TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
21-05-2023, 12:54
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
21-05-2023, 12:36
İranla Pakistan sərhədində atışma baş verib


İranla Pakistan sərhədində atışma baş verib

İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı 6 iranlı sərhədçi ölüb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar. Qeyd edək ki, terrorçu birləşmənin sıralarında da itkilərin olduğu, lakin onların dəqiq sayının məlum olmadığı bildirilib.
21-05-2023, 12:21
Zelenski ilə Baydenin görüşünün detalları açıqlandı


Zelenski ilə Baydenin görüşünün detalları açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Ukraynaya artıq 37 milyard dollardan çox olan güclü maliyyə yardımına, habelə amerikalı həmkarı Cozef Baydenin elan etdiyi 375 milyon dollar məbləğində yeni hərbi yardım paketinə görə təşəkkür edib. “Xalqımızdan böyük təşəkkürlər. Mən şadam ki, bizim belə güclü münasibətlərimiz var”, - Ukrayna lideri bildirib. O, ABŞ Prezidentinin beynəlxalq aviasiya koalisiyasına dəstək qərarını xüsusən qeyd edib. Liderlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı, həmçinin Ukrayna sülh formalunun gerçəkləşdirilməsi məsələsini müzakirə ediblər. Prezidentlər Ukraynanın yenidən qurulması və bərpası layihələri ətrafında fikir mübadiləsi aparıblar. Volodimir Zelenski ayrıca Ukraynanın Avro-Atlantik inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələlərinə də toxunub. Dövlət başçısı ölkəsinin Alyansa daxil olmasından öncə Ukrayna üçün təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib.
21-05-2023, 12:02
Zelenskinin Baxmutun işğalını təkzib etdiyi iddia olunur


Zelenskinin Baxmutun işğalını təkzib etdiyi iddia olunur

Ukrayna Prezident Ofisi dövlət başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mediada yayılan məlumatı təkzib edib. Bu barədə Ukrayna Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb. Mətbuat katibi Zelenskiyə ünvalanan sualın fərqli olduğuna işarə edib:
“– Rusiyalılar bildiribər ki, Baxmutu alıblar. Prezidentin cavabı:
– Fikrimcə, yox.
Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”. Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb. “Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar”, - jurnalist bildirib. Zelenski isə “Fikrimcə, yox” deyə cavab verib.
21-05-2023, 10:33
Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqladı


Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqladı

ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd edək ki, Bayden Yaponiyada keçirilən "G7" sammitində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ABŞ-nin Kiyevin hərbi gücünü gücləndirmək üçün hər şeyi etdiyini bildirib, həmçinin artilleriya və zirehli maşınlar üçün sursatların daxil olacağı yeni hərbi yardım paketini açıqlayıb.
21-05-2023, 10:17
Zelenski amerikalı həmkarıyla görüşdü


Zelenski amerikalı həmkarıyla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşüb. Bu barərdə Ukrayna lideri teleqramda paylaşım edib. Görüşlə bağlı təfərrüatlar hələlik verilməyib. Qeyd edək ki, bu il “G7”yə Yaponiya sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada Qrupun sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub.
21-05-2023, 09:41
BALA PƏHLƏVİNİN BAŞI KİMİN NOXTASINDADIR?


BALA PƏHLƏVİNİN BAŞI KİMİN NOXTASINDADIR?

İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti çulunun rəngindən asılı olmayaraq türk millətinin ən qatı düşmənlərindən biri olan şovinist fars faşizminin bütün nümayəndələrinin, o cümlədən 1925-ci ildə ingilislərin vasitəsilə hərbi çevriliş edərək, Qacar türk yurduna sahibləndikdən sonra, orada 1274 il ərzində hökmüranlıq etmiş türklərə qarşı 53 il ərzində vəhşi terror və qətliamlar törətmiş Rza Mehtərbaşının özü və oğlu xislətli nəvəsi, ingilislərin ABŞ-da “ehtiyat texniki hissə” kimi bəsləyib saxladığı şovinist fars faşizminin tipik nümayəndəsi olan, bala nökərcə Rza Pəhvəlinin üzündəki “demokrat” pərdəsini cırdı. Bir neçə ay öncə bu gün onun babası Mehtarbaşının 1935-ci ildən başlayaraq Qacar türk yurdunu İran adlandırmasından istifadə edərək, bu coğrafiyada torpağın əsil sahibləri olub, ölkə əhalisinin 60 faizini təşkil edən TÜRKLƏRİN rəğbətini qazanmaq məqsədilə mətbuata,-“İranda Azərbaycanlılara hörmət edilməlidir”,-demişdi. Bu ifadə, ölkənin tarixinə, əhalisinin etnik və say tərkibinə, bu etniklərin ölkənin həyatında roluna, eləcə də, ölkədə sayı 10-12 milyondan çox olmayan, lakin 1274 il onları qoynunda bəsləyən türklərə xəyanət etmək sayəsində bu coğrafiyada yaşayan 11 (on bir) millətin boğazına ilan kimi sarılıb, onları adi insan və milli hüquqlarından məhrub edib, ən vəhşi üsullarla assimilyasiyaya məruz qoymasını bilməyənlərə və xəbəri olub bilmək istəməyənlərə demokratik bir adamın türk millətinə qarşı Tehranın şovinist fars molla rejiminin törətdiyi cinayətlərə qarşı etiraz kimi görünə bilər. Yəni bu ifadə ilə bala Pəhləvi bu gün İran adlanan coğrafiyanın türklər və qismən (Ərəbistan səhrasının bir hissəsi) ərəblərə məxsus olan milli ərazilərini fars milli əraziləri elan edərək, öz milli ərazilərində yaşayan bu millətləri fars milli dövlətçiliyinin əsarəti altında saxlamaq iddiasını ortaya qoyur. Bunu isə ancaq mütləqiyyət idarəsi üsulu ilə etmək olar.
Qərb, əsasən də ABŞ bu coğrafiyada ərəblərin, xüsusilə də türklərin öz milli ərazilərində müstəqil milli dövlətini qurmasını qətiyyən istəmir. Bunun ən əsas səbəbi də, bu ölkədə türklərin öz milli torpaqlarında müstəqil dövlət qurması halında bütövlükdə türk dünyasının quru ərazilərinin Vahid Türk Ərazisi olaraq bütövləşməsidir. ABŞ isə bunun əksinə olaraq İraqda qurduğu kürd dövlətinin ərazisini zolaq halında Cənubi Azərbaycan, Suriya ərazisinə uzatmaqla Türkiyənin Şimali Azərbaycan və Orta Asiya türklərindən coğrafi cəhətdən ayıraraq türkləri millət və dövlət olaraq birləşib, bütövləşməyə qoymayaraq, onları parçalanmış halda əsarətdə saxlamağı hədəfləyirlər.
Bu həm də onu hakimiyyət başına gətirmək istəyənlərin onun anasının türkəsilli olmasını vurğulayaraq bundan irəli gələn türk milli təəssübkeşliyi, eləcə də atasının və babasının türklərə qarşı törətdikləri, bugünkü Tehranın şovinist fars molla rejiminin törətdiyi cinayət və qətliamlardan geri qalmayan cinayətlərinə görə peşimançılıq və xəcalət hissindən doğan bir yanaşma kimi görünə bilər. Onun İsrail knessetinin 32 üzvünün Cənubi Azərbaycan türklərinin tapdalanan insan və milli hüquqlarının beynəlxalq norma və qanunlara uyğun olaraq qorunmasına yardım edilməsi amacı ilə Xarici İşlər Nazirliyinə müraciət etməsinə göstərdiyi reaksiya və İsrail parlament üzvlərinin öz müraciətini dərhal geri götürməsi bir çox məsələləri çox dəqiq aydınlaşdırdı.
Rza Pəhləvi bu müraciəti İranın ərazi bütövlüyünə qarşı atılan addım olaraq qəbulolunmaz hərəkət kimi dəyərləndirib. Qəribə olan həm də burasıdır ki, o bu müraciətin İranın bu günkü hakimiyyətinin maraqlarına uyğun olduğunu iddia edib.
