20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
27-01-2023, 01:17
“Qarabağ” klubuna yeni futbolçu qoşuldu


“Qarabağ” klubuna yeni futbolçu qoşuldu

Ağdamın "Qarabağ" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Komanda Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.
27-01-2023, 01:11
Kiyevə 3 milyon avro ayrılacaq - Fransa XİN


Kiyevə 3 milyon avro ayrılacaq - Fransa XİN

Fransanın xarici işlər naziri Ketrin Kolonna cümə axşamı Odessaya səfər edib. O, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə Rusiyanın zərbələrindən zərər çəkmiş yerlərə baş çəkib. Bu barədə Kolonna özünün "Twitter" səhifəsində yazıb. Kuleba Fransanın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Ukrayna atom elektrik stansiyalarında missiyasının işini dəstəkləmək üçün Kiyevə 3 milyon avro ayıracağını açıqlayıb. Birgə keçirilən mətbuat konfransında Kolonna Ukraynaya tank verilməsi ilə bağlı suala birmənalı cavab verməyib. "Bildiyiniz kimi, Fransa prezidenti Emmanuel Makron müdafiə nazirinə bu məsələni öyrənməyi tapşırıb. Hazırda onu deyə bilərəm ki, hələlik heç bir qərar verilməyib, lakin heç bir qərarın qəbulu istisna edilmirl", - o deyib.
27-01-2023, 01:08
Ermənistan XİN-ə yeni müavin təyin edildi


Ermənistan XİN-ə yeni müavin təyin edildi

Ermənistan xarici işlər nazirinə yeni müavin təyin edilib. Bu vəzifəyə Vahan Kostanyan gətirilib. 28 yaşlı Kostanyan daha əvvəl hakimiyyətdəki “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi, daha sonra isə XİN başçısının müşaviri olub.
27-01-2023, 01:05
Kanada Ukraynaya hərbi yardım etməyi planlayır


Kanada Ukraynaya hərbi yardım etməyi planlayır

Kanada Ukraynaya dörd ədəd "Leopard 2" tankı tədarük etməyi düşünür, lakin hələlik heç bir qərar verilməyib. Bu barədə "CBC News" mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hökumət yanvarın 26-da Kiyevə tankların göndərilməsini elan edə bilər. İddialara əsasən, Kanada çox güman ki, Ukraynaya ordunun xidmətində olan ən köhnə A4 variantını göndərəcək. Kanada A4-ü Əfqanıstan müharibəsi zamanı Niderlanddan alıb.
27-01-2023, 01:01
Türkiyədən Ukraynaya dəstək - Üzən elektrik stansiyaları verəcək


Türkiyədən Ukraynaya dəstək - Üzən elektrik stansiyaları verəcək

Türkiyənin "Karpowership" şirkəti Ukraynaya üzən elektrik stansiyaları verəcək. Şirkət stansiyaların verilməsi ilə bağlı Ukraynanın enerji şirkəti ilə müqavilə imzalayıb. 500 MVt gücündə üzən elektrik stansiyaları Ukraynada 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək. "Üzən elektrik stansiyaları elektrik problemlərinə sürətli, etibarlı və çevik həllər təklif edir və biz bu işdə Ukraynaya mümkün qədər tez dəstək verməyə hazırıq", - şirkət rəsmisi bildirib. Üzən elektrik stansiyaları Moldova və Rumıniya limanlarında yerləşdirilə bilər. Ukrayna şəbəkələri bu ölkələr vasitəsilə elektrik enerjisi alacaq. Ukrayna və Türkiyə şirkətləri məsələ ilə bağlı Rumıniya və Moldova hakimiyyətləri ilə danışıqlar aparmağı planlaşdırır.
27-01-2023, 00:57
Kanada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır


Kanada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır

Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Bunu Kanada Xarici İşlər Nazirliyinin parlament katibi, İcmalar Palatasının üzvü Robert Olifant Xarici İşlər Komitəsində Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı dinləmələr zamanı bildirib. “Biz açıq-aydın bildirmək istəyirik ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün bəyanatlarını dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Beləliklə, Kanada bu sərhədlər çərçivəsində digər qondarma qurumları tanımır”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
27-01-2023, 00:52
Rusiya mülki missiyanın Ermənistana yerləşdirilməsini qınadı


Rusiya mülki missiyanın Ermənistana yerləşdirilməsini qınadı

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə gətirmədən Avropa İttifaqının xeyrinə seçim etməyə üstünlük verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.“Əlbəttə, Ermənistan KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsa, təşkilatın missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”-, Rusiya XİN bəyan edib. Rusiya tərəfi Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsini qınayıb: “Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdi ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vura bilər”. Qeyd edək ki, Avropa İttifaqı Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
27-01-2023, 00:48
Zelenski tamamilə Qərbin dəstəyindən asılıdır - Medvedev


Zelenski tamamilə Qərbin dəstəyindən asılıdır - Medvedev

Ukrayna və onun hazırkı rəhbərliyi tamamilə Qərbdən asılıdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. “Volodimir Zelenski min faiz NATO silahlarından və Qərbin pulundan asılıdır. Onlarsız nə Ukrayna, nə də o bir gün sağ qala bilər", - deyə Medvedev bildirib. Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin ünvanına sərt fikirlər səsləndirib, onunla danışıqlarda maraqlı olmadığını bildirib.
27-01-2023, 00:44
Azərbaycan tərəfinin əsas şərti Vardanyanın Qarabağı tərk etməsidir


Azərbaycan tərəfinin əsas şərti Vardanyanın Qarabağı tərk etməsidir

Azərbaycan tərəfinin Laçın yolundakı aksiyanın sonlandırılması üçün əsas şərtlərindən biri Ruben Vardanyanın Qarabağdan çıxıb getməsidir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti Qarabağ separatçılarına istinadən yazıb. “Bizə dedilər ki, Azərbaycandan çox sərt mesaj göndəriblər: Ruben Vardanyan Qarabağda olduğu müddətdə yol açılmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcəklər”, - deyə separatçılar qəzetə bildiriblər. “Hraparak” qeyd edir ki, artıq Xankəndidə Ruben Vardanyanın “vəzifədə” olmasına qarşı dalğa yüksəlir və hətta sabah, o biri gün milyarderin “dövlət naziri postu”ndan uzaqlaşdırılması tələbi ilə etiraz aksiyaları da təşkil oluna bilər. “Amma Artsaxda Vardanyanın “vəzifə”dən çıxarılmasının əleyhinə olanlar var. “Artsax”ın keçmiş prezidenti Bako Saakyan və keçmiş “hakimiyyət”in bəzi nümayəndələri bunun qəti əleyhinədirlər. Rusiya tərəfinin münasibəti ilə maraqlandıq. Bizə dedilər ki, ruslar o qədər passivləşib, geri çəkiliblər ki, Ruben Vardanyanın “vəzifə” tutub-tutmamasının onlar üçün fərqi yoxdur. Əksinə, bir neçə dəfə “Axtsax prezidenti”nə mesajlar göndərilib ki, o, bu məsələdə azaddır, Yəni Arayik Arutyunyan bu gün də Vardanyanı “vəzifə”dən azad edə bilər”, - deyə nəşr yazır. Qəzet qeyd edir ki, Qarabağın dağlıq hissəsində faktiki olaraq çıxılmaz vəziyyət yaranıb: Azərbaycanın tələblərinə boyun əymək və Ruben Vardanyanı Qarabağdan çıxarmaq həm yeni güzəştlərə qapı açmaq, həm də gələcəkdə erməni əhalisinin azalması deməkdir; təslim olmamaq və bağlı yollarda - blokadada yaşamağa davam etmək isə və təhlükələri ilə doludur. “Son nəticədə vəziyyət belə davam edərsə, insanlar “Artsax”ı tərk etməyin yolunu tapacaqlar”, - deyə “Hraparak” yazıb.
27-01-2023, 00:40
Avropa İttifaqı və Britaniyaya İrandan sanksiya


Avropa İttifaqı və Britaniyaya İrandan sanksiya

İran Xarici İşlər Nazirliyi müvafiq qaydalar və sanksiya mexanizmləri çərçivəsində, qarşılıqlı fəaliyyət olaraq, Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada bəzi şəxslərə və qurumlara sanksiyalar tətbiq edib. Onların arasında Britaniya güc strukturunun keçmiş və indiki rəhbərləri, Paris meri, Fransanın “Charlie Hebdo” jurnalının baş redaktoru, bir neçə gün əvvəl Quranın yandırılmasını təşkil edən ifrat sağçı isveçli siyasətçi Rasmus Paludan, eləcə də Avropa Parlamentinin bir sıra deputatları var. Tehran onların hamısını terrorizmi dəstəkləməkdə, İran xalqına qarşı zorakılıq aktlarına təhrik etməkdə, respublikanın daxili işlərinə qarışmaqda və yalan məlumatlar yaymaqda ittiham edib. Qeyd edilib ki, sanksiyaların həyata keçirilməsi üçün vizaların verilməsinə qadağa qoyulması, İran İslam Respublikasının ərazisinə girişin mümkünsüzlüyü, maliyyə və bank sistemində bank hesablarının bloklanması və İran İslam Respublikasının yurisdiksiyasında olan ərazilərdəki mülklərin və aktivlərin müsadirəsi də daxil olmaqla, zəruri tədbirlərdən istifadə ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!