Gürcülər dost və düşmən ölkələrin adını açıqladı - Rusiya, Ukrayna, Azərbaycan...
Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Gürcüstanda apardığı araşdırmanın nəticəsinə görə, vətəndaşların əksəriyyəti siyasi və iqtisadi tərəfdaşlar kimi Avropa İttifaqını (48-51 faiz), ABŞ-ı (43-47 faiz), Ukrayna və Türkiyəni (16-28 faiz) gördüyünü bildirib. Butov.az xəbər veriri ki, sorğunun nəticələrindəı Rusiya Gürcüstan üçün təhlükə hesab olunur. Gürcülərin 80-89 faizi Rusiyanı siyasi və ya iqtisadi təhlükə, yalnız 7 faizi siyasi tərəfdaş, 15 faizi isə iqtisadi tərəfdaş hesab edir. Sorğunun nəticəsinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün iqtisadi və siyasi tərəfdaşlar hesab olunurlar (onlar ilk onluğa daxildirlər), lakin aparıcı siyasi və iqtisadi tərəfdaşlar hesab edilmir. Tədqiqat göstərir ki, Gürcüstanda cəmiyyət ümumiyyətlə Qərb yönümlüdür. Bundan başqa, qonşularımızın Ukraynaya dəstəyi kifayət qədər yüksəkdir. Gürcülərin 24 faizi Ukraynanı Gürcüstanın siyasi, 19 faizi isə iqtisadi tərəfdaşı hesab edir.
Pakistanın məşhur qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Butov.az xəbər verir ki, “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub. “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.
Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış Zəfərin 2-ci ildönümünə həsr olunmuş rəsmi qəbul və konsert keçirilib. Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb. Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən "Tarix yazan Ordu" filminin nümayişindən sonra açılış çıxışları edilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan -Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib. Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə, yüz minlərcə azərbaycanlı torpaqlarından məcburi köçkün olduğu, Xocalı faciəsi törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər. Azərbaycan - Türkiyə Parlamentlərarası Əməkdaşlıq qrupunun sədri Əhliman Əmiraslanovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışlarında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyə toxunulub, Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub. Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.
Zəfərlərin daim olsun, Can Azərbaycan! - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib. Türkiyə XİN rəhbərinin “Twitter“ hesabında paylaşdığı təbrikdə deyilir:“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”, - Çavuşoğlu yazıb.
"Sovetski"də kompensasiya bazar qiymətlərinə uyğun veriləcək
2014-2019-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb. Bunu açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib. Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir. "Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq. "Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", - deyə icra başçısı əlavə edib.
Noyabrın 5-də Qarabağ separatçılarının “dövlət naziri” kimi qondarma vəzifənin icrasına başlayan Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan Xankəndidə özünə komanda formalaşdırır. Bu barədə Vardanyanın özü Telegram kanalında bildirib. O qeyd edib ki, komandasına keçmiş separatçıların “dövlət nazirləri” Artak Beqlaryan və Qriqori Martirosyan, “Artsaxın keçmiş mədəniyyət və təhsil naziri” Narine Aqabalyan, Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və iş adamı Arman Hakobcanyan müşavir kimi daxil olacaqlar. Ruben Vardanyan komanda işini özlərinə prioritet məqsəd qoyan və buna nail olmaq üçün hər şeyi etməyə hazır olan belə insanların komandasına cəlb olunmasını son dərəcə vacib hesab edir. Vardanyanın yaxın günlərdə separatçıların “hökumətində” yeni təyinatalara imza atacağı gözlənilir.
Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Daxili İşlər Nazirliyi (DİN) Zəfər Günü ilə bağlı paylaşım edib. Butov.az-ın məlumatına görə, paylaşımda deyilir: "8 Noyabr – Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad olunduğu gün, həm də Zəfər Günüdür! Daxili İşlər Nazirliyinin kollektivi adından bu münasibətlə qalib xalqımızı təbrik edir".
Zelenski Rusiya ilə danışıqların şərtlərini açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Qərb mediasının Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi barədə xəbərlərindən sonra Ukraynanın dialoqa başlamaq üçün şərtlərini açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb. Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq. Ukrayna prezidenti Volodimir Zelenski bu gün Telegram kanalında Kiyevin şərtlərini yazıb: "Bir daha qeyd edirəm: Ukraynanın ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün zərərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət... Bunlar tamamilə başa düşülən şərtlərdir", - deyə Zelenski bildirib. Xatırladaq ki, “Vashington Post” qəzeti daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna rəhbərliyindən Rusiya ilə danışıqlara açıqlıq nümayiş etdirməyi özəl olaraq xahiş edib. Amerikanın “The Wall Street Journal” qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan son aylarda Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparıb. Nəşrin mənbələrinin məlumatına görə, danışıqların məqsədi Ukraynada münaqişənin gərginləşməsinin, o cümlədən nüvə silahından istifadə təhlükəsinin qarşısını almaq, həmçinin iki ölkə arasında açıq rabitə kanallarını saxlamaq olub. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, Rusiya Federasiyası Ukrayna ilə danışıqlara açıq qalır, lakin hazırda onları davam etdirmək üçün heç bir yol yoxdur, çünki Rusiya tərəfi ilə hər hansı danışıqların mümkünsüzlüyü Kiyevdə qanuna çevrilib.