Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-08-2023, 13:17
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edir. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
28-08-2023, 12:59
İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi kəsildi


İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi kəsildi

Yağan leysan və sonradan baş verən sürüşmə səbəbindən Fransanın Sen-Jen-de-Marin kommunası ərazisində bir neçə yol bağlanıb.
İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb.
Frecus tuneli isə yük maşınları üçün bağlanıb. İtaliyanın Trenitalia dəmir yolu şirkətinin məlumatına görə, Milandan Parisə və əks istiqamətdə bir neçə qatar ləğv edilib. Yollarda tıxac yaranıb.
Sinoptiklər leysan yağışlar, dolu, qasırğa və güclü küləyin ən azı bir gün də davam edəcəyini proqnozlaşdırırlar.
28-08-2023, 12:54
Reznikov: “F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər”


Reznikov: “F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər”

"Ukrayna 2024-cü ilin yazında F-16 qırıcılarından istifadəyə başlaya bilər".
Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Bild"ə müsahibəsində bildirib.
O qeyd edib ki, təlim və infrastruktur hazırlığı üçün vaxt nəzərə alınmalıdır.
“Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, - nazir vurğulayıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
28-08-2023, 12:47
Arayik Arutyunyanın “ofisini” atəşə tutdular


Arayik Arutyunyanın “ofisini” atəşə tutdular

Gecə saatlarında naməlum şəxslər qondarma qurumun "prezidenti" Arayik Arutyunyanın "ofisinə" yaxınlaşaraq atəş açıblar.
Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
"Hraparak" qəzeti yazıb ki, hadisədən əvvəl bir qrup erməni onun "ofisinə" gəlib və Qarabağdakı vəziyyət barədə qızğın söhbət ediblər. Daha sonra ermənilər binadan çıxıb və "ofisi" gülləbaran ediblər.
Hadisədə iştirak edən şəxslərin hazırda polis idarəsində olduğu bildirilir.
28-08-2023, 12:40
Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti təmin edilmədi


Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti təmin edilmədi

Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti bu gün Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədi.
Bunu vəkil Aqil Layıc bildirib.
Məhkəmə təqsirləndirilən şəxsin həbsdə qalmasına qərar verib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
28-08-2023, 12:22
Tərcüməçilərin olmaması Ukrayna qoşunlarına təlim keçməkdə maneə yaradır


Tərcüməçilərin olmaması Ukrayna qoşunlarına təlim keçməkdə maneə yaradır

İxtisaslı tərcüməçilərin olmaması NATO zabitləri üçün Aİ-nin təlim missiyası çərçivəsində Ukrayna qoşunlarına təlim keçməkdə ən böyük problemə çevrilib.
Bu barədə "Financial Times" məlumat yayıb.
Ötən ilin noyabrında ukraynalılara müxtəlif silah və taktikalarla işləmək üzrə təlim vermək üçün yaradılmış Avropa İttifaqının çoxmillətli təlim missiyasının rəhbərinin müavini, niderlandlı briqada generalı Martin Bonn deyib ki, tərcüməçilər bir nömrəli problemdir.
"Böyük çətinliklər hərbi və ya texniki kontekstdə, xüsusən də gündəlik həyatda istifadə olunmayan sözlərin tərcüməsi ilə bağlıdır", - o vurğulayıb.
Bundan əlavə, Qərb təlimatçıları Kiyevin onlara müxtəlif yaş və qabiliyyətlərə malik qoşunlar göndərməsindən şikayətlənirlər.
28-08-2023, 12:13
Çinə səyahət edənlərdən COVID testi tələb olunmayacaq


Çinə səyahət edənlərdən COVID testi tələb olunmayacaq

Çin ölkəyə səyahət edənlərin COVID test nəticələrini təqdim etmə tələbini ləğv edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Qərar avqustun 30-dan etibarən qüvvəyə minir.
Qeyd edək ki, koronavirus pandemiyası Çinin Uhan əyalətindən dünyaya yayılmışdı.
28-08-2023, 10:53
Rusiyadan Çinə quş ətinin idxalı qadağan edildi


