Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                       
8-10-2022, 16:44
Krım körpüsündəki partlayışda 3 nəfər ölüb


Krım körpüsündəki partlayışda 3 nəfər ölüb

Krım körpüsündə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir. “İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir. Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə güclü partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
8-10-2022, 16:42
Rusiya Krım körpüsündəki partlayışı terror adlandırdı


Rusiya Krım körpüsündəki partlayışı terror adlandırdı

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Krım körpüsündə baş vermiş partlayışın terror aktı olduğunu açıqlayıb. Bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib. O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini qınayıb: “Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”. Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləyib. Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.
8-10-2022, 16:40
Fransadan çağırış: İranı dərhal tərk edin!


Fransadan çağırış: İranı dərhal tərk edin!

Fransa Xarici İşlər Nazirliyi İranda olan vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə çağırıb. Bu barədə nazirlik rəsmi məlumat yayıb. Bildirilib ki, İranda olan Fransa vətəndaşlarının həbs və ədalətsiz mühakimə olunmaq təhlükəsi var:“Bu kontekstdə Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşlara konsulluq mühafizəsi təmin etmək imkanları çox məhduddur”. Xatırladaq ki, İranda sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi ölkədə kütləvi etirazlara səbəb olub. Etirazlara Fransadan olan qadınlar da dəstək veriblər.
8-10-2022, 16:39
Krım körpüsü oktyabrın sonunadək bağlandı


Krım körpüsü oktyabrın sonunadək bağlandı

Krım körpüsü oktyabrın 31-dək bağlanıb. Bu barədə Yandex.Maps xidməti məlumat yayıb."Krım körpüsü ilə keçid oktyabrın 31-dək bağlı qalacaq", - deyə məlumatda qeyd olunub.

8-10-2022, 16:37
Baş Qərargah: Rusiyanın itkiləri 62 mini keçib


Baş Qərargah: Rusiyanın itkiləri 62 mini keçib

Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın 62 060 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutkada 380 rus hərbçisi zərərsizləşdirilib. Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2472 tank, 5 111 zirehli maşın, 1 459 artilleriya sistemi, 345 reaktiv yaylım atəşi sistemi, 180 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 234 helikopter, 1 079 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3875 avtomobil və avtoçən, 136 xüsusi texnikadan ibarətdir.
8-10-2022, 16:35
Körpünün partladılması Ukraynanın xeyrinədir


Körpünün partladılması Ukraynanın xeyrinədir

Rusiya ərazisini işğal olunmuş Krımla birləşdirən Kerç körpüsünün zədələnməsi yarımadaya silah çatdırılmasını xeyli çətinləşdirir. Bu, Ukrayna üçün olduqca müsbət haldır. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib."Krım körpüsü Rusiyanı Krımla, sonra isə Xerson bölgəsi ilə birləşdirən əsas logistik əlaqədir. Bu gündən etibarən Rusiya rəsmi olaraq bu ərazidən silah tədarükü üçün istifaadə edə bilməyəcək. Bizim üçün bu, böyük dvidentdir”, - o deyib. Xatırladaq ki, oktyabrın 8-də baş verən güclü yanğından sonra Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.
8-10-2022, 16:32
İranda mədən çökdü - Ölənlər var


İranda mədən çökdü - Ölənlər var

İranın Fars əyalətində yerləşən Baxteqan mədəninin çökməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Butov.az xəbər verir ki, ötən gecədən başlanan xilasetmə işləri artıq başa çatıb. Mədəndən 2 nəfərin cəsədi çıxarılıb. Yaralı isə xəstəxanaya yerləşdirilib.
8-10-2022, 16:30
Sabahdan hava pisləşir


Sabahdan hava pisləşir

Oktyabrın 9-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, qərb küləyi arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
8-10-2022, 16:29
ABŞ-dan Çinə qarşı yeni sanksiyalar


ABŞ-dan Çinə qarşı yeni sanksiyalar

ABŞ-dan Çinə qarşı yeni sanksiyalar
ABŞ 28 Çin şirkətinə superkompüter və yarımkeçiricilər istehsalı üçün məhsul tədarükünə məhdudiyyətlər qoyub. Bu barədə ABŞ-ın Ticarət Nazirliyinin açıqlamasında deyilir."Nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu superkompüterlərin və yarımkeçiricilərin istehsalı üçün məhsullar üzrə əməliyyatlara nəzarəti genişləndirir", - deyə açıqlamada bildirilib. Qeyd edilib ki, yeni sanksiyalar Çində yerləşən 28 hüquqi şəxsə çatdırılma üçün lisenziyalaşdırılmalı olan malların çeşidini genişləndirir.
8-10-2022, 16:27
Krım körpüsü partladılıb, Putin təcili göstəriş verdi


Krım körpüsü partladılıb, Putin təcili göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin hadisə ilə bağlı Baş nazir Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib. Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!