23-05-2023, 21:04
Ukrayna NATO-suz qələbə qazana bilməyəcək - Viktor OrbanUkrayna NATO qoşunlarının birbaşa iştirakı olmadan qələbə qazana bilməyəcək. Bunu Qətərdə keçirilən iqtisadi forumda Macarıstanın baş naziri Viktor Orban deyib. Onun fikrincə, münaqişəni gərginləşdirmək əvəzinə, sülh yolu ilə həlli imkanlarına diqqət yetirmək lazımdır. “NATO-nun qoşun göndərməyə hazır olmadığını nəzərə alsaq, ukraynalıların qalib gəlmək imkanı olmadığı açıq-aydın görünür. Bu, mənim mövqeyimdir, mən həmişə hamıya təklif etmişəm ki, müharibəyə daha da çox qarışmaq əvəzinə, eskalasiyanı dayandırmalı və sülh danışıqlarının tərəfdarı olmalıyıq”, - Orban bildirib.
23-05-2023, 18:19
Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində öldüTürkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edib. 27 yaşlı Emin Orucovun yaşadığı mənzildə vəziyyəti pisləşib. Yardıma gələn üç nəfər onu birinci mərtəbəyə düşürərkən Emin Orucovun başı pilləkənin kənarına dəyib. Başından ağır xəsarət alan Emin Orucov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Səhlənkarlıqdan Emin Orucovun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslər həbs olunublar.
23-05-2023, 17:51
Ukrayna müharibədən sonra Avropa İttifaqına daxil ola bilər - ŞoltsAlmaniya kansleri Olaf Şolts Ukraynanın müharibə başa çatdıqdan sonra Avropa İttifaqına daxil olacağını bildirib. Şolts bunu tarix səhifəsinin dəyişməsi kimi xarakterizə edib. "Qitəmizin tarixində acı bir səhifə azad Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qoşulması ilə başa çatacaq", - Şolts bildirib. Bir müddət əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirmişdi ki, Ukrayna “Avropa İttifaqına daxil olmaq üçün unikal şansı” əldən verməməkdən ötrü islahatlar prosesini sürətləndirməli və Avropa standartlarına keçməlidir.
23-05-2023, 17:42
Hərbi xidmətə daxilolmayla bağlı yeni qərarAzərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.
23-05-2023, 17:25
Xarici diplomatik nümayəndəliklərdə verilən səslər Türkiyəyə gətirildiTürkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdəki diplomatik nümayəndəliklərdə verilən səslərin bir hissəsi Türkiyəyə gətirilib. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, mayın 28-də keçiriləcək səsvermənin ikinci turu üçün xaricdə yaşayan seçicilərdən səs verənlərin sayı 1,5 milyonu ötüb. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.
23-05-2023, 16:59
Prezident Naxçıvana yeni prokuror təyinatıyla bağlı Sərəncam imzaladıSənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
23-05-2023, 16:47
Peskov: “Nəticələrin nə qədər səmərəli olacağını zaman göstərəcək”“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”. Bunu açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib. “Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - o vurğulayıb. Qeyd edək ki, mayın 25-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək.
23-05-2023, 16:16
Moldova prezidenti Putinin həbsiylə bağlı qərara münasibət bildirdiMoldova prezidenti Maya Sandu rusiyalı həmkarı Vladimir Putinin həbsi ilə bağlı qərara münasibət bildirib. Sandu "Euronews Romania"ya müsahibəsində bu mövzuya toxunub. O, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin sazişini imzaladığını və mövcud qərara əməl edəcəyini xatırladıb. "Putin Moldovaya gələrsə, o həbs ediləcək", - Sandu bildirib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.
23-05-2023, 16:02
Qazaxıstan prezidenti İtaliyanın baş naziri ilə telefon danışığı apardıQazaxıstan prezidenti Kasım-Jomart Tokayev İtaliyanın baş naziri Corc Meloni ilə telefon danışığı aparıb. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. Söhbətin əvvəlində Kasım-Jomart Tokayev Emiliya-Romanya bölgəsində dağıdıcı daşqın nəticəsində insan tələfatı ilə əlaqədar baş nazirə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verib. Həmsöhbətlər siyasi, ticari-iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 15 milyard dollar təşkil edib. "Qazaxıstan və İtaliya iqtisadiyyatın müxtəlif sahələrində sıx əməkdaşlıq edir, 270-dən çox İtaliya şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir", - Tokayev deyib. Bundan əlavə, enerji, nəqliyyat, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi çərçivəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
23-05-2023, 15:05
Ermənistan-NATO əməkdaşlığı məsələləri müzakirə edildiNATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda səfərdədir. O, artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bildirilib ki, tərəflər Ermənistan-NATO əməkdaşlığı məsələlərini müzakirə ediblər. Eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemləri barədə fikir mübadiləsi aparılıb.