Rusiyadan Çinə quş ətinin idxalı qadağan edildi

Çin Rusiyadan quş ətinin idxalını qismən məhdudlaşdırıb.
Bununla bağlı heç bir izahat verilməyib.
Belə ki, Rusiya Federasiyasının cənubunda yerləşən 4 böyük quşçuluq fabrikindən məhsulların Çinə idxalı qadağan edilib.
Ehtimal edilir ki, onların məhsullarında təhlükəli orqanizmlər və ya antibiotiklər aşkar edilib.
28-08-2023, 10:33
“Binə” və “Sədərək” ticarət mərkəzləri subasmaya məruz qaldı


“Binə” və “Sədərək” ticarət mərkəzləri subasmaya məruz qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.
28-08-2023, 10:07
FARS ŞOVİNİZMİNİN GƏLİNCİK (KUKLA) OYUNU


FARS ŞOVİNİZMİNİN GƏLİNCİK (KUKLA) OYUNU

KİV-lərdə bu yaxınlarda Türkiyə xarici işlər naziri, sayın Hakan Fidanın Tehran rejiminin xarici işlər naziri Abdullahiyanla görüşündə Türkiyənin və Tehran rejiminin “Quranı müdafiə etmək haqqında” razılığa gəldikləri barədə qısa məlumat dərc edilmişdi. Bu məlumat ilk baxışda adi və əhəmiyyətsiz, xarici işlər nazirləri arasında mövzu olaraq, müzakirə edilib, razılıq əldə edilməsi üçün, hətta gülünc görünür. Məlumdur ki, İsveçin NATO-ya üzvlüyə qəbul olunması məsələsində Türkiyə kürd terrorçularına açıq dəstək verdiyinə görə İsveçin bu təşkilata üzv olmasına veto qoymuşdu. Bu məsələnin Türkiyə və İsveç arasında gərgin müzakirə edildiyi bir vaxtda bir nəfərin Türkiyə səfirliyi yaxınlığında quran kitabını yandırması, təbii ki, təsadüfi olmayıb, Türkiyə-İsveç münasitbətlərinin daha da gərginləşdirilməsi, Türkiyənin bu akta susqun qalacağı halda isə, bundan ərəb ölkələri ilə Türkiyənin münasibətlərinə soyuqluq gətirmək üçün Türk düşmənlərinin öncədən düşünüb, məqsədli şəkildə təşkil etdikləri akt idi. Türkün irili-xırdalı düşmənləri çoxdur. Məsələni bir qədər dərindən qurdalayan olsa, pərdə arxasından rusun, fransızın, erməninin və ya farsın barmağı çıxacaq. İndiki məsələdə Türkiyə-İsveç münasibətlərinin korlanmasında ən çox maraqlı olan bu dörd millət və dövlətdir. Bu aktı türkün hansı düşməninin təşkil etməsinin də elə bir önəmi yoxdur. Əsas məsələ isə bu aktdan kimin və necə sui-istifadə etməsidir.
Birincisi, İsveçdə yandırılan quran kitabı, onu yandıran adamın şəxsi mülkiyyətidir. İsveç dövləti dünyəvi dövlətidir. Beynəlxalq hüquqa, eləcə də İsveç dövlətinin qanunvericiliyinə görə həmin adam hansı kitab və ya digər cansız əşya üzərində sahiblik hüququna malikdirsə, o bunu başqasına sata, bağışlaya, başqalarının sağlamlığına, malına zərər vurmadan onu məhv etmək hüququna malikdir və o bu qanuni hüququndan istifadə edib. Həmin adama, İsveç dövlətinə, İsveç dövləti və beynəlxalq qanunlar baxımından heç kimin, heç bir dövlətin etirazı, iddiası, təpkisi qəbul edilə bilməz. İdeoloji cəhətdən də həmin adama qarşı heç bir iddia irəli sürülə bilməz. Çünki, hər hansı itdeologiyanın daşıyıcısı olmaq, hər kəsin şəxsi işi, şəxsi hüququ olub, hər kəs, hər gün özünün qəbul etdiyi ideologiyanı istədiyi qədər dəyişə bilər. Hansısa ideologiyanı qəbul etmək, heç kəsə ömürlük onun daşıyıcısı olmaq öhdəliyi qoyula bilməz.
