Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-06-2023, 20:02
Rusiyanın hakimiyyət orqanlarıyla Vaqner arasında danışıqlar gedir


Rusiyanın hakimiyyət orqanlarıyla Vaqner arasında danışıqlar gedir

Rusiya Federasiyasının hakimiyyət orqanları ilə "Vaqner" muzdlularının komandanlığı arasında danışıqlar gedir. Bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb. Danışıqların təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
24-06-2023, 18:33
4 nəfərin ölümünə səbəb olan şəxs ömürlük həbs edildi


4 nəfərin ölümünə səbəb olan şəxs ömürlük həbs edildi

Beyləqanın Tatarlı kəndində 4 nəfəri güllələməkdə ittiham olunan Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması bitib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim Əli Əliyevin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə F.Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdə deyilir ki, ittiham olunan şəxs təyin olunmuş cəzanı həbsxanada çəkməlidir. Hökmdən əvvəl müdafiə tərəfi təqsirləndirilən şəxsin ailə vəziyyətini, yaşını nəzərə alaraq nisbətən yüngül cəza təyin edilməsini xahiş edib. Prokuror əvvəlki mövqeyində qaldığını, müttəhimin ömürlük məhkum edilməsinin qanunauyğun olduğunu deyib.
Qeyd edək k, hadisə ötən ilin dekabr ayında baş verib. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib.
24-06-2023, 17:27
Rusiyadakı vəziyyətlə bağlı İran da münasibət bildirdi


Rusiyadakı vəziyyətlə bağlı İran da münasibət bildirdi

İran hakimiyyəti Rusiyada baş verən hadisələrə münasibət bildirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb. O vurğulayıb ki, Rusiyada baş verən son hadisə Moskvanın daxili məsələsidir və İran bu ölkədə qanunun aliliyini dəstəkləyir.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronij şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
24-06-2023, 17:18
Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur - Kuleba


Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur - Kuleba

Ukrayna XİN başçısı Dmitri Kuleba hesab edir ki, Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur. Kuleba bunu "Espresso" telekanalına şərhində bildirib. “Düşmən arxasında yaranan istənilən üsyan, hər hansı problem bizim marağımızdadır", - o qeyd edib. Teleaparıcının Rusiyadakı üsyanın Ukrayna üçün mümkün nəticələri barədə sualına cavabında Kuleba deyib ki, bu barədə danışmaq və proqnozlaşdırmaq hələ tezdir. "Priqojin Rusiya dövlətinin bütün maşınına qarşı üsyan etdi. Ona görə də indi nəticələrini proqnozlaşdırmaq çox spekulyativ olardı. Amma bir daha təkrar edirəm ki, düşmən xəttinin arxasında hər hansı problem bizim qələbəmizin xeyrinədir", - nazir bildirib.
24-06-2023, 17:05
Putin ölkədəki fövqəladə hərbi vəziyyətlə bağlı qərar imzaladı


Putin ölkədəki fövqəladə hərbi vəziyyətlə bağlı qərar imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkədə fövqəladə hərbi vəziyyətlə bağlı qərar imzalayıb. Müvafiq qərarda bir sıra cəza mexanizmləri nəzərdə tutulub. Belə ki, fövqəladə hərbi vəziyyət rejimi ilə bağlı məhdudiyyətləri pozan şəxslərin 30 sutkalıq inzibati həbs edilməsi nəzərdə tutulub.
24-06-2023, 16:30
Putin türkiyəli həmkarıyla yaranmış vəziyyətlə bağlı danışıqlar apardı


Putin türkiyəli həmkarıyla yaranmış vəziyyətlə bağlı danışıqlar apardı

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Putin Ərdoğana silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. "Türkiyə prezidenti Rusiya rəhbərliyinin hərəkətlərini dəstəkləyib", - məlumatda deyilir. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, bundan əvvəl Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə də danışmışdı.
24-06-2023, 16:17
Putinin paytaxtı tərk etməsiylə bağlı yayılan məlumata açıqlama verildi


Putinin paytaxtı tərk etməsiylə bağlı yayılan məlumata açıqlama verildi

Kreml Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvadan Sankt-Peterburqa uçması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bu barədə Putinin sözçüsü Dmitri Peskov məlumat yayıb. Onun sözlərinə görə, yayılan informasiya həqiqəti əks etdirmir. Peskov məlumatları təkzib etməklə yanaşı, Rusiya prezidentinin Kremldə iş başında olduğunu da diqqətə çatdırıb.
24-06-2023, 16:03
Ermənistanın hücumunu araşdırmaq məqsədilə tədbirlər görülür - XİN Başçısı


Ermənistanın hücumunu araşdırmaq məqsədilə tədbirlər görülür - XİN Başçısı

Laçın sərhəd-buraxılış məntəqəsi təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşması bu prosesi həzm edə bilməyən Ermənistanın iyunun 15-də keçid məntəqəsini atəşə tutması ilə nəticələnib. Bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə keçirilən görüşü zamanı səsləndirib. Nazir bildirib ki, Azərbaycan tərəfindən hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə törətmiş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görülür. Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
24-06-2023, 15:48
Meral Akşener yenidən İYİ partiyasının sədri oldu


Meral Akşener yenidən İYİ partiyasının sədri oldu

Bu gün Türkiyədə İYİ Partiyanın qurultayı baş tutub. Qurultay zamanı sədr seçkiləri də keçirilib. Beləliklə, partiyanın hazırkı sədri Meral Akşener növbəti müddətə yenidən sədr seçilib. Qeyd edək ki, İYİ Partiya sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.
24-06-2023, 15:14
“Heydər Əliyev adına təqaüd”ün təsisiylə bağlı sərəncam imzalandı


“Heydər Əliyev adına təqaüd”ün təsisiylə bağlı sərəncam imzalandı

“Heydər Əliyev adına təqaüd” təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!