15-01-2023, 00:09
Çexiyada prezident seçkilərinin ikinci turu baş tutacaqÇexiyada 13-14 yanvar tarixlərində baş tutan prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.
Butov.az xəbər verir ki, seçkilərin birinci turunda ən çox səs toplayan iki namizəd keçmiş baş nazir Andrey Babiş və NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel olub. Seçkilərdə ümumilikdə 8 namizəd iştirak edib. İlkin nəticələrə görə, Babiş 37.8%, Pavel 32,7%, digər namizədlər 4-13% arası səs toplayıb. Mövcud qaydalara əsasən, heç bir namizəd 50% səsi keçə bilmədiyi üçün ən çox səs toplayan iki namizəd ikinci turda yarışacaq. İkinci tur yanvarın 27-28-də keçiriləcək.
15-01-2023, 00:06
Çində koronovirus dalğası kütləvi insan ölümünə səbəb olubÇində son bir ayda 60 min insan koronavirusdan vəfat edib. Bu barədə AFP Çin rəsmi qurumlarına istinadən məlumat yayıb. Bildirilib ki, Çində 8 dekabr 2022-ci il tarixindən 12 yanvara qədər 59 938 nəfər koronavirusa yoluxmadan ölüb. Bu rəqəm yalnız tibb müəssisələrində qeydə alınan ölüm hallarına aiddir. Məlumatlara birbaşa virus səbəbiylə tənəffüs çatışmazlığı səbəbindən 5503 və koronavirusla birlikdə müşayiət olunan xəstəliklər səbəbindən 54 435 nəfər ölüb.
15-01-2023, 00:03
Türkiyə Ukraynayla bağlı iddianı yalanladı“Türkiyənin Ukraynaya kassetli bomba göndərməsi ilə bağlı iddialar tamamilə yalandır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. Onun sözlərinə görə, məlumat Ukrayna tərəfi tərəfindən də təkzib edilib.
15-01-2023, 00:01
Britaniyadan İrana tələb mesajıBöyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib. Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli twitter hesabında yazıb. Nazir bildirib ki, bu addım İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”. Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılıb. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
14-01-2023, 23:59
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldıPortuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb.
Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 19:30

14-01-2023, 16:56

14-01-2023, 16:50
Fransa Azərbaycanla dostdur və sülhü dəstəkləyir - Emmanuel MakronAzərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin prezidenti Emmanuel Makrona təqdim edib. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub. Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
14-01-2023, 16:45
Ukrayna Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşdığını qeyd etdiiRusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Bunu təkcə iqtisadiyyatın hərbi müstəviyə keçməsi deyil, həm də Gerasimovun işğalçı qüvvələrin yeni komandanı təyin olunması sübut edir. Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Putinin Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi sənaye kompleksini yenidən təşkil etmək üçün gördüyü tədbirlər Rusiyanın hərbi vəziyyətə keçirilməsinin hazırlığına işarədir” – deyə məlumatda bildirilib. Kəşfiyyatçıların fikrincə, bu tədbirlər Rusiya silahlı qüvvələrinin potensialını gücləndirmək və müharibənin lap əvvəlində planlaşdırılan, lakin işğalçı qüvvələr tərəfindən uğursuz həyata keçirilən əməliyyatların aparılması üçün şərait yaratmaq məqsədi daşıyır. “İşğalçı ölkənin Ukraynada müharibənin davam etdirilməsi üçün bütün hərbi resursları cəlb etmək cəhdləri və bu yaxınlarda Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi Gerasimovun yeni komandan təyin olunması təkcə Rusiyanın hərbi uğursuzluqlarına dəlalət etmir, həm də Rusiya Federasiyasının genişmiqyaslı və uzunmüddətli müharibəni davam etdirməyə hazırlığına istiqamətlənib”, - deyə məlumatda qeyd olunub.
14-01-2023, 16:40
Sabahın hava proqnozu - Arabir yağış yağacaqYanvarın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.