Türkiyənin “Quranı qorumaq” kimi fanatik və mücərrəd bir məsələyə qoşulması başa düşüləndir. Hələ Osmanlı dövlətində ərəblərin yaratdığı islam dini rəsmi dövlət ideologiyası statusu daşımış, bu günün Türkiyəsində əhalinin mütləq əksəriyyəti bu və ya digər dərəcədə islam dininin daşıyıcısıdır. Türkiyənin Prezidenti başda olmaqla, dövlət piramidasının məmurları da islam dininin daşıyıcılarıdır. Osmanlı dövləti islam dəyərlərini və islamın müqəddəs sayılan məkanlarını, habelə hansı dövlətdə yaşamasından asılı olmayaraq müsəlman millətləri, başqa dinin daşıyıcıları olan millətlərin, dövlətlərin zorakılığından, işğalından, təpkilərindən daim bütün imkanları çərçivəsində qorumuş, bu gün də bu işi davam etdirməkdədir. Bu baxımdan bu gün Türkiyənin Xarici İşlər Nazirinin “Quranı qorumaq” haqqında kimlərləsə, bu məsələni müzakirə etməsi tamamilə təbii haldır. Təəccüblü və gülünc görünən məsələ Tehranın şovinist fars molla faşizminin “Quranı qorumaq” sevdasına düşməsidir. Əslində isə bunda təəccüb ediləsi heç nə yoxdur. Öz mütəfəkkirlərinin etiraf etdiyi kimi, hiyləgərlikləri hələ ana bətnində formalaşan ermənilərin Ağdamdan alınacaq ərzaq mallarından imtina edərək, ərzağın hökmən Ermənistandan, həm də məhz Laçın yolu ilə gətirilməsini tələb edərək, bütün dünyaya, Bakının onları “acından öldürərək”, “soyqırımına” məruz qoyduğu “iddia” etməklə, bütün dünyanın, o cümlədən Ermənistanın da Azərbaycanın ərazisi olduğunu etiraf edib, ən azı rəsmən qəbul etdikləri Qarabağ torpaqlarımızı de fakto Ermənistan ərazilərinə qatmaq istəyən şovinist erməni faşizmi ilə siam ekizi olan şovinist fars molla-faşist hakimiyyəti “Quranın müdafiəsinə” marağında bir çox məqsədlər güdür.
Birincisi, Quran fars milləti və fars dövləti üçün bir parça kağız olmaqla, heç bir mənəvi dəyərə malik deyil.
İkincisi, Quran fars milli şovinizmi və şovinist fars molla-faşizmi üçün fars şovinizminin başqa millətlər üzərində hökmüranlığını, hegemonluğunu təmin etmək, başqa millətləri assimilyasiya edərək özlərinin ərazi, əhali, iqtisadi-ictimai baxımdan nəhəng millətə çevrilməsi üçün vasitədir. Lap elə ingilislərin Amerikanı işğal etmək istədikləri zaman hindulara bəzəkli şüşələr verərək əvəzində onlardan qızıl aldıqları kimi.
Üçüncüsü, farsların islama və islamın ideoloji əsası olan Qurana əsil, həqiqi münasibəti, dəyərli milli alim xanımlardan olan Yasəmən xanım Qaraqoyunlunun şovinist fars sosioloqu Əli Şəriətinin “əsərlərindən” etdiyi seçmələrdən birmənalı olaraq aydın olur. Əli Şəriəti yazır; Sasani imperiyasını ərəblər yendikdən sonra ərəblərə qarşı mübarizə aparmaq üçün biz Şübiyyə təşkilatı yaratdıq. Biz ərəbsiz islam yaratdıq. Biz islamı ərəbin əlindən aldıq. Biz Peyğəmbər və sünnəyə əsaslanan islam deyil – İmamətə əsaslanan islam modeli qurduq. İmamət Hz.