Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-09-2023, 19:14
Millət vəkilinin səhhəti üzrə daha bir konsilium oldu


Millət vəkilinin səhhəti üzrə daha bir konsilium oldu

Mehriban Əliyevanın tapşırığı ilə millət vəkilinin səhhəti üzrə daha bir konsilium olub.
Səhhətində yaranan problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın reanimasiya şöbəsində müalicəsi davam edir.
Millət vəkilinin səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də video bağlantı formatında məsləhətləşmələr aparılır.
Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilmişdir. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.
26-09-2023, 18:45
Hikmət Hacıyev Armen Qriqoryanla Brüsseldə görüşdü


Hikmət Hacıyev Armen Qriqoryanla Brüsseldə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidməti Hikmət Hacıyevlə Armen Qriqoryan arasında baş tutan görüşə dair bəyanat yayıb.
Bildirilib ki, Şarl Mişelin diplomatik müşavirləri Simon Mordue və Maqdalena Qrononun ev sahibliyi etdiyi görüşdə Almaniya Kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonno, həmçinin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Kların iştirak edib.
Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.
Vurğulanıb ki, Aİ iştirakçıları bölgədəki hazırkı vəziyyətə və yerli əhalinin təcili ehtiyaclarının qarşılanmasına hədəflənmiş müxtəlif səylərə dair fikir mübadiləsi aparmağa dəvət edib.
26-09-2023, 18:02
İlham Əliyev Türkmənistan Prezidentinə təbrik məktubu göndərdi


İlham Əliyev Türkmənistan Prezidentinə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub göndərib. Məktubda deyilir:
“Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qardaş Türkmənistan bu gün sosial-iqtisadi sahədə böyük uğurlara nail olmuş, hər cəhətdən çiçəklənən bir diyara çevrilmişdir. Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.
Hazırda səmərəli