Birincisi, bala Pəhləvi faşist babasının 1935-ci ildə qacar türk yurdunu İran adlandırmasının məqsəd və səbəbini çox yaxşı bilir. Yəni, İran sözü nə ərazi adı, nə də millət adı deyil. İran termininin mövcudluğu Hind-Avropa dilləri qruplarından biri olan farsdilli dil qrupuna verilən addan başlanır. 1935-ci ildə Qacar yurdunun türk milli ərazisi olduğunu bütün dünyaya, o cümlədən türklərə unutdurmaq, insanların zehnində bu ərazinin fars milli ərazisi olması haqqında saxta fikirin süni yolla formalaşdırılmasına yönələn mənhus bir tədbirdir. Belə ki, bu gün İran dedikdə, bu məsələlərin tarixini bilməyənlərdə fars milli torpaqlarında qurulub, mövcud olan fars dövləti kimi qavranılır. Bu günə şüar şəklində, lakin reallıqları əks etdirməyən dekorativ beynəlxalq hüquq normaları beynəlxalq güc mərkəzlərinə bu şüarlardan sui-istifadə edərək beynəlxalq müstəvidə bütün məsələlri cəngəllik qanunları əsasında zor tətbiqi vasitəsilə obyektiv və ədalətli şəkildə yox, məhz öz maraqları çərçivəsində həll edirlər. Tarixdə, bu günümüzdə buna istənilən sayda nümunələr, faktlar mövcuddur. Elə son 200 ildə Şimali Azərbaycan türk torpaqlarının rus imperiyası tərəfindən başqa millətlərə peşkəş edilməsi, bu ərazilərdə təkcə min illər boyunca mövcud olan türk milli maddi, mədəni abidələrinin deyil, eləcə də türk milli mənliyinə son qoyulmasını, son 100 ildə Cənubi Azərbaycanda şovinist fars faşizminin türk milli mənliyinə son qoyulması üçün əməllərində şovinist rus faşizmindən daha mənhus əməllərə rəvac verməsini göstərmək olar. İsrail knessetinin 32 üzvünün Cənubi Azərbaycan türklərinin özünün doğma ərazilərində şəxsi və milli hüquqlarının qorunmasına yönəli müraciətinə cavab olaraq bu müraciətin “İran dövlətinin sərhədlərinin pozulması” olaraq beynəlxalq normalara zidd olduğunu deməsi, əslində Qacar Türk yurdunda qanunsuz olaraq qurulmuş şovinist fars hakimiyyətinin qorunması məqsədini güdüb, nə demokratiya, nə də anasının türk əsilli olmasından, doğan hiss olmayıb, onun ata-babası kimi şovinist fars faşizminin tipik, qatı nümayəndəsi olduğunu ortaya qoyur.
Bala Pəhləvi,-“Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin narahatlığını bildirdim”,-deyərək, həm də İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan bu hərəkət barədə açıqlama verməsini xahiş edib.
O “özümün və həmvətənlərimin” deməklə özünün “vacib, ölkə üçün məsuliyyət daşıyan bir şəxs” və bu gün İran adlanan ərazinin isə fars milli ərazisi, farsların vətəni təsəvvürünü yaratmaqla bərabər, özünü bütün ölkə əhalisini, ən azı bütün farsları təmsil edən persona olaraq təqdim edir. Hansı ki, bu ölkənin 86 milyon əhalisinin 60 milyonunu təşkil edən türklər, sayı 3-4 milyonla hesablanan kürdlər, bəluclar, ərəblər öz müstəqil dövlətlərini yaratmaqla şovinist fars faşizminin əsarətindən xilas olmaqla israrlıdırlar.
İkincisi, onun İsrail dövlətinin bu məsələyə aydınlıq gətirməsini istəməsi Qərbin, xüsusilə ABŞ-ın xüsusi xidmət orqanlarının onu hakimiyyət başına gətirəcəkləri barədə ona ciddi vədlər verildiyindən xəbər verir. Bunu həm də onun, bu məsələnin “İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət” adlandırması da, özünü artıq dövlət başçısı olaraq gördüyünü sübut edir.
Bala Pəhləvinin bu bəyanatından sonra İsrail parlamentinin üzvlərinin öz təklifini geri götürməsi də bir çox məsələləri aydınladır.
