Fransada qarşıdurma: 5 nəfər girov götürüldü .....                        Təyyarə qəzasında yaralananların son durumu AÇIQLANDI .....                        Türkiyədə ötən il rekord qırılıb - Ərdoğan AÇIQLADI .....                        Rusiyaya gedənlərin diqqətinə - Bu sənədlər tələb olunacaq .....                        Alman nazir Suriyanın yeni lideri ilə görüşdü .....                        Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı .....                        Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA .....                        Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı .....                        Dostu Azər Baxşəliyevin son durumunu açıqladı .....                       
21-01-2023, 17:21
Avropa İttifaqına qəti şəkildə cavab verməyə hazırıq - İran spikeri


Avropa İttifaqına qəti şəkildə cavab verməyə hazırıq - İran spikeri

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri ilə görüşündə deyib ki, parlament Avropa İttifaqının SEPAH-a qarşı atdığı istənilən addıma qəti şəkildə cavab verməyə hazırdır. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami ilə görüşüb. Görüşdə Avropa İttifaqının (Aİ) SEPAH-I terrorçu təşkilat elan etməsi məsələsi müzakirə edilib. Qalibaf avropalıları səhvlərini düzəltməyə çağırıb. General-mayor Səlami isə bildirib ki, SEPAH-ın səyləri olmasaydı, amerikalıların yaratdığı İŞİD terror vulkanı avropalıları bürüyəcək və bu gün Avropada təhlükəsizlik məhv olacaqdı. SEPAH-ın bu cür təhdidlərdən qorxmadığını əsas gətirən Salami, "Avropalılara keçmiş səhvlərini təkrarlamamağı tövsiyə edirik" deyib. General-mayor Salami Aİ-nin qanunsuz addımına qəti cavabı müzakirə etmək üçün İran parlamentinin bazar günü keçiriləcək iclasında iştirak etməyə hazırlaşır. Avropa Parlamenti yanvarın 19-da SEPAH-ı qara siyahıya salmağa çağıran qətnamə qəbul edib. Qətnamə bununla bağlı qərar qəbul edilməsi üçün Avropa Şurasına göndərilib.
21-01-2023, 17:16
Prezident Tarif Şurasının səlahiyyətini artıran fərman imzaladı


Prezident Tarif Şurasının səlahiyyətini artıran fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 648-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Bu fərmana əsasən, Tarif (qiymət) Şurasına yeni səlahiyyət verilib. Belə ki, Tarif (qiymət) Şurası beynəlxalq təcrübə nəzərə alınmaqla dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini müəyyən edəcək.
21-01-2023, 17:13
Fransız mediasına qarşı cavab tədbirləri görüləcək - Rusiya XİN


Fransız mediasına qarşı cavab tədbirləri görüləcək - Rusiya XİN

Rusiya ölkədəki fransız mediasına qarşı cavab tədbirləri görəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "RT France telekanalının hesablarının bloklanması Rusiyadakı fransız mediasına qarşı cavab tədbirlərinə səbəb olacaq. Əgər Fransa hakimiyyəti rus jurnalistlərə qarşı təzyiqi dayandırmasa, müvafiq olaraq Rusiya öz cavabını verəcək", - məlumatda bildirilir. Qeyd edək ki, Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Xəzinədarlıq Baş İdarəsinin tələbi ilə Fransada Rusiyaya məxsusu RT France telekanalının bank hesabı bloklanıb. Bildirilir ki, müvafiq addım Aİ-nin 2022-ci il dekabrın ortalarında qəbul edilmiş doqquzuncu sanksiyalar paketinə uyğun olaraq atılıb.
21-01-2023, 17:10
Prezidentdən Çin sədrinə təbrik məktubu


Prezidentdən Çin sədrinə təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Çin təqvimi ilə Yeni ilin gəlişini qeyd edən bu bayram minilliklərin sınağından çıxmış həyat fəlsəfəsinin dolğun təcəssümüdür. Təbiətə yeni görkəm və canlanma, insanlara yeni ruh gətirən bu bahar bayramının dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq və ruzi-bərəkət bəxş etməsini arzulayıram. Fürsətdən istifadə edərək Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğumu bildirirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm".
21-01-2023, 17:07
Öz dilimiz varkən rus dilindən istifadə düzgün deyil - Sadır Japarov