Əlinin oğlu Hüseyinlə, Sasani kralı Yəzdigardin qızı (milliyyətcə fars – Ş.Q.) Şəhrəbanunun izdivacından doğulan Zeynalabdinin nəslini əsas alan bir sistemdir. Şiə ərəb dünyası ilə İran (fars – Ş.Q.) dünyasını ayıran NET (qəti – Ş.Q.) sərhəddir. Biz İranda hökmüranlıq etmiş (651-ci ildən 1925-ci ilədək, 1274 il – Ş.Q.) türk xanədanını kriter olaraq almırıq. Dövlətin başında duran sülalənin etnik kökəncə kim olması önəmli deyil, önəmli olan bu sülalənin iranlılığa (farsçılığa – Ş.Q.) İranın ruhuna (fars milli ruhuna – Ş.Q.) İran ideologiyasına (fars milli ideologiyasına – Ş.Q.) xidmət etməsidir. Önəmli olan İran dövlətçiliyinin (fars milli dövlətçiliyinin – Ş.Q.) İran ruhunda (fars milli ruhunda – Ş.Q.) davam etməsidir. O İran ki, öz torpaqlarında yunan, ərəb, türk, Avropa mədəniyyətlərini sındırıb, əridib yox etmişdir. O İranlı ruh (fars milli ruhu – Ş.Q.) ki, türk Sultan Mahmud Qəznəviyə sarayında fars dilində yazan 700 şairə maaş bağlatdırmışdır. O ruh ki, Səlcuqları fars dilini Samanilərdən ödənc alıb bütün dünyaya yaydırmağa məhkum etmişdir. O ruh ki, türkləri fars dilini evrənsəl dilə çevirməyə sövq etmişdir.
İndi isə fars milləti və Tehranın şovinist fars molla-faşizmi üçün, islamın, quranın nə olduğuna şovinist fars sosioloqu Əli Şəriətinin öz sözləri əsasında baxaq. Farslar ərəblərə məğlub olduqdan sonra Şubiyyə təşkilatı yaradıb, Məhəmməd peyğəmbərin nəvəsi, imam Əlinin oğlu Hüseynin, fars Yəzdigərdin qızı Şəhrəbanudan olan oğlu Zeynalabdinə əsaslanan ŞİƏLİK təriqəti yaratmışlar. Eynilə ermənilərin xristianlığın Qriqorianlıq təriqətini yaratdığı kimi. Yəni, islamın müəllifi ərəb Məhəmməddən imtina edərək imamətə, yəni, fars əsilli Zeynalabdinə əsaslanan bir din təriqəti yaratdıqları halda, istər-istəməz, labüd olaraq, Məhəmmədin yaratdığı və sünnəyə əsaslanan islamın nəzəri əsası, konstitusiyası olan qurandan da imtina etmiş olurlar. Onlar bunu ermənisayağı, birbaşa deyil, “Biz ərəbsiz islam yaratdıq, biz islamı ərəbin əlindən aldıq”, kimi diplomatik ifadə ilə, üçtüörtülü etiraf edirlər.
Bundan sonra isə “Şiə ərəb dünyası ilə İran (fars) dünyasını ayıran NET bir sərhəddir”, ifadəsilə isə şiəliyin islam dini ideologiyası deyil, fars milli ideologiyası olduğunu, onun ərəb milli ideologiyasına, yəni, islama zidd eyni zamanda da, şiəliyin sünnə ilə NET sərhədd olması ilə şiəliyin islam dini olmadığını da ortaya qoyur. Bu cəhət isə ermənilərin erməni milli ideologiyası olaraq yaratdıqları Qriqorianlığı xristianlıq adlandıraraq özlərinə başqa milli ərazilərdə dövlət qurub, özgə ərazilərini işğal edərək böyük millətə və böyük dövlətə çevrilmək üçün xristian həmrəyliyi əsasında xristian millətlərin resurslarından istifadə etdiyi kimi farsların da şiəliyi islam dini ideologiyası kimi qələmə verməkdə məqsədləri müsəlman millətlərin həmrəyliyindən öz milli maraqlarını həyata keçirməkdə israrlı olmasıdır. Bu Tehranın şovinist fars molla-faşizminin bütün praktiki əməllərində özünü çox aydın göstərir. Tehranın şovinist fars rejimi mehtərbaşı Rza Palaninin və onun oğlu Məhəmmədrza Palaninin hakimiyyəti, istərsə də şovinist fars molla-faşizmi dövründə bir müsəlman milləti və dövləti ilə səmimi, mehriban, milli və dövlətlərarası münasibətlərə malik olmayıb. Onların hər iki rejimi dövründə bütün səmimi münasibətləri, əlaqələri ancaq xristian dövlətləri ilə olub və hazırda da belədir.
