2-12-2022, 22:51
Almaniyadan Ukraynaya yeni hərbi dəstəkAlmaniya Ukraynaya daha yeddi ədəd "Gepard" özüyeriyən zenit qurğusu verəcək. Bu barədə "Der Spiegel" jurnalı yazıb. Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək. Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən "Krauss-Maffei Wegmann" (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək. Ötən həftə Almaniya Ukraynaya üç zirehli "Beaver" körpü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri göndərib.
2-12-2022, 22:38
Almaniyadan Ukraynaya yeni hərbi dəstəkAlmaniya Ukraynaya daha yeddi ədəd "Gepard" özüyeriyən zenit qurğusu verəcək. Bu barədə "Der Spiegel" jurnalı yazıb. Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək. Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən "Krauss-Maffei Wegmann" (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək. Ötən həftə Almaniya Ukraynaya üç zirehli "Beaver" körpü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri göndərib.
2-12-2022, 22:36
Konstitusiya məhkəməsində dəyişiklikFərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85-ci və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi K.Bəşirovun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Əkbərovun və Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Vəkillər Kollegiyasının üzvü İ.Həsənovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru S.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində prokurorun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
2-12-2022, 22:33
ABŞ və Rusiya sözünü tutmadı - ÇavuşoğluSon iki il ərzində Suriyadan gələn terrorla əlaqəli 2000-dən çox hücum yaşamışıq və bu hücumlarda 500-dən çox adam həyatını itirib, mülki insanlar öldürülüb. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Rusiya və ABŞ-la aramızda razılaşma var idi ki, terrorçuları bizim sərhədimizdən 30 kilometr o tərəfə aparacaqlar. Amma sözlərini tutmadılar. Terrorçular bu gün də bizə hücum etməyə davam edirlər”, - Çavuşoğlu bildirib.
2-12-2022, 22:31
Prezident, xanımı və qızı ilə Şəki İcra Hakimiyyətində Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya binada yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, icra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir. Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb. Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb.
2-12-2022, 22:26
“Şəki-Oğuz” Aqroparkının təməli qoyulduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına zavodun layihəsi barədə məlumat verdi. Bildirildi ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb. Qeyd edildi ki, ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur. Məlumat verildi ki, zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
2-12-2022, 22:19
Borrel 15min ukraynalı kursantı qarşılayacaqAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Ukrayna hərbi qulluqçularına təlim keçən Polşadakı hərbi missiyaya baş çəkib. Borrel bu barədə twitter səhifəsində paylaşım edib. “Bu gün Ukrayna əsgərləri üçün təlim keçəcək yenə Avropa İttifaqı missiyasına baş çəkirəm. Bu missiyanın təlim keçəcəyi 15 000 ukraynalı kursant qrupunu qarşılayacağam. Ərazisində hərbi təlimlərin önəmli hissəsinə ev sahibliyi etdiyi üçün Polşaya minnətdaram”, - deyə o qeyd edib.
2-12-2022, 22:06
İl sonuna qədər 5 rayon üzrə meteroloji stansiyalar quraşdırılacaq"Azərbaycanın 5 rayonunda ilin sonunadək meteroloji stansiyaların quraşdırılması planlaşdırılır". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib. O xatırladıb ki, son iki il ərzində Şərqi Zəngəzur və Qarabağın 10 çayın üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb. U.Tağıyeva bildirib ki, gələcəkdə Qarabağda müasir radar sisteminin quraşdırılması da gündəmdədir.
2-12-2022, 21:55
Naxçıvanda ən soyuq qış - Dekabr ayı 30 dərəcə şaxta“Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2.3 dərəcə aşağı olub”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, müşahidələrə görə son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb: "Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”. Nazirlik rəsmisinin sözlərinə görə, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir. “Belə ki, 2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8.5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb. Ayrı-ayrı illərdə dekabr ayında fərqli hava şəraiti müşahidə olunub. Məsələn, 100 illik sıralarda ən isti hava ilə bağlı rekord göstərici 1940-cı il dekabrın 11-də müsbət 27.1 dərəcə ilə müşahidə olunub. 2021-ci il dekabrın 1-də isə havanın temperaturu 26 dərəcəyə yaxınlaşıb. Qeyd edilən göstəricilər bir günlük maksimumlardır. Lakin bütövlükdə, ən isti dekabr ayı son 21 il ərzində 2010-cu ildə qeydə alınıb. Həmin il orta aylıq temperatur iqlim normasından 5.1 dərəcə yüksək olub”, - U.Tağıyeva deyib.
2-12-2022, 21:52
İranda hicabla bağlı yeni qanunlar hazırlanırİran parlamenti ictimai mədəniyyət şurası yaradacaq. Onun səlahiyyətlərinə hicabın məcburi geyinilməsi məsələsinə baxmaq daxildir. Bu barədə İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri bildirib. "İran parlamentinin Mədəniyyət komitəsində xüsusi olaraq hicabla bağlı məsələlərlə məşğul olmaq üçün işçi qrup təşkil edilib. Mədəniyyət məsələlərini müzakirə etmək üçün yaradılan İctimai Mədəniyyət Şurası hicab məsələsi ilə bağlı universal sxem hazırlayır. Qanunda aydın olmayan və ya qeyri-konstruktiv məqamlar varsa, biz parlamentdə kömək etməyə hazırıq", - Montazeri vurğulayıb. Qeyd edək ki, İranda 2 aydan çoxdur molla rejimi əleyhinə mitinqlər keçirilir.