TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
7-01-2023, 22:13
Türkiyə Ağrı dağında modul tipli hərbi baza tikir


Türkiyə Ağrı dağında modul tipli hərbi baza tikir

Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir. Məlumatı Türkiyə KİV-ləri yayıb. Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kameraları sistemləri və müvafiq təyinatlı silahlarla təchiz ediləcək. Qeyd olunur ki, Türkiyə sözügedən hərbi bazanı terrorla mübarizəni gücləndirmək üçün tikir.
7-01-2023, 22:05
Türkiyədə prezident seçkiləri may ayında keçiriləcək


Türkiyədə prezident seçkiləri may ayında keçiriləcək

Türkiyədə növbəti prezident seçkiləri bu ilin iyun ayında deyil, mayda keçirilə bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Qardaş ölkə lideri seçkilərin 5 ay sonra keçiriləcəyini anons edib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan çıxışında deyib. Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin vaxtının irəli çəkilməsi bir müddətdir müzakirə mövzusudur. Bildirilir ki, vətəndaşlar yay aylarında məzuniyyətdə olduğundan seçkinin iyunda keçirilməsi məqsədəuyğun deyil. Bundan öncə prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyi açıqlanmışdı.
7-01-2023, 15:31
Ukraynaya ilk dəfə özüyeriyən artilleriya qurğusu göndəriləcək


Ukraynaya ilk dəfə özüyeriyən artilleriya qurğusu göndəriləcək

Vaşinqton yeni hərbi yardım paketi çərçivəsində ilk dəfə Ukraynaya 18 özüyeriyən artilleriya qurğusu göndərəcək. Bu barədə yanvarın 7-də ABŞ müdafiə nazirinin Avrasiya, Ukrayna və Rusiya üzrə köməkçisinin müavini Laura Kuper brifinqdə bildirib. Onun sözlərinə görə, yeni yardım paketinə artilleriya sahəsində mühüm öhdəliklər daxildir. “Bunlar 155 mm kalibrli 18 ədəd M109A6 Paladin özüyeriyən artilleriya qurğusu və 155 mm kalibrli artilleriya mərmisidir”, - deyə o, ABŞ-ın Kiyevi özüyeriyən haubitsalarla ilk dəfə təmin etdiyini əlavə edib. Onun sözlərinə görə, bu silahlar əvvəllər təchiz edilmiş yedəkli haubitsalardan daha böyük manevr və qorunma təmin edəcək, eyni zamanda müttəfiqlər tərəfindən verilmiş özüyeriyən haubitsaları tamamlayacaq. Pentaqonun məlumatına görə, RIM-7 Sea Sparrow yer-hava raketləri də Vaşinqtonun Ukraynaya yeni hərbi yardım paketinə daxildir.
7-01-2023, 15:28
Sabahın havası - Qar gözlənilir


Sabahın havası - Qar gözlənilir

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolar buz bağlayacaq.
7-01-2023, 15:25
“Qarabağ” klubuna yeni futbolçu qatıldı


“Qarabağ” klubuna yeni futbolçu qatıldı

“Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub. “Qarabağ" 2022-ci ilin yayından azad agent olan Adama Diakabini heyətinə cəlb edib. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı futbolçu ilə tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.
7-01-2023, 15:22
Azad olunmuş ərazilərdə silah-sursat aşkarlandı


Azad olunmuş ərazilərdə silah-sursat aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilib. Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.
7-01-2023, 15:16
Keçmiş müşavir prezidentliyə namizədliyini irəli sürəcək


