TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
13-01-2023, 19:38
İki ölkə arasındakı danışıqları alqışlayırıq - İran XİN


İki ölkə arasındakı danışıqları alqışlayırıq - İran XİN

İran İslam Respublikası Suriya və Türkiyə arasında danışıqları alqışlayır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə günü Beyrutda livanlı həmkarı Abdullah Həbiblə birgə mətbuat konfransında deyib. “Suriya ilə Türkiyə arasında gedən dialoqdan məmnunuq və iki ölkə arasındakı problemlərin həlli üçün istənilən danışıqları alqışlayırıq”, - nazir bildirib. “Biz hesab edirik ki, Astana formatı Suriyanın prosesdə iştirakına icazə verməklə mövcud problemləri həll etmək üçün gücləndirilməlidir”, - o, əlavə edib. Qonşularla münasibətlərə toxunan Abdullahian deyib ki, İran heç vaxt müsəlman dövlətləri ilə əlaqələri kəsmək üçün ilk addımı atan ölkə olmayıb.
13-01-2023, 19:32
Fransalı spiker Qarabağla bağlı fikir bildirdi


Fransalı spiker Qarabağla bağlı fikir bildirdi

“Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir”. Bunu yanvarın 13-də İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive fransalı jurnalistin sualını cavablandırarkən deyib.“Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”, - Yael Bron-Pive bildirib. Fransa Milli Assambleyasının spikeri Laçın yolu ilə bağlı sualı insanların gediş-gəlişinə maneənin aradan qaldırılmasının vacibliyini qeyd edib. Yael Bron-Pive siyasi danışıqların Laçın yolunin bağlı olduğu şəraitdə davam etdirilə biləcəyi ilə bağlı suala belə cavab verib: “Bəli, mən dialoqa inanan adamam və hesab edirəm ki, bundan heç vaxt imtina etmək olmaz, sülh naminə hər zaman danışıqlara cəhd etmək lazımdır”. Fransız spiker deyib ki, bu gün tərəflər arasında dialoqa qayıtmaq vacibdir. "Minsk Qrupu mövcud dialoq platformalarından biridir. Təbii ki, bu, tək deyil, çox vacib platformadır. Və bu gün çox vacibdir ki, bütün iştirakçı tərəflər bu dialoqa qayıtmağa razı olsunlar. Biz parlamentarilər də Minsk Qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq”, - Yael Bron-Pive bildirib.
13-01-2023, 19:28
Ermənistan parlamenti Laçın dəhliziylə bağlı sənədi qəbul etmədi


Ermənistan parlamenti Laçın dəhliziylə bağlı sənədi qəbul etmədi

Ermənistan parlamenti müxalifətin təklifi ilə müzakirəyə çıxarılan Laçın dəhlizi barədə sənədi qəbul etməyib. Layihəni “Hayastan” blokundan olan deputat Andranik Tevanyan təqdim edib və o, müzakirələrdən sonra layihəni üzərində çalışmaq üçün geri götürdüyünü bəyan edib. Hakim "Mülki Müqavilə" partiyasının deputatı Mariya Karapetyan parlamentin dekabrın 14-də artıq bu mövuzda bəyanat yaydığını bildirərək iqtidarın layihəni dəstəkləmədiyini açıqlayıb. Parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Eduard Aqacanyan isə öz növbəsində sənədin qəbulunun həlledici rol oynayacağını güman etməyi sadəlövhlük hesab edib. O, müxalifətin Ermənistan və Azərbaycan hakimiyyətinin mövqelərinin üst-üstə düşməsi ilə bağlı ittihamlarına da münasibət bildirib. Aqacanyan müxalifəti yalnız Azərbaycanın müdafiə etməli olduğu tezisləri irəli sürməkdə gühanlandırıb. Xatırladaq ki, Laçın-Xankəndi yolunda dekabrın 12-dən başlayaraq faydalı yataqların qanunsuz istismarına etiraz olaraq azərbaycanlı QHT nümayəndələri tərəfindən aksiya keçirilir.
13-01-2023, 19:21
Paşinyan seçimini etməlidir - Kreml


Paşinyan seçimini etməlidir - Kreml

“Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peksov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab veriblər”. Bunu Nikol Paşinyanın son günlərdəki anti-Rusiya açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi xatırladıb ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”. “Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir:
1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli;
2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir”.
13-01-2023, 19:05
Macarıstanın baş naziri Almaniyanı tənqid etdi


Macarıstanın baş naziri Almaniyanı tənqid etdi

Macarıstanın baş naziri Viktor Orban Almaniyanı tənqid edib. Orbanın tənqidi Rusiyaya qarşı sanksiyalarla bağlı olub. "Almaniyanın siyasəti və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin addımları məndə mədəni şok yaradıb. Alman praktikliyi haqqında mif dağıldı. Sanksiyalarla bağlı hesablamalar səhv aparılıb, onlar uğursuz olub", - deyə baş nazir söyləyib. Qeyd edək ki, Macarıstan baş naziri Avropa məkanında Rusiyayönümlü olmaqda tənqid edilən siyasətçidir.
13-01-2023, 17:43
Bu məqsədlər üçün 750 milyon manat ayrılacaq - Sahil Babayev


Bu məqsədlər üçün 750 milyon manat ayrılacaq - Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibə verib. QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, nazir S.Babayev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamları 800 mindən çox insanı əhatə edəcək. Nazir əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir: “Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”. Sərəncamların icrasına cari aydan başlanılacaq.