Palanilər dövründə və molla-faşizmi dövründə də Tehran hakimiyyəti müsəlman ərəb dövlətlərinə və Türkiyəyə qarşı barışmaz düşmən münasibətində olub və hazırda da belədir. 1925-ci ildə türk Qacar xanədanını xristian ingilislərin köməyilə hərbi çevriliş edərək hakimiyyətdən salıb, hakimiyyəti ələ alan Palaniləri, mollalar fransızların və rusların köməyi ilə taxtdan salıb, Palanilərin 1935-ci ildən bəri İran adlandırdıqları Qacar yurdunda türk mənliyinə aid olan nə varsa, hamısını, o cümlədən dilini, təhsilini, mətbuatını, mədəniyyətini ən sərt qaydalarda qadağan edib, türklərin tarix boyu sıx, toplum halında yaşadıqları ərazilərdə süni olaraq fəlakətli ekoloji, iqtisadi, hüquqi şərait yaradaraq onları öz yurdlarından didərgin salmaqla, ən elementar şəxsi, milli hüquqlarını tələb edənləri edam etməklə türk milli mənliyini yox etməyə çalışırlar. Son otuz ildə Şimali Azərbaycan Respublikasının ərazilərinin işğal edib xarabazarlığa çevrilməsində, müsəlman, həm də 64 ədəd şiə məscidlərinin dağıdılaraq, yarıuçuq qalanlarında donuz saxlanılmasında, İrəvanda türk milli üslubunda tikilən şiə məcidinin, fars milli üslubunda yenidən qurulmasına ermənilərə əsas yardımçı, şovinist fars molla faşizmi olmuşdur. Bu gün də Zəngəzur dəhlizinin açılıb Azərbaycanın Naxçıvan bölgəsilə birgə düşmən mühasirəsindən çıxmasını ən çox israrla əngəlləyən farslardır. Artıq səkkiz ildən çoxdur ki, müsəlman ərəb ölkələrində böyük hərbi qruplaşmalar yaradıb ərəblərin xristian düşmənlərindən çox müsəlman ərəbləri öldürənlər də, müsəlman olduqlarını iddia edən farslardır. Tarix boyu türk milli ərazisi, türk yurdu olmuş İrəvan xanlığının ərazilərini ermənilərin bu gün Ermənistan adlandırdığı kimi, fars şovinizminin də 1274 il, bu gün İran adlandırdıqları türk yurdunda hökmüranlıq etmiş türk xanədanını kriter olaraq almadıqlarının səbəbi də, milli şüuru olmayan türk sultanları və şahlarına hiylə yaltaqlıq edib, ermənilər kimi öz məqsədlərinə çatmaq üçün qadınlarını onların döşəyinə çevirən farsların, Sultan Mahmud Qəznəviyə fars dilində yazan 700 şairə maaş bağlatdırmaları, Səlcuqları fars dilini bütün dünyaya yaydırmağa məhkum etmələri, türkləri, fars dilini evrənsəl dilə çevirməyə sövq edə bilmələrindən damaqlarında dad qalıb. Bu gün Türkiyə dövlətinin rəhbərlərinin çox hissəsinin islam dininin daşıyıcısı olduğundan sui-istifadə edərək, Məhəmmədi, onun islamını, quranını qəbul etməyib, onun yaratdığı islama, Qurana və müsəlman ərəblərin özünə belə düşmənçilik edən şiə farslar, “Quranın müdafiəsi” bəhanəsilə fars molla-faşizmi bu gün beynəlxalq münaisbətlərin önəmli fiqurlarından və türk dünyasının ikinci Atatürkü olan Ərdoğanın “sirr küpü” Hakan Fidanla danışıqlarda “Quranın birgə müdafiəsi” haqqında razılıq əldə etdiklərini elan etməklə bir neçə məqsədi təqib edir.
