Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-09-2023, 15:58
İqtisadiyyat naziri Çin Mərkəzi Televiziyasına müsahibə verdi


İqtisadiyyat naziri Çin Mərkəzi Televiziyasına müsahibə verdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Mərkəzi Televiziyasına müsahibə verib.
Bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib.
“CIFTIS sərgisi çərçivəsində “Invest in Azerbaijan” stendimizi ziyarət edən Çin Mərkəzi Televiziyasına müsahibədə Azərbaycan-Çin iqtisadi tərəfdaşlığı üzrə gündəlikdə duran məsələlər, əməkdaşlığın intensivləşdirilməsi və işgüzar dialoqun inkişafı barədə suallar cavablandırıldı”, - nazir qeyd edib.
3-09-2023, 15:34
Türkiyədə daşqın və sel təhlükəsiylə bağlı əhaliyə xəbərdarlıq edildi


Türkiyədə daşqın və sel təhlükəsiylə bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.
Güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Belə ki, ötən gecədən başlayan leysan bu gün də davam edir. Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.
Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.
Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.
3-09-2023, 15:16
TEKNOFEST son günündə qonaqlarını qəbul etməyə davam edir


TEKNOFEST son günündə qonaqlarını qəbul etməyə davam edir

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in son günündə fəaliyyətlər, müsabiqələr və hava şouları planlaşdırılır.
TEKNOFEST 5-ci və son günündə Etimesgut Hava Limanında qonaqlarını qəbul etməyə davam edir.
TEKNOFEST-də "şaquli külək tuneli", "iqlim tuneli", "günəş müşahidəsi", "planetarium", "kosmos mövzulu oyun meydançası", "simulyasiya təcrübəsi sahələri", "maraqlı tərəf-sponsor-iştirakçı stend fəaliyyətləri", "yer və hava" nəqliyyat vasitələri sərgisi, "isti hava balonu" və "pedalla uçuş hadisəsi" nümayiş etdirilir.
Bu gün festivalda “Cazın Qartalları”, “Rafadan Crew Texnoloji Ekipaj” və “Hürkuş-Gökbey Musical” tamaşaları nümayiş olunacaq.
3-09-2023, 14:51
Millimiz İstanbulda türkiyəli rəqibləriylə yarışacaq


Millimiz İstanbulda türkiyəli rəqibləriylə yarışacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.
Təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.
3-09-2023, 14:25
Üzrlü səbəbdən iştirak etməyən şagirdlər yenidən imtahan verdi


Üzrlü səbəbdən iştirak etməyən şagirdlər yenidən imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirib.
Bu barədə DİM-dən bildirilib.
Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb.
Sentyabrın 4-dən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.
3-09-2023, 13:31
Rusiya istehsalı olan “Yak-130” təyyarələri İrana çatdırıldı


Rusiya istehsalı olan “Yak-130” təyyarələri İrana çatdırıldı

Rusiya istehsalı olan “Yak-130” təlim-döyüş təyyarələri İrana çatdırılıb.
Rusiyanın “Yak-130” təyyarələri İrana gətirilib və bu ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanmasında istifadə olunacaq.
Agentlik İrana nə qədər təyyarənin gətirildiyi barədə məlumat verməyib. Rəsmi qurumlar “Yak-130”un ölkəyə gətirilməsini hələlik təsdiqləməyib.
Qeyd edək ki, “Yak-130”, 4-cü və 5-ci nəsil təyyarələrdə uçuş heyətinin pilotluğu və döyüş hazırlığı üçün nəzərdə tutulmuş iki yerlik reaktiv döyüş hazırlığı təyyarəsidir. Çevik proqram təminatı “Yak-130”a müxtəlif təyyarələrin, o cümlədən ağır “Su-35S” və “Su-57” qırıcılarının havada davranışını simulyasiya etməyə imkan verir.
3-09-2023, 12:48
Azərbaycan Pekində keçirilən sərgidə iştirak edir


Azərbaycan Pekində keçirilən sərgidə iştirak edir

Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə iştirak edir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
"Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (China International Fair for Trade in Services-CIFTIS) “Invest in Azerbaijan” vahid ölkə stendimizi ziyarət etdik. Ölkəmizin əlverişli iqtisadi mühiti, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu üçün yaradılmış imkanlar və həyata keçirilən layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır", - nazir qeyd edib.
3-09-2023, 12:13
Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır"


Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır"

"Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır".
Bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda çıxışı zamanı deyib.
Yazıçının sözlərinə görə, Azərbaycanda yazıçı kitab yazır və özü çap etməyə pul axtarır: "Dünyanın heç bir yerində belə hal yoxdur. Yazıçı pul tapır və nəşriyyat deyir ki, sənə bunu çap etmişəm və özün satmalısan. Bu, düzgün deyil. Bizim ölkədə də bu sahə ilə bağlı fond olmalıdır. Nəticədə yazıçı kitaba pul verməməli, qonorar almalıdır".
3-09-2023, 12:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
Sabah Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
3-09-2023, 11:23
Ermənilər Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədir


Ermənilər Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədir

Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədib.
Ermənilər bunu guya Azərbaycan tərəfinin dron hücumu ilə bağlayır.
Qarşı tərəfin uydurma bəyanatına görə, yüzlərlə hektar ərazi yanğına məruz qalıb və hətta bu hücum nəticəsində Ermənistan ordusunun bir polkovniki də həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!