Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
29-06-2023, 10:54
Fransada AzTv əməkdaşlarına hücum: Silahla hədələndilər, xəsarət aldılar


[b]Fransada AzTv əməkdaşlarına hücum: Silahla hədələndilər, xəsarət aldılar[/b]

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Bu barədə AzTV bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, dövlət televiziyasının əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar: “Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər”. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - bəyanat bildirilib.
29-06-2023, 10:45
Mərakeş Quranın yandırılmasından sonra səfirini geri çağırdı


[b]Mərakeş Quranın yandırılmasından sonra səfirini geri çağırdı[/b]

İsveçin paytaxtı Stokholmda müqəddəs Quran kitabının yandırılmasından sonra Mərakeş Stokholmdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Mərakeş Xarici İşlər Nazirliyi məlumat yayıb. “Kralın göstərişi ilə İsveçin ölkədəki müvəqqəti işlər vəkili Rabata, Stokholmdakı səfir isə məsləhətləşmələr üçün geri çağırılıb”, - XİN-in açıqlamasında deyilir. Nazirlik aksiyanı “bir milyarddan çox müsəlmanın hisslərinə məhəl qoymayan məsuliyyətsiz, düşmənçilik hərəkəti” adlandırıb. İyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Mitinqdən dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib. Türkiyənin Xarici İşlər Nazirliyi, parlament və hökumət üzvləri hadisəni pisləyib.
29-06-2023, 10:33
Pakistanda silahlı insident - 9 nəfər öldü


Pakistanda silahlı insident - 9 nəfər öldü

Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum edilib. Hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib. Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.
29-06-2023, 10:10
Ermənilər 3 istiqamətdə mövqelərimizi atəşə tutdu


Ermənilər 3 istiqamətdə mövqelərimizi atəşə tutdu

İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
29-06-2023, 00:58
ABŞ konsulluğuna hücum ölümlə nəticələndi


ABŞ konsulluğuna hücum ölümlə nəticələndi

ABŞ-ın Ciddədəki konsulluğuna hücum olub. Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində mühafizəçi həlak olub. Diplomatik nümayəndəliyə hücum edən şəxs Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
28-06-2023, 21:49
“Vaqner” Polşa üçün potensial təhlükə formasıdır - Andjey Duda


“Vaqner” Polşa üçün potensial təhlükə formasıdır - Andjey Duda

Polşa prezidenti Andjey Duda "Vaqner" muzdlularının Belarusda olmasının qonşu ölkələri təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Bu barədə o, Kiyevdə çıxışı zamanı danışıb. Duda qeyd edib ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədləri var və muzdlular bu ölkələr üçün təhlükə yarada bilər. “Sual yaranır: bu hərəkətin məqsədi nədir? "Vaqner" qrupunun, yəni Rusiya ordusunun konkret olaraq Belarusdakı əsl niyyətləri nədən ibarətdir? Bu, konkret olaraq bizim ölkələrimiz, NATO ölkələri, Polşa üçün potensial təhlükə formasıdır”, - o vurğulayıb. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Belarusda rus muzdlularının olmasında böyük təhlükə görmür.
28-06-2023, 21:06
Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirdi


Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirdi

ABŞ prezidenti Co Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirib. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə uduzur: “O, açıq şəkildə Ukraynadakı və ölkə daxilindəki müharibəni uduzur”. Buna baxmayaraq, ABŞ lideri vurğulayıb ki, "Vaqner" qiyamından sonra Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir. "Putin bütün dünyada pariyaya çevrilib", - Amerika prezidenti əlavə edib.
28-06-2023, 19:19
İsveçdə “Quran” kitabı yandırıldı - Türkiyə XİN-dən sərt reaksiya


İsveçdə “Quran” kitabı yandırıldı - Türkiyə XİN-dən sərt reaksiya

İsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb. Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb. Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib. Nəşr bildirir ki, həmin şəxs İsveç himnini də oxuyub və ölkənin bayrağını dalğalandırıb. Orada olanlardan bəziləri Salvan Mömikin ünvanına təhqirlər səsləndiriblər. İzləyən şəxslətdən biri daş atmağa çalışıb, o, polis tərəfindən saxlanılıb. SVT xəbər verir ki, polis tədbirin təşkilatçısına qarşı dini ədavətin qızışdırılması, eləcə də od yandırmaq qadağasını pozmaq ittihamı ilə protokol tərtib edib. Nəşrin məlumatına görə, aksiyadan əvvəl polis ictimai yerdə od yandırmağa görə cərimə olunacağı barədə xəbərdarlıq edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Qurana edilən hücuma sərt reaksiya verib. "Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir", - o qeyd edib.
Xatırladaq ki, yanvarın sonunda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında "Quran" kitabı yandırılıb. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.
28-06-2023, 18:42
Çeçenistan rəhbəri Putinlə görüşdü


Çeçenistan rəhbəri Putinlə görüşdü

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə Kadırov özünün "Telegram" kanalında yazıb. O, Putinə regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib. "Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov qeyd edib.
28-06-2023, 16:51
Məhv edilən 4 erməni seperatçının fotoları yayıldı


Məhv edilən 4 erməni seperatçının fotoları yayıldı

Ötən gün saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Ordusu cavab tədbirləri görüb. Görülən tədbirlər nəticəsində 4 separatçı məhv edilib. Butov.az məhv edilən separatçıların fotolarını təqdim edir.

Armo Abqaryan



Qaqik Balayan



Samvel Torosyan



Yervand Tadevosyan

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!