20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
24-01-2023, 14:51
Finlandiya XİN rəhbəri NATO-ya üzvlükdən danışdı


Finlandiya XİN rəhbəri NATO-ya üzvlükdən danışdı

Finlandiya XİN rəhbəri Pekka Haavisto ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb. O, Finlandiya və İsveçin Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlarına fasilə vermək lazım olduğunu bildirib. Nazir qeyd edib ki, rəsmi Helsinki İsveç olmadan NATO-ya müraciət etməyi də düşünə bilər. "Helsinki və Stokholm alyansa qoşulmaq üçün birgə ərizə veriblər, lakin indi İsveç və Türkiyə arasında münasibətlərin pisləşməsi fonunda vəziyyəti yenidən qiymətləndirmək lazımdır", - deyə XİN başçısı söyləyib.
24-01-2023, 14:44
Ağır çəkili nəqliyyat vasitələrinə “bir pəncərə” prinsipi tətbiq olunacaq


Ağır çəkili nəqliyyat vasitələrinə “bir pəncərə” prinsipi tətbiq olunacaq

İri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək. Bu, “Avtomobil nəqliyyatı” və Dövlət rüsumu haqqında qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə görə, xüsusi icazənin verilməsi üçün daşıyıcı yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ediləcək.
24-01-2023, 14:39
Ay sonuna qədər sosial yardımlar əlavə ödənişlə veriləcək


Ay sonuna qədər sosial yardımlar əlavə ödənişlə veriləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
24-01-2023, 14:34
Türkiyədə keçirilicək toplantının gündəliyində olan mövzular açıqlandı


Türkiyədə keçirilicək toplantının gündəliyində olan mövzular açıqlandı

Türkiyədə sabah Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. İclasa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. Toplantıda həm daxili, həm də xarici siyasət mövzuları gündəlikdə olacaq. Bildirilib ki, İsveçdə Quranın yandırılması məsələsi və Ankaranın reaksiyası, Türkiyə-Suriya normallaşma prosesi, Yunanıstanla münasibətlər və bir sıra digər aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.
24-01-2023, 00:34
Güneylilər film çəkir


Güneylilər film çəkir

Urmu gölünün qurumasından illər sonra baş verəcək ekoloji fəlakətdən bəhs edən bədii filmin hazırlıqlarına başlanılıb. Bu barədə tanınmış güneyli rejissor Babək Şirinsifət məlumat verib. O, filmə Türkiyə, Azərbaycan, İraq və İrandan olan yaradıcı heyətin cəlb olunacağını diqqətə çatdırıb:
“Gölün nağılı” adlı film Azərbaycan dilində çəkiləcək. Xaricdən dəvət etdiyimiz şəxslər isə öz dilində danışacaq. Hadisələr bir yazıçının toy günündə cərəyan edir. Ekran işinin çəkilişlərini gələn ilin payızına nəzərdə tutmuşuq. Artıq ilkin mərhələ başa çatıb. Bəzi detallar üzərində iş gedir. Filmin ssenarisində yazıçı Hafiz Xiyavi və rejissor Bəhram Təvəkküli də yaxından iştirak edir. Operator isə Turac Aslanidir”.
Rejissor bədii filmin hazırlıqları ilə yanaşı, sənədli film üzərində də işlədiyini deyib. Bildirib ki, Muğan-Savalan yaylasında etno-mifoloji janrda çəkdiyi sənədli filmin çəkilişlərinin 40 faizi artıq tamamlanıb.
Yaradıcılıq planlarından danışan B.Şirinsifət filmlərlə yanaşı, kitab və sərgi hazırlıqları ilə də məşğul olduğunu diqqətə çatdırıb.
“İstər şimal, istərsə də cənubdan olan ziyalılarımız türk antologiyası və mifologiyası ilə yaxından tanış deyil. Mütəxəssislər istisna olmaqla, bu barədə az məlumatlıdırlar. Yunan mifindən saatlarla danışa bilərlər, amma çox az adam bilir ki, Ülgən, yaxud Kayra xan kimdir. Qərara gəldim ki, Orta Asiyadan başlamış Anadoluya qədər, mifoloji qəhrəmanlarımız, eləcə də ortaq inanclarımız haqqında bir kitab hazırlayım. Türk dilində nüsxəsi demək olar ki, hazırdır. İllüstrasiyalar üzərində də çalışıram. Çünki təsvir anlayışı bir millət və xalq üçün çox vacibdir. Bizim qədim kitablarda bu tip təsvirlər olub. Qaynaqlarım zəngin deyil, öz təsəvvürümdə olanlar əsasında çəkirəm. Artıq 40 əsər çəkilib. Sərgi, yaxud kitab şəklində təqdim etmək fikrindəyəm”.
24-01-2023, 00:02
Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq - Prezident


Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq - Prezident

Azərbaycan sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiqdir. Bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!