20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
23-05-2023, 15:00
Şəkidə baş vermiş kütləvi zəhərlənmənin səbəbi bəlli oldu


Şəkidə baş vermiş kütləvi zəhərlənmənin səbəbi bəlli oldu

Şəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdur. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
23-05-2023, 14:49
Şəkidə 24 şagird kütləvi şəkildə zəhərləndi


Şəkidə 24 şagird kütləvi şəkildə zəhərləndi

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
23-05-2023, 14:33
Özdağ Kılıçdaroğluna dəstək oldu


Özdağ Kılıçdaroğluna dəstək oldu

Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağın bu gün ikinci turda hansı namizədi dəstəkləməsi barədə açıqlama verməsi gözlənilirdi. O, konkret açıqlamanı sabaha saxlayıb. Lakin Özdağ "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyinin anonsunu verib. "Proses hələ nəticələnmədiyi üçün bu axşam Kılıçdaroğlu ilə bir toplantı da keçirəcəyik. İmzalanacaq protokolla bağlı müzakirələr hələ yekunlaşmayıb. Müsbət davam edən prosesin son mərhələdə də müsbət şəkildə sonlanacağını düşünürəm. Bacara bilsək, sabah saat 11:00-da Kılıçdaroğlu ilə açıqlama verəcəyik", - deyə siyasətçi bildirib. "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib. İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.
23-05-2023, 14:14
Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılıb


Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılıb

Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib. Bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib. Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır: "Xüsusilə bitkilərin erkən yazda çiçəklərinin qoparılması, kök boğazından qoparılması, kökümsov bitkilərin kökündən qoparılması, dərman məqsədilə bitkilərin kütləvi toplanılması məsələlərinin ciddi rolu var. Bununla bağlı da müəyyən tədbirlər hazırlanmalıdır". Direktor bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda təftiş aparılıb: "Topxana meşəsini ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan Xarıbülbül növləridir".
23-05-2023, 13:41
Kiyevə yeni silahların çatdırılması cəbhədəki vəziyyəti dəyişməyə qadir deyil


Kiyevə yeni silahların çatdırılması cəbhədəki vəziyyəti dəyişməyə qadir deyil

"Kiyevə yeni silahların, o cümlədən qırıcı təyyarələrin çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyə qadir deyil". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Kollektiv Qərb ölkələri Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur. Putin mayın 23-də Moskvada Serb Respublikası prezidenti ilə görüşəcək. Kreml Rusiya Federasiyasında casusluq ittihamı ilə həbs edilən ABŞ-ın “The Wall Street Journal” nəşrinin müxbiri Evan Qerşkoviçə konsulluq girişinin təmin edilməsi məsələsi ilə məşğul olmur", - o əlavə edib.
23-05-2023, 13:37
İraq prezidenti təyyarədən enərkən yıxıldı


İraq prezidenti təyyarədən enərkən yıxıldı

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bağdad hava limanında təyyarədən enərkən yıxılıb. Hadisə Süleymaniyyədən Bağdada qayıdan zaman baş verib. Pilləkəndən yıxılan Prezidentin qolu sınıb, bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib. Qeyd olunub ki, Əbdüllətif Camal Rəşid İraqın şimalına bir neçə günlük səfər edib.
23-05-2023, 13:05
Məhkəmə sabiq baş nazirin həbsini təxirə saldı


Məhkəmə sabiq baş nazirin həbsini təxirə saldı

İslamabadın Apelyasiya Məhkəməsi Pakistanın sabiq baş naziri, “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb. İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək onları siyasi sifariş adlandıran sabiq baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib. Məlumat üçün bildirək ki, İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb. Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.
23-05-2023, 12:28
Ermənistan əsir götürülmüş hərbiçilərimizi qaytarmaqdan imtina edir


Ermənistan əsir götürülmüş hərbiçilərimizi qaytarmaqdan imtina edir

"Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb". Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. "Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur. Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - deyə məlumatda qeyd edilib. Xatırladaq ki, bir müddət əvvəl Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
23-05-2023, 12:09
XİN Mirzoyanın qərəzli fikirlərinə cavab verdi


XİN Mirzoyanın qərəzli fikirlərinə cavab verdi

"22 may 2023-cü il tarixində Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyirik".
Bu barədə XİN-dən bildirilib. "Azərbaycanın “Laçın” sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir. Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir.
Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əminamanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır. Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb. Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur. Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - XİN-in açıqlamasında deyilir.
23-05-2023, 11:59
Füzulidə iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapıldı


Füzulidə iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapıldı

Mayın 16-na qədər Füzulidə aparılan qazıntılar zamanı Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb. Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib. Onun sözlərinə görə, sonuncu dəfə 2-3 gün bundan öncə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə meyit qalıqları təqdim edilib. Ədalət Həsənov qeyd edib ki, hazırda təxminən 200-300 şəxsə aid qalıqlar var: "Mina axtaranlar, prokurorluq işçiləri, təmir-tikinti işləri ilə məşğul olanlar qalıqlar tapanda, bizim əməkdaşlarımız onları qablaşdırıb gətirirlər. Bu qalıqların itkin düşmüşlərə, yoxsa sonrakı dövrdə həlak olmuş şəxslərə aid olduğu bilinmir. Bəzən qabırğa sümükləri gəlir, lakin ondan DNT nümunəsi götürmək olmur. Çünki çürümüş olur. Hələlik qalıqların konkret neçə şəxsə aid olduğunu demək mümkün deyil. Eyni zamanda naməlum şəhid məzarlarından da qalıqlar çıxarılıb. Ümumi şəxslərin siyahısına onlar da daxildir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!