Rusiya qoşunlarının hücumundan danışıb."Rusiya ordusunun hücumu nəticəsində 12 nəfər həyatını itirib, 6-sı uşaq olmaqla 49 nəfər isə yaralanıb", - deyə Zelenski bildirib. Qeyd edək ki, hücum Krım körpüsünün partladılmasının qisası kimi qiymətləndirilir. Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur.
10-10-2022, 15:20
Kiyevdə güclü partlayışlar olubKiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi həmin küçədədir. Bundan əlavə, Prezident Volodimir Zelenskinin ofisi də raket düşən ərazinin yaxınlığında yerləşir.