Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərlə üz-üzəyik - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "The Economist" nəşrinin üz qabığında Türkiyədəki seçkilər barədə təsvirə münasibət bildirib. Ərdoğan bu barədə cümə namazından çıxarkən danışıb. "İndi siz türk mediasına mənsub olanlar kimi "The Economist"in şərhinə "hə" deyirsiniz? Yəni millətiin taleyini onlar təyin edir? Mənim millətim təyin edir. Millət nə desə, Türkiyədə o olur. Türkiyənin taleyini ingilis jurnalı təyin edə bilməz", - deyə o söyləyib. Seçkilər mövzusuna da toxunan Türkiyə prezidenti müxalifətin 14 may tarixindən danışmasını xeyirli əlamət adlandırıb: "Səlahiyyətin kimdə olduğunu bilməyən cahillərlə üz-üzəyik. Türkiyənin prezidenti Ərdoğandır. Konstitusiyada səlahiyyətlər bəllidir. 60 gün əvvəl seçki elan oluna bilər". Ərdoğan Yunanıstanı razılaşmalara uyğun olmayan addımlardan çəkinməyə çağırıb. Qeyd edək ki, "The Economist"in üz qabığında Ərdoğan əleyhinə təsvir yer almışdı.
Ermənistanın ərazi bütövlüyünə hörmət edilməlidir - İran səfiri
"Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir". Bunu Sünik vilayətinə səfəri zamanı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri deyib. "Tehran bütün qonşuları ilə münasibətdə müxtəlif sferalarda əməkdaşlığın inkişafına yönələn siyasət yürüdür. Ermənistan bizim dost olan qonşularımızdandır və ona münasibətdə də belə siyasət yürüdülür. Xarici işlər nazirimizin qeyd etdiyi kimi, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir", - deyə səfir söyləyib. Qeyd edək ki, bu yaxınlarda İran və Ermənistanın paytaxtları - Tehran və İrəvan rəhbərliyi arasında şəhərlərin qardaşlaşması haqqında anlaşma imzalanıb.
Lazım olduğu qədər Ukraynanı dəstəkləməkdə qərarlıdır - ABŞ naziri
ABŞ-ın Almaniyada yerləşən Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun səkkizinci iclası başlayıb. Bu barədə “Ukrinform” məlumat yayıb. İclasda 50-yə yaxın ölkənin müdafiə idarələrinin rəhbərləri, NATO-nun baş katibi Yens Stoltenberq, ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov iştirak edir. Tədbir iştirakçıları Brovaridə helikopter qəzasında həlak olanların xatirəsini ehtiramla yad ediblər. İclasın açılış nitqini ABŞ müdafiə naziri Lloyd Ostin edib. “Biz 50 dövlət lazım olduğu qədər Ukraynanı dəstəkləməkdə qərarlıyıq... Putin həm Ukraynanın, həm də bizim qətiyyətimizlə hesablaşmadı. Hazırkı vəziyyət Ukrayna və bütün dünya üçün həlledici məqamdır”, - müdafiə naziri Lloyd Ostin deyib.
“TRT Haber” agentliyi 20 Yanvar hadisələriylə bağlı məqalə dərc etdi
Türkiyənin "TRT Haber" agentliyi 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı məqalə dərc edib. Eləcə də video formatda məzmun hazırlanaraq Türkiyə ictimaiyyətinin hadisə ilə bağlı məlumatlandırılması üçün diqqətə çatdırılıb. "Azərbaycan müstəqillik yolunda çox canlar itirdi. Sovet ordusu ermənilərin qızışdırması ilə 20 Yanvar 1990-cı ildə Bakıya girərək onlarla Azərbaycan türkünü şəhid etdi. Məqsədləri bir milləti sındırmaq idi, amma Azərbaycan Qara Yanvardan müstəqilliklə çıxdı", - deyə yazıda qeyd olunub. Məqalədə həmçinin hadisənin təfərrüatları barədə ətraflı məlumatlar geniş tarixi rakursdan türk oxucusuna təqdim olunub.
Yataqların talanmasında Ermənistanla yanaşı, digər ölkələr də var - Nazir
Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində tək Ermənistan iştirak etməyib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, sərvətlərin talanmasında başqa ölkələrin də şirkətləri iştirak edib: “Biz dəqiq ad deyə bilmərik hansı ölkələrdir, amma məlumdur ki, digər ölkələrin də iştirakı olub. Buna beynəlxalq hüquq müstəvisində qiymət veriləcək”.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Co Baydenə təşəkkür edib. Zelenski bu barədə twitter səhifəsində yazıb. "Ukraynanı 2.5 milyard dollar dəyərində güclü müdafiə dəstəyi paketi ilə təmin etdiyiniz üçün təşəkkür edirik. Bu silahlar təcavüzkara qarşı mübarizəmizdə vacib köməkçilərdir. ABŞ xalqına sarsılmaz dəstəkdə liderliyinə görə minnətdarıq", - deyə paylaşımda qeyd olunub. Qeyd edək ki, ABŞ Ukraynaya yeni yardım paketi açıqlayıb.
Nazir İran vətəndaşlarının qanunsuz səfərinə münasibət bildirdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 İran vətəndaşının Xankəndi şəhərinə qanunsuz səfər etməsinə münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı bir nəfər belə hər hansı izahat verməyib. “Bizə bir adam da izahat vermədi ki, bu 27 nəfər kimdir, bizim ərazimizdə nə işlər məşğuldur?”, - XİN rəhbəri vurğulayıb. Qeyd edək ki, ötən ilin dekabrında İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı Səfirliyinə nota göndərilib.
Nazir İran vətəndaşlarının qanunsuz səfərinə münasibət bildirdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 İran vətəndaşının Xankəndi şəhərinə qanunsuz səfər etməsinə münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı bir nəfər belə hər hansı izahat verməyib. “Bizə bir adam da izahat vermədi ki, bu 27 nəfər kimdir, bizim ərazimizdə nə işlər məşğuldur?”, - XİN rəhbəri vurğulayıb. Qeyd edək ki, ötən ilin dekabrında İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı Səfirliyinə nota göndərilib.
Gələcəkdə Şəhidlər Xiyabanının təmiri gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. "İcra hakimi strukturları daimi olaraq burada fəaliyyətdədir. Artıq 33 il keçir və burada yəqin ki, gələcəkdə əsaslı təmir aparılacaq. Bu gün yeni kompozisiya təqdim olunub. Daim buranı diqqətdə saxlayırıq", - E.Əzizov bildirib.
Laçın yolundan hərbi məqsədlər üçün istifadə yolverilməzdir - Ceyhun Bayramov
"Laçın yolu ilə silah-sursat və minaların daşınması yolverilməzdir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. "Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin bu yolla silah-sursat və minaların daşınması yolverilməzdir", - deyə nazir vurğulayıb.