Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
4-01-2023, 15:57
Filmdə gördüyü metodlardan istifadə edərək atasının evini qarət etdi


Filmdə gördüyü metodlardan istifadə edərək atasının evini qarət etdi

Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polisin əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa tədim edib. O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib. Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.
4-01-2023, 15:53
Münaqişənin həllinin nə olacağı bizim qərarımız deyil - ABŞ rəsmisi


Münaqişənin həllinin nə olacağı bizim qərarımız deyil - ABŞ rəsmisi

Birləşmiş Ştatlar öz tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həlli istiqamətində səylərini davam etdirir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mövcud problemlərin həlli yollarını tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi istiqamətində Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı davam etdiririk”, - Prays bildirib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycandan olan həmkarları arasında Vaşinqton və Nyu-Yorkda təşkil etdiyi görüşləri xatırladıb. “Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etmələrini istəyirik. Bu münaqişənin hərtərəfli həllinin nə olacağı bizim qərarımız deyil. Bu, tərəflərin özlərinin etməli olduğu ağır işdir”, - Dövlət Departamentinin sözçüsü bildirib. Ned Prays yekun həllə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklərini bir daha vurğulayıb:“Biz tərəfdaşlarımız vasitəsilə ikitərəfli və üçtərəfli səviyyələrdə münaqişə tərəflərilə yaxından işləməyə davam edəcəyik”.
4-01-2023, 15:47
Bakıda naməlum kişi meyidi tapıldı


Bakıda naməlum kişi meyidi tapıldı

Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində naməlum kişi meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Fotoda gördüyünüz şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

4-01-2023, 15:40
İran prezidenti Türkiyəyə səfərə hazırlaşır


İran prezidenti Türkiyəyə səfərə hazırlaşır

İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. "Belə bir səfər hazırlanırdı, onu təxirə salan bəzi səbəblər ortaya çıxdı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur", - Kalın NTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür. "Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər", - Kalın deyib. Bundan əvvəl Tehran bəyan etmişdi ki, regionda istənilən geosiyasi dəyişikliyə İranın reaksiyası olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!