Belə ki, Tehranın molla rejiminin İsrail dövlətini yer üzündən siləcəyi ilə hədələməsi, Qərbin, o cümlədən ABŞ-ın karbohidrogenlərə tələbatının əsas təminatçısı, dünya ağalığı müstəvisində onun hərbi, iqtisadi, siyasi prosseslərdə strateji “bostanı” olan ərəb ölkələrində böyük hərbi birləşmələr yaradıb bu bölgələrdə daim hərbi toqquşmalar, siyasi sabitsizlik yaradıb, nəinki ABŞ-ın, bütövlükdə Qərbin bu regionda maraqlarına, hətta mövcudluğuna belə ciddi təhlükə yaratmaqla bərabər, üstəlik nüvə silahı əldə etməsinin bir addımlığında olması, “ərəb məhəlləsində” ABŞ-ın forpostu olan İsrailin Azərbaycan və Türkiyə ilə isti münasibətlərin qurulmasında mühüm rol oynadı. Buna baxmayaraq heç kimi, heç bir dövləti, heç bir milləti, bütövlükdə hətta özünün məxsus olduğu fars millətini belə rəsmən təmsil etməyib, sıravi ABŞ vətəndaşı olan bala Pəhləvinin “xahişi” ilə İsrailin parlamentinin 32 üzvünün imzaladığı obyektiv, ədalətli, fərdi və milli hüquqların beynəlxalq hüquq normalarının bütün müddəalarına uyğun olan müraciətinin operativ olaraq geri götürülməsi göstərir ki, Tehranın molla rejimini aradan götürərək, yerinə bala nökərçəsi Pəhləvini gətirməklə Qacar Türk yurdunu təkcə türklər üçün deyil, həm də bu coğrafiyada yaşayan 11 millətin nümayəndələri üçün xalqlar həbsxanası olaraq saxlamaqla, ABŞ bu ölkəni öz müstəmləkəsinə çevirmək məqsədində ciddi və qərarlıdır. Digər tərəfdən bu günlərdə Tehran rejiminin müxtəlif dövlətlərin bayraqları altında neft və digər yüklər daşıyan ABŞ-a məxsus gəmiləri həbs etməsi ABŞ, İsrail və Tehranın molla rejiminin qarşıdurması deyil, prosesin dünya ağalığı iddiasında olan beynəlxalq güclərin arasında gedən mübarizənin bir hissəsi olduğunu sərgiləyir. Çünki, Tehran rejimi tək və özbaşına ABŞ və İsraillə, əslində isə istər iqtisadi, istərsə də hərbi cəhətdən dünyanın ən böyük gücü olan NATO ilə özünü labüd məhvə aparan belə bir qarşıdurmaya getməyə cürət edə bilməzdi. Əgər biz dünya ağalığı iddiasında olan dünya güclərinin bu strateji mübarizəsinin digər seqmentlərinin Suriya, Ukrayna və Qarabağdakı proseslər olduğunu nəzərə alsaq dünya güclərinin hər birinin bütün mübarizə seqmentlərində proseslərin gedişini hansı istiqamətə yönəltməyə israrla cəhd edəcəyini düzgün proqnozlaşdıraraq Türk milli, o cümlədən, Azərbaycan maraqlarının etibarlı qorunması üçün vaxtında gücümüz çatan real tədbirlər hazırlayıb, reallaşdıra bilərik.
May ayının 14-də Türkiyədə keçirilən seçkilərdə də dünya gücləri arasında gedən mübarizə və onların Türk Milli Birliyinə, ümumiyyətlə türk millətinin müstəqilliyinə olan münasibətlərinin xarakteri özünü çox aydın biruzə verdi. Belə ki, son iyirmi ildə Türkiyənin iqtisadi, texniki cəhətdən güclənməsi, SSRİ-nin xarabalıqları üzərində şərti azad olan Türk dövlətlərinin dünya iqtisadiyyatında əhəmiyyətli amilə çevrilməsi, Türkiyənin və digər Türk dövlətlərinin öz milli maraqlarına uyğun iqtisadi, texniki, hərbi siyasət yeritməsi cəhdləri artıq təkcə dünya ağalığı iddiasında olan gücləri deyil, bütün türk düşmənlərini hərəkətə gətirmişdir. Türkiyədəki seçkilərdə türk düşmənlərinin bu günə türk dünyasının lideri olan Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqla, eyni zamanda Türk dövlətlərinin lokomotivi olan Türkiyəni, süni surətdə yaradıb idarə etdikləri “altılıq” vasitəsilə ələ keçirib, artıq bütün dünyada alovlanmağa başlayan Türk Milli Oyanışı prosesini qapamaqla bütün dünya türklərini parçalanmış halda, əsarətdə saxlamağı hədəfləyirlər.
Bu gün İran adlandırılan Qacar Türk yurdunda Qərbin şovinist fars faşizminin qatı nümayəndəsi Bala Pəhləvini hakimiyyətə gətirmək hədəfi də dünya güclərinin və erməni, fars kimi türk düşmənlərinin ümumi niyyətlərinin tərkib hissəsidir.

Şapur Qasimi
19.05.2023
+99455 522-36-15
21-05-2023, 01:20
Türkiyə xaricində səs verən seçicilərin sayı 1 milyonu ötdü


Türkiyə xaricində səs verən seçicilərin sayı 1 milyonu ötdü

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün ölkə xaricində səsvermə davam edir. Ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində səs verən seçicilərin sayı 1 milyonu ötüb. Səs verən seçicilərin ümumi sayı 1 milyon 38 min nəfərə çatıb. Xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də və sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!