Qəbələ rayonunun Solquca və Oğuz rayonunun Xaçmaz kəndləri ərazisindəki kolluq sahələrdə yanğın hadisəsi baş verib. Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğınlar söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb: “Solquca kəndi ərazisində dəfələrlə yanğın hadisəsi təkrarlandığına görə ərazi xüsusi nəzarətə götürülüb, post quraşdırılıb, növbətçilik təşkil olunub”. Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
Qəbələ rayonunun Solquca və Oğuz rayonunun Xaçmaz kəndləri ərazisindəki kolluq sahələrdə yanğın hadisəsi baş verib. Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğınlar söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb: “Solquca kəndi ərazisində dəfələrlə yanğın hadisəsi təkrarlandığına görə ərazi xüsusi nəzarətə götürülüb, post quraşdırılıb, növbətçilik təşkil olunub”. Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu
Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - Nazirlikdən qeyd edilib.
Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb. Yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda yanğın davam edir.
Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb. Bunu İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales “TASS”a deyib. “Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk. Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir” - deyə, o bildirib. Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.
İranda qum fırtınası 733 nəfərin xəsarət almasıyla nəticələndi
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətlərini bürümüş qum fırtınası nəticəsində azı 733 nəfər xəsarət alıb. Son dörd gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə kömək üçün müraciət edib. Onlardan 58-i hələ də mütəxəssislərin nəzarəti altında qalmağa məcburdur. Həkimlər deyib ki, zərərçəkənlərin tənəffüs, eləcə də ürək-damar və görmə sistemlərində problemlər var. Bu gün səhər saatlarında əyalətdə küləyin sürətinin 94 km/saata çatıb, üfüqi görünmə isə üç min metrə qədər azalıb. Sistan və Bəlucistanın beş şəhərində bütün dövlət qurumları bağlanıb. Fırtınanın İranın cənub-şərqində çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, digər qoşun növləri və əlahiddə hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər. Hərbi rituallara uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirildikdən və Dövlət Himni ifa edildikdən sonra tədbirlər açıq elan olunub. Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Təntənəli mərasimlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub. Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olublar.
Qərbi Azərbaycan İcması Vətən müharibəsindən sonra bir ara Ermənistanın baş naziri olmaq niyyətinə düşən, 2021-ci ildə seçkilərdə cəmi 1 faiz səs toplamış, həmin il Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı bir nəfərdən ibarət “möhtəşəm” aksiya təşkil etmiş, daha sonra Xarici İşlər Nazirliyinin səfiri təyin edilmiş Edmon Marukyanın Azərbaycanla bağlı davamlı xarakter alan və son vaxtlar “aclıq”, “etnik təmizləmə”, “soyqırımı” kimi ifadələrin yer aldığı gülünc açıqlamaları ilə əlaqədar bəyanat yayıb. İcmanın bəyanatında bildirilib ki, 30 il ərzində işğal, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, “məğlubedilməz erməni ordusu” ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən müharibəsindən sonra “timsah göz yaşları” axıtması istehza doğurur. “E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki “belə qətnamələr mövcud olmayıb” yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey deyildir. Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün İcma ilə dialoqa təşviq etməlidir”.
Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb. “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib. Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib. Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Bu barədə DİM-dən bildirilib. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb. Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilirdi. Avqustun 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.