22-05-2023, 16:36
Ən çətin və problemli məsələlərdə tərəflərin mövqeləri uzaqdır - Mirzoyanİrəvan və Bakı Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib. Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İrəvanda keçirdiyi brifinqdə bildirib. O əlavə edib ki, qalan maddələr ətrafında “səmimi danışmağa” nail olunub: "Ən çətin və problemli məsələlərdə tərəflərin mövqeləri uzaqdır. Ermənistan üçün dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik vacibdir. İrəvan və Bakı regionda nəqliyyat kommunikasiyalarını açmağa yaxındır. Ermənistan buna hazırdır və maraqlıdır, ancaq suverenlik və bərabərlik prinsipləri əsasında".
22-05-2023, 15:54
Lavrov özbəkistanlı həmkarıyla danışıqlar apardıRusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Özbəkistan Respublikasının XİN başçısı Bəxtiyar Səidov ilə görüşüb. Bu barədə Rusiya XİN məlumat yayıb. "İkitərəfli münasibətlərimizə gəlincə, biz də prezidentlərimiz kimi məmnuniyyətlə bildiririk ki, sanksiya məhdudiyyətlərinə baxmayaraq, əlaqələr bütün istiqamətlərdə intensiv inkişaf edir. 2022-ci ildə ticarət dövriyyəsi 26% artaraq 9 milyard dollara yaxınlaşıb. Prioritetlər arasında təhsil və elm sahəsində qarşılıqlı fəaliyyət də var. Bu gün 12 minə yaxın Özbəkistan vətəndaşı federal və regional büdcələr hesabına Rusiya universitetlərində təmənnasız təhsil alır. Növbəti tədris ili üçün özbək tələbələrə 800 kvota yeri ayrılıb. Biz Özbəkistanda rus dilinə və təhsilinə göstərilən diqqəti yüksək qiymətləndiririk. Regional məsələlərdən söz düşmüşkən, biz MDB və ŞƏT-də sıx əməkdaşlıq edirik, Daşkəndin müşahidəçi qismində iştirak etdiyi Aİİ ilə əlaqələriniz inkişaf edir", - Lavrov deyib.
22-05-2023, 15:04
Rusiya Moldova üçün strateji tərəfdaş deyil - Maya Sandu"Rusiya Moldova üçün strateji tərəfdaş deyil". Bu barədə Moldova prezidenti Maya Sandu "Nonfiction.eu" saytına müsahibəsində deyib. Sandu qeyd edib ki, Kişinyovla Moskva arasında heç vaxt strateji tərəfdaşlıq olmayıb. “Əgər sizə hörmət edilmirsə, deməli, bu, strateji tərəfdaşlıq deyil. Əgər Rusiya xalqımızın iradəsinə zidd olaraq 30 ildir bizim ərazimizdə qoşun saxlayırsa, o zaman bunu strateji tərəfdaşlıq adlandırmaq olmaz”, - Moldova rəhbəri bildirib. Qeyd edək ki, Sandu ölkəsinin bundan sonra MDB sammitlərinə və digər tədbirlərə ev sahibliyi etməyəcəyini bəyan edib.
22-05-2023, 14:57
Britaniya naziri Ermənistana səfər etdiBöyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti Ermənistan səfər edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Dokerti Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla təkbətək və geniş tərkibdə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
22-05-2023, 14:08
Gələcəkdə bu sahədə ikitərəfli əməkdaşlıq mümkün olacaq - PrezidentBiz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib. “Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
22-05-2023, 13:58
Sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir - PrezidentBu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib. Bəyanatında Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladan dövlətimizin başçısı qeyd edib: “Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.
22-05-2023, 13:24
Lavrova yeni müavin təyin edildiRusiya xarici işlər naziri Sergey Lavrova yeni müavin təyin edilib. Prezident Vladimir Putinin imzaladığı sərəncama əsasən, Sergey Butin xarici işlər nazirinin müavini vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bir müddət əvvəl Oleq Sırmolotov Rusiya XİN başçısının müavini postundan təqaüdə göndərilib.
22-05-2023, 13:17
Litvayla strateji tərəfdaşlığımızı təsdiqlədik - İlham ƏliyevBu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında deyib. Siyasi müstəvidə əldə edilmiş razılaşmaların bütün digər sahələrə də müsbət təsirini göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır”.
22-05-2023, 13:13
Qarabağla bağlı mövqeyimiz seçkiqabağı vədlərə uyğundur - Paşinyan"Qarabağla bağlı hazırkı mövqeyimiz sülh gündəliyindəki seçkiqabağı vədlərə uyğundur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. "Bütün bu illər ərzində biz sualın yalnız bir hissəsini formalaşdırmışıq. Biz şüarların ardınca getmişik. İndi də müəyyən dərəcədə keçdiyimiz yolu nəzərdən keçiririk", - Paşinyan bildirib.
22-05-2023, 13:00
Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi - Paşinyan"Mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab edirəm". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu görüşə çox az vaxt qalıb”, - o əlavə edib. Paşinyan daha sonra əsgər anası Qayane Akopyanın həbsinə münasibət bildirib. "Oğlumun müharibədə ölməyəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Onun yoldaşını müharibədə öldürən qəlpə Aşota dəysəydi, o, qəhrəman olardı? Anna Akopyan da olacaqdı qəhrəman anası?", - deyə Paşinyan sual edib.