13-01-2023, 16:34
İranda yeni etirazlar dalğalanmağa başlayıb


İranda yeni etirazlar dalğalanmağa başlayıb

İranın hüquq mühafizə orqanlarının etirazçılara qarşı qəddar davranışı yeni növ etiraz aksiyasının yaranmasına səbəb olub. Tehrandakı çoxmərtəbəli binaların sakinləri evlərinin işıqlarını söndürərək eyvana çıxır və “Diktatora ölüm”, “Qadınlara azadlıq”, “Rədd olsun islam dövləti” şüarları səsləndirirlər. Etirazçıların bu taktikasının mahiyyəti daha az insanın həbs edilməsinə nail olmaqdır. Qaranlığa qərq olan böyük yaşayış komplekslərində etirazçıların səsi bütün Tehrana yayılır. Təhlükəsizlik qüvvələri belə aksiyanın qarşısını almaqda çətinlik çəkirlər. Hər gecə təkrarlanan bu aksiya ictimaiyyətin hakimiyyətlə barışmayacağını göstərir. Aksiya iştirakçılarına qarşı repressiya, həbs və edamlar insanları rejim əleyhinə daha genişmiqyaslı etirazlara sövq edib. Ötən gecə Tehranda, İsfahanda, Bəndər-Abbasda, Kirmanda, Zəncanda və digər böyük şəhərlərdə aksiyalar keçirilib və polislə qarşıdurma yaranıb. Bununla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya və Avropanın başqa şəhərlərində İran diasporunun nümayəndələri də aksiyalar keçirib, beynəlxalq ictimaiyyətdən edam və həbsləri dayandırmağı tələb ediblər. Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, insanlar tələblərinin nəzərə alınmayaraq onlara “xarici dövlətlərin casusu” adı verilməsi gərginliyi daha da artırır. Bütün bunlardan başqa, beynəlxalq təcridin daha da artması və yeni sanksiyaların tətbiqi İran hakimiyyətini dalana dirəyib. Çıxış yolunu xarici dövlətləri ittiham etməkdə görən rejim baş örtüyü qadağasını nisbətən yumşaltsa da, sabitliyi hələ də bərpa edə bilmir. Artıq İran ictimaiyyətinin hakimiyyətdən tələbi tam siyasi xarakter daşımağa başlayıb. İnsanlar nəinki belə quruluşda yaşamaq istəmir, eləcə də hakimiyyətin ideoloji xəttini də qəbul etmirlər.
13-01-2023, 16:30
Zaxarovadan ABŞ-a təklif


Zaxarovadan ABŞ-a təklif

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin pullu informasiya resurslarına media məkanında onun üzərində ciddi işləməyi tapşırdığını açıqlayıb. Zaxarova ABŞ-ın onu hədəf aldığına eyham vurub. Nazirlik sözçüsü qeyd edib ki, Dövlət Departamentinin saytında onun üstünə qırmızı hərflərlə "yalan" sözü yazılmış şəkilləri yerləşdirilib. “Deyirlər ki, Zaxarova əvvəllər yaxşı idi, indi isə pis olub. Mən sizi məyus edəcəyəm: Mən heç vaxt çox yaxşı olmamışam", - Rusiya XİN rəsmi nümayəndəsi deyib. Zaxarova ABŞ-a eksperiment keçirməyi təklif edib. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin narkotikdən istifadə etdiyini bildirib və Dövlət Departamentinin bunu inkar edib-etməyəcəyini görmək istədiyini bəyan edib.
13-01-2023, 15:21
Xəzər sahillərində suitilərin kütləvi şəkildə məhvi davam edir


Xəzər sahillərində suitilərin kütləvi şəkildə məhvi davam edir

Xəzər dənizinin şimal sahillərində suitilərin ölməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin götürdüyü laborator nümunələrin cavablarının əldə olunması üçün müəyyən vaxt lazımdır: "Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlmişdi və bir qismi isə Azərbaycan sahillərində aşkar edilib. İlkin qeyd edilən ehtimal suitilərin zəhərlənməsi ilə bağlı idi. Lakin dəqiq cavab analizlərin nəticələrindən sonra bilinəcək. Qeyd etmək istəyirəm ki, burada hər hansı brokonyerlik halı və fiziki zədəyə rast gəlinməyib. Suiti cəsədləri uzun müddət dənizdə qalmışdı və cürümə mərhələsində idi. Rusiya tərəfindən bizə verilən məlumata görə, suitilərin ölümünə zəhərlənmə səbəb olub".
13-01-2023, 15:14
Türkiyə miqrantların xəyatını xilas etdi


Türkiyə miqrantların xəyatını xilas etdi

Türkiyənin sahil-mühafizə xidməti 12 qanunsuz miqrantın həyatını xilas edib. Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində köməksiz vəziyyətdə olan miqrantlar sudan çıxarılıb. Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sularına doğru hərəkətə sövq edilən miqrantlar "TCSG-84" qayığı vasitəsilə sahilə gətirilib. Miqrantlara zəruri yardım göstərildikdən sonra onların miqrasiya mərkəzinə təhvil verildiyi bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!