20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
25-01-2023, 16:28
Almaniya Ukraynaya “Leopard 2” tankları verəcək


Almaniya Ukraynaya “Leopard 2” tankları verəcək

Almaniyanın Nazirlər Kabineti Ukraynaya "Leopard 2" tanklarının tədarükü ilə bağlı yekun qərar verib. Almaniya Ukraynaya tankları göndərəcək. Bildirilib ki, 14 ədəd "Leopard 2" tankı Kiyevə təhvil veriləcək. Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun son görüşündə Berlinin buna qarşı çıxması böyük tənqidlərə səbəb olmuşdu.
25-01-2023, 16:22
Peskov Ukraynanı terror aktları təşkil etməklə ittihamlandırdı


Peskov Ukraynanı terror aktları təşkil etməklə ittihamlandırdı

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanı terror aktları təşkil etməkdə ittiham edib. O, Ukrayna ilə diplomatik nizamlanma yolunun perspektivi olmadığını bəyan edib. "Kiyev rejimi (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) terror aktlarının təşkilində iştirak edir və heç nədən çəkinmir. Bu, Rusiya Federasiyasının özünü qorumaq üçün seçdiyi yolun düzgün olduğunu təsdiq edir. Ukraynaya "ABRAMS" tanklarının tədarükü planı texnoloji aspektlər baxımından kifayət qədər uğursuzdur", - deyə Rusiya rəsmisi bildirib. Peskovun sözlərinə görə, Almaniyanın Ukraynaya mümkün tank tədarükü fonunda Moskva Berlinlə danışıqlar aparmır.
25-01-2023, 16:16
Vardanyana qarşı “müxalifət fraksiyası” yaradılıb


Vardanyana qarşı “müxalifət fraksiyası” yaradılıb

Xankəndidə separatçıların “dövlət naziri” adlandırlan Ruben Vardanyana qarşı bir neçə “müxalifət fraksiyası” yaradılıb. Bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yazıb. Qeyd edilib ki, Vardanyanın əleyhdarları Ermənistandakı səlahiyyətlilər tərəfindən idarə olunur və maliyyələşdirilir. Məlumata görə, son vaxtlar Paşinyan hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsi də baş verə bilər. Buna görə də rəsmi İrəvan önləyici təbirlər görməkdədir. “Hraparak” bildirir ki, Vardanyandan narazı olanların bir qrupu Qarabağda əvvəllər müxtəlif “vəzifələr” tutmuş keçmiş “məmurlardır”. Narazıların digər qrupu isə erməni milyarderin gəlişindən sonra işdən və qazancdan məhrum olanlardır. Məlumata görə, R.Vardanyan da artıq hamının “işlərinin” araşdırılması barədə tapşırıq verib. Mümkündür ki, milyarderə müxalif olanlara qarşı hər an cinayət işinin açılması üçün dəlillər tapıla bilər. Baş verənlər həm Qarabağ separatçıları arasında gərginliyin artdığını, həm də Vardanyanla Paşinyan arasında münaqişənin dərinləşdiyini göstərir.
25-01-2023, 16:12
Putin son illərdə Zelenski ilə əlaqə saxlamayıb - Peskov


Putin son illərdə Zelenski ilə əlaqə saxlamayıb - Peskov

Rusiya prezidenti Vladimir Putin son bir neçə ildə ukraynalı həmkarı Volodimir Zelenski ilə əlaqə saxlamayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, 2019-cu ildən bəri Rusiya dövlət başçısının Ukrayna prezidenti ilə nə şəxsi, nə də telefon əlaqəsi olub: “Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində görüşüblər. Orada Rusiya prezidenti Zelenskidən başqa, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel ilə də ikitərəfli görüşlər keçirib”, - deyə Peskov deyib. Həmin sammitdən sonra Kremlin saytında qeyd edildiyi kimi, Putin Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında danışığa çağırıb. O vaxtdan bəri heç bir əlaqə barədə məlumat verilməyib. 2021-ci il oktyabrın sonunda Kreml Kiyevin hərəkətləri və Zelenski ilə ünsiyyətdəki çətinliklər səbəbindən iki ölkə başçılarının görüşünün xüsusi perspektivinin olmadığını bildirib.
25-01-2023, 16:09
Sağlamlıq arayışının qiyməti olduqca bahadır - Deputat


Sağlamlıq arayışının qiyməti olduqca bahadır - Deputat

Azərbaycanda keçən il 2021-ci ilə nisbətən dializə gedən xəstlərin sayı 13% artıb. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, dializ xəstələrinin sayının artması araşdırılmalıdır: "Bunu araşdırmaq lazımdır ki, səbəb nədir. Çünki 13% eləcə də kiçik rəqəm deyil". M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından da şikayətlənib: “Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”.
25-01-2023, 16:05
Müdafiə xərclərinin artırılması lazımdır - NATO katibi


Müdafiə xərclərinin artırılması lazımdır - NATO katibi

NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə büdcəsinin artırılmasından danışıb. Baş katib bunu istisna etmədiyini bildirib. "NATO ölkələri təkcə Ukraynaya dəstək verməməli, həm də öz müdafiə qabiliyyəti səviyyəsinin saxlanmasının qayğısına qalmalıdırlar. Bu, müdafiə xərclərinin artırılmasını tələb edir", - deyə Stoltenberq söyləyib. Baş katib qeyd edib ki, NATO Ukraynada müharibənin tərəfi deyil, bununla belə, Kiyevə dəstək vermək hərbi alyansın hüququdur.
25-01-2023, 15:57
Sabah hava buludlu, yağmursuz olacaq


Sabah hava buludlu, yağmursuz olacaq

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
25-01-2023, 15:53
Azərbaycan əsgəri odlu silahla həyatına son qoydu


Azərbaycan əsgəri odlu silahla həyatına son qoydu

Azərbaycan Ordusunun əsgəri özünü öldürüb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
25-01-2023, 15:46
Ukrayna prezidentinin 45 yaşı tamam olur


Ukrayna prezidentinin 45 yaşı tamam olur

Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür. Onun 45 yaşı tamam olur. Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Zelenski 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb. 2003-cü ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Rusiyanın Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Zelenski dünyanın haqqında ən çox danışılan liderlərindən birinə çevrilib.
25-01-2023, 15:39
Venesuela prezidentindən Ərdoğana tərif dolu sözlər


Venesuela prezidentindən Ərdoğana tərif dolu sözlər

Venesuela prezidenti Nikolas Maduro Türkiyənin ticarət naziri Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Maduro görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı müsbət fikirlər səsləndirib, onu böyük qardaş kimi qəbul etdiklərini bildirib. "Prezident Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türk xalqı bilməlidir ki, Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik",- Maduro vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!