Keçmiş müşavir prezidentliyə namizədliyini irəli sürəcək

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib və əlavə edib ki, keçmiş rəhbəri, eks-prezident Donald Trampa qalib gələ bilər. 74 yaşlı Bolton “Mən boş-boş danışmıram. Bunu ciddi şəkildə edə biləcəyimi düşünməsəydim, iddialı olmazdım” deyib. Əvvəlki dörd respublikaçı prezidentin administrasiyasında çalışmış Bolton "Mən namizədliyi qazanardım və bunu ilk növbədə daha güclü xarici siyasətə ehtiyacımız olduğu üçün edərdim" söyləyib. Bolton Britaniya televiziyasına deyib ki, Respublikaçılar Partiyasının daxilində Trampa etimad azalıb. Tramp Boltonu Şimali Koreya və Əfqanıstanla bağlı məsələlərdə fikir ayrılıqlarından sonra 2019-cu ilin sentyabrında istefaya göndərmişdi. Bolton indi onun sərt xarici siyasət mövqeyinin ona mümkün prezidentlik yarışında üstünlük verəcəyinə inanır. Qeyd edək ki, Donald Tramp 2024-cü ildə prezidentliyə namizəd olacağını indidən bəyan edib.
7-01-2023, 15:14
İran daha iki nəfərin edamını həyata keçirdi


İran daha iki nəfərin edamını həyata keçirdi

İranda son iğtişaşlar zamanı hüquq-mühafizə orqanının əməkdaşını öldürməkdə təqsirləndirilən iki nəfər edam edilib. Yarımhərbi “Bəsic” təşkilatının əməkdaşı Seyid Ruhullah Əcəmianın ölümünə səbəb olan etiraz aksiyasının iki iştirakçısı bu gün səhər saatlarında asılıb. Bunlar Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni adlı şəxslərdir. Dekabrın əvvəlində bildirilmişdi ki, İran məhkəməsi “Bəsic” (İslam İnqilabı Keşikçiləri Korpusunun yarımhərbi qolu) əməkdaşının qətli işi üzrə 16 müttəhimə hökm çıxarıb, onlardan beşinə ölüm çəzası kəsilib. Sentyabrın ortalarından etibarən İranda hicabın səhv taxılmasına görə polis tərəfindən saxlanılan gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı kütləvi iğtişaşlar başlayıb.
7-01-2023, 15:11
Ukrayna bir gündə 500-ə yaxın rus hərbçisini öldürüb


Ukrayna bir gündə 500-ə yaxın rus hərbçisini öldürüb

Ukrayna Silahlı Qüvvələri daha 500-ə yaxın rus işğalçısını zərərsizləşdirib. Bununla da fevralın 24-dən yanvarın 7-dək rus hərbçilərinin itkiləri təxminən 110 min 740 (gündə +490) nəfərə çatıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Rusiyanın digər itkiləri aşağıdakı kimidir:
Tank- 3 min 66 (+2) ;
Zirehli döyüş maşını-6 min 125 (+1);
Artilleriya sistemi-2 min 62 (+3);
Reaktiv yaylım atəş sistemi-431;
Hava hücumundan müdafiə sistemi 217 (+2);
Təyyarəs-285;
Helikopter-272;
Xüsusi texnika-182.
Baş Qərargah məlumatların dəqiqləşdirildiyini əlavə edib.

7-01-2023, 00:08
ABŞ-dan Ukraynaya yüksək məbləğli hərbi yardım paketi


ABŞ-dan Ukraynaya yüksək məbləğli hərbi yardım paketi

ABŞ Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jen-Pyer məlumat yayıb. İlkin məlumata görə, yeni hərbi yardım paketinə "Bradley" piyada döyüş maşınları və özüyeriyən artilleriya qurğuları daxildir. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli hərbi potensialının gücləndirilməsi və modernləşdirilməsi üçün 225 milyon dollar nəzərdə tutulub. Yardım çərçivəsində NATO-nun şərq cinahındakı Amerika müttəfiqlərinə silah alınması üçün 682 milyon dollar göndəriləcək. Hərbi yardımın ümumi məbləği 3 milyard dollar təşkil edəcək. "Birləşmiş Ştatlar 3 milyard dollardan çox yeni hərbi yardım elan etməklə Ukraynanın özünü müdafiə qabiliyyətini təmin etmək üçün davamlı öhdəliyini nümayiş etdirəcək", - deyə o qeyd edib. Ağ Ev rəsmisi bildirib ki, 2,8 milyard dollar vəsait birbaşa Pentaqonun ehtiyatlarından təmin ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!