Birincisi, Türkiyə və türkləri bu gün dünyanın aparıcı gücü və Türkiyənin müttəfiqi olan xristian Qərblə düşmən etmək. İkincisi, isə Məhəmmədin yaratdığı islamın daşıyıcıları olub, Quranı müqəddəs kitabı kimi qəbul edən və Türkiyə ilə isti münasibətləri olan müsəlman ölkələrinə özlərini “Quranı birgə müdafiə haqqında razılıq” şüarı altında bu ölkələrə “İslamın bayraqdarı” rolunda sırımaq məqsədi daşıyır. Üçüncüsü isə, fars hakimiyyətinin hər hansı bir formada saxlanılması və mollaların öz şəxsi təhlükəsizliklərinə təminat verilməsi barədə Qərblə apardıqları gizli danışıqlarda bəhanə olaraq, Qərbin bala nökərçəsi Rza Palaninin dili ilə elan etdiyi “İran qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmalıdır” şərtini yerinə yetirdikləri görüntüsü yaratmaqla, əllərini gücləndirməyi hədəfləyirlər. Tehran rejiminin xarici işlər naziri, həmin Abdullahiyan bu günlərdə elan etmişdir ki, müsəlman ölkələri Danimarka və İsveçdən alınan mallara embarqo qoymaq fikrindədir. Əslində isə nəinki sanksiyalar tətbiq edilib, embarqo qoymaq, son 100 ildə milyonlarla müsəlman türkü, ərəbi öldürüb, bu gün də bu cinayətlərini davam edən şovinist fars faşizminə qarşı cihad elan edib, “müsəlman çuluna” bürünmüş fars faşizmini məhv etmək müsəlman dövlətlərinin ən müqəddəs və təxirəsalınmaz işi olmalıdır. Hiyləgər farslar isə türkləri, ərəbləri və başqa müsəlmanları xristianlarla düşmən edib, çarpışdırıb zəiflətməklə “müsəlman çulunda”, onlara ağalıq etməyi hədəfləyir.
Fars şovinizminin cavabını verməyib, ona güzəştə getdikcə onlar qarşısındakıları axmaq hesab edərək daim azğınlaşır. Təkcə Türkiyə və Azərbaycan deyil, bütün türk dövlətləri Tehran rejimi ilə münasibətlərə aid hər hansı bir danışıqlarda ilkin, zəruri şərt olaraq İran adlandırılan ölkədə türk dilinin rəsmi dövlət dili statusu, orada yaşayan 86 milyon əhalinin 60 milyonunu təşkil etməklə, öz milli ərazilərində yaşayan türklərin təhsil sisteminin bütün dərəcələrində türk dilində təhsil olmasının, türk mədəniyyətinin bütün sahələrinin dövlət büdcəsindən və şəxsi mənbələrdən maliyyələşdirilərək fəaliyyətinin və təbliğinin tam azadlığının, eləcə də türk dilində televiziya, radio, qəzetlər, jurnallar, kitablar, elektron mətbuat vasitələrinin tam azad mövcudluğunun təmin edilməsi qoyulmalıdır. Tehran rejimi bu məsələləri tam həll etməyənə qədər onunla bütün münasibətlər minimum diplomatik həddə dondurulmalıdır. Daha bəsdir, yetər. Türk düşmənlərinin gəlincik oyunlarının qarşısında, türk milli hüquqları və milli varlığının qorunması bütün beynəlxlaq münasibətlərdə danışıqların əsas özülü olmalıdır. Çünki artıq dünya fars şovinizminin xatırladığı dünya deyil. Artıq türkün yeni dil açan körpələrindən tutmuş, rəhbərlərinə qədər “Bakı-Təbriz-Ankara, biz hara farslar hara?”, məntiqi, hər bir türkün varlığına hopub. Türk millətinin taleyinə nur saçacaq TURAN adlı günəş, artıq üfüqdə görünməkdədir. Bu nurun fars və erməni şovinizminin gözünü əbədi kor edəcəyi labüddür.

Şapur Qasimi
17.08.2023
+99455 522-36-15
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!