İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
16-01-2023, 17:39
Peskov yenilənmiş konsepsiyayla bağlı açıqlama verdi


Peskov yenilənmiş konsepsiyayla bağlı açıqlama verdi

Rusiya Federasiyasının yenilənmiş xarici siyasət konsepsiyası hazırlanır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, layihə üzərində iş gedir və konsepsiya sənədinin hazırlanması tezliklə yekunlaşdırılacaq. "Rusiya Federasiyasının xarici siyasətinin yeni konsepsiyası Putinin fərmanı ilə Təhlükəsizlik Şurasının iclası keçirilmədən təsdiq oluna bilər", - deyə o bildirib. Bundan əlavə, Kreml rəsmisi Ukraynaya görə Qərb ölkələrini tənqid edib: "Rusiya Federasiyası Avropa ölkələrinin Ukraynaya ağır texnika tədarük etmək qərarını çox mənfi qiymətləndirir, onları ukraynalıların gələcəyi maraqlandırmır. Qərbin Ukraynaya ağır zirehli texnika verməsi vəziyyəti dəyişdirmək iqtidarında deyil". Vaqner qrupu ilə rəsmi Moskva arasında fikir ayrılığı barədə yayılan məlumatları təkzib edən D.Peskov bunun ancaq informasiya sferasında olduğunu iddia edib.
16-01-2023, 17:32
Peskov Dneprdə baş verən hadisəyə münasibət bildirdi


Peskov Dneprdə baş verən hadisəyə münasibət bildirdi

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket zərbələri endirməsinə münasibət bildirib. Peskov faktı təkzib edib. "Rusiya hərbçiləri yaşayış binalarına və Ukraynanın sosial infrastrukturuna zərbə endirmir", - deyə sözçü bildirib.. Qeyd edək ki, Dneprə hücum nəticəsində azı 36 dinc sakin həyatını itirib, 70-dən çox adam yaralanıb.
16-01-2023, 17:28
Bərpaolunan enerjiylə bağlı proqramımız tamamilə fərqlidir - İlham Əliyev


Bərpaolunan enerjiylə bağlı proqramımız tamamilə fərqlidir - İlham Əliyev

Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlətimizin başçısı bildirib: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
16-01-2023, 16:56
İranda bu münasibətlə qadın məhbuslar azadlığa buraxıldı


İranda bu münasibətlə qadın məhbuslar azadlığa buraxıldı

İranda Məhəmməd peyğəmbərin qızı həzrət Fatimənin doğum günü münasibətilə 975 qadın məhbus azadlığa buraxılıb. Bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi bildirib. O bildirib ki, həbsdə olan 6 min qadına məzuniyyət verilib. Qərara əsasən, İranın 15 əyalətində 502 məhbus azadlığa buraxılıb, 4 mindən çox məhbusun işində müxtəlif güzəştlər tətbiq olunub. Qeyd edilib ki, son bir ayda 4 mindən çox məhbus azadlığa çıxıb.
16-01-2023, 16:45
Qazaxıstanda parlament seçkiləri başa çatdı


Qazaxıstanda parlament seçkiləri başa çatdı

Qazaxıstanda parlamentin yuxarı palatasına - Senata seçkilər başa çatıb. Bu barədə "Kazinform" məlumat yayıb. Bildirilib ki, Qazaxıstanın bütün regionlarını təmsil edən 20 parlamentari seçilib. Namizədliyini irəli sürən 130 şəxsdən 55-i seçkiyə buraxılıb. Qeyd edək ki, Qazaxıstanda Senata seçkilər 3 ildən bir keçirilir və palatanın tərkibi yarıya qədər yenilənir.
16-01-2023, 16:42
“ABŞ-la olan müzakirələr müsbət şəkildə davam edir” - Çavuşoğlu


“ABŞ-la olan müzakirələr müsbət şəkildə davam edir” - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin ABŞ-dan F-16 qırıcıları almasından danışıb. Nazir bu barədə bosniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında söz açıb. "ABŞ Konqresində görüşlər və müzakirələr davam edir, proses müsbət şəkildə irəliləyir", - deyə Çavuşoğlu bildirib. Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışır. “The Wall Street Journal”ın məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir.
16-01-2023, 16:33
Krım səmasında Ukrayna PUA-sı vuruldu


Krım səmasında Ukrayna PUA-sı vuruldu

Rusiya Krım səmasında Ukraynaya məxsus dronu sıradan çıxarıb. Bu barədə Sevastopolun "qubernatoru" Mixail Razvojaev (Rusiya Krımı 2014-cü ildə ilhaq etdikdən sonra ərazidə yerli icra orqanlarının rəhbərlərini Moskva təyin edir) məlumat verib. O bildirib ki, Belbek aerodromu istiqamətindən gələn PUA-nı dənizin üzərində hava hücumundan müdafiə sistemləri vurub. Qeyd olunub ki, bu, sutka ərzində Krımda vurulan ikinci Ukrayna dronudur.
16-01-2023, 16:23
Sabahın hava proqnozu - Buludlu hava üstünlük təşkil edəcək


Sabahın hava proqnozu - Buludlu hava üstünlük təşkil edəcək

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
16-01-2023, 16:17
Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq - Ərdoğan


Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq - Ərdoğan

Taxıl dəhlizində problemi həll edən ölkə Türkiyə olub. Bunu gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir. “Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə gedir, ancaq biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan bildirib. Ərdoğan vurğulayıb ki, daşınan məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!