Öz dilimiz varkən rus dilindən istifadə düzgün deyil - Sadır Japarov

Qırğızıstanın parlamenti “Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanununu birinci oxunuşda qəbul edib. Butov.az xəbər verir ki, 90 deputatdan 75-i dövlət qurumlarının işgüzarlığında qırğız və rus dillərinin statusunu müəyyən edən qanunun lehinə səs verib. Qanun qəbul olunarsa, dövlət orqanlarının işi, seçki və referendumların hazırlanması, məhkəmə prosesi və müdafiə, beynəlxalq müqavilələr, coğrafi adlar, notariat, eləcə də təhsil, elm, mədəniyyət və media (xüsusən televiziya və radio yayımında) qırğız dilinin istifadəsi məcburi olacaq. Eyni zamanda, bəzi hallarda rus dilinə tərcümə də təmin ediləcək. 2022-ci ilin sonunda bütün bu dəyişikliklərə çağırış Respublika Prezidenti Sadır Japarov tərəfindən səsləndirilib. “Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz şərait yaratmalıyıq ki, ölkə vətəndaşları dövlət dilində sərbəst danışa və yaza bilsinlər. Respublikada 100-dən çox etnik qrupun nümayəndəsi yaşayır, dövlət dili birləşmənin əsasına çevrilməlidir”, - deyə o, qeyd edib. Prezident bildirib ki, “qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”. Mövcud qaydalara görə, rus dilindən istifadə hər yerdə mümkündür. Qırğızıstan postsovet məkanında rus dilinin statusunun Konstitusiyada təsbit edildiyi azsaylı ölkələrdən biridir (bu barədə Qazaxıstan, Moldova və Tacikistanın Əsas Qanunlarında da qeyd olunur). Respublikada qırğız dilinə dövlət dili statusu verilir, rus dili rəsmi dil kimi tanınır. Üstəlik, yeni qanun layihəsi bu iki statusu təsdiqləyir - Japarovun sözlərinə görə, “rus dili rəsmi olaraq qalmalıdır”.
21-01-2023, 17:03
Əmək pensiyasının minimum məbləği artırılır


Əmək pensiyasının minimum məbləği artırılır

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişiklik layihəsi yaxın günlərdə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılaraq. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
21-01-2023, 16:59
Sabahın hava proqnozu - Buludlu, yağmursuz olacaq


Sabahın hava proqnozu - Buludlu, yağmursuz olacaq

Sabahın hava şəraitinə dair proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
21-01-2023, 16:55
Bakıda şokedici hadisə - 9 yaşlı şəxs dayısı oğluna atəş açdı


Bakıda şokedici hadisə - 9 yaşlı şəxs dayısı oğluna atəş açdı

Bakıda 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələyib. Bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polkovnik-leytenantı Elşad Hacıyev bildirib: "Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub. Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır".
21-01-2023, 16:46
İran konqresində Paşinyanın həyat yoldaşına xüsusi diqqət göstərildi


İran konqresində Paşinyanın həyat yoldaşına xüsusi diqqət göstərildi

Xəbər veridiyimiz kimi, İranın paytaxtı Tehran şəhərində “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi” keçirilib. İki günlük toplantıya dünyanın 90-a yaxın ölkəsindən fəal qadınlar dəvət olunub. İran İslam Respublikasının prezidenti İbrahim Rəisi konqres iştirakçıları olan qadınların qəbulunu keçirib. Rəisinin qəbulu zamanı Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana xüsusi sevgi ilə yanaşılıb. Belə ki, xanım Akopyan məclisdə yuxarı başda – prezident Rəisi və xarici işlər naziri Abdullahianın yanında əyləşdirilib. Anna Akopyana tədbirdə söz də verilib. O, müxtəlif ölkələrin nüfuzlu qadınlarını bir araya gətirdiyinə və onlara masa arxasında əyləşmək üçün görünməmiş imkan yaratdığına görə İran Prezidenti və birinci xanımına təşəkkür edib. Qeyd edək ki, Anna Akopyana İranın birinci xanımı Cəmilə Ələmolhoda ilə ayrıca şəkil də çəkdirməyə də imkan yaradılıb. Mərkəzdə oturmuş Cəmilə Ələmolhoda sağında və solunda Burkina Faso, Serbiya, Ermənistan və Qırğızıstan liderlərinin xanımları əyləşib. Bununla da İran Ermənistana sevgisini bir daha nümayiş etdirmiş olub. Xatırladaq ki, Azərbaycanı tədbirdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib.



21-01-2023, 15:41
Rusiyanı bu il Ukraynadan çıxarmaq çətin görünür - ABŞ rəisi


Rusiyanı bu il Ukraynadan çıxarmaq çətin görünür - ABŞ rəisi

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mark Milli Rusiyanın bu il Ukraynadan hərbi yolla çıxarılmasının çox çətin olduğunu bildirib. Bu barədə o, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən mətbuat konfransında danışıb. Ukrayna ordusunun hücuma keçərək bəzi bölgələri Rusiyadan almasının mümkün olduğunu bildirən general Rusiyanın bu müharibədə böyük itkilər verdiyini qeyd edib. General Milli Ukrayna ilə Rusiya arasında müharibənin çox çətin olduğunu, çox uzun cəbhədə və geniş ərazidə aparıldığını, Ukrayna ərazisində hələ də çoxlu rus qüvvələrinin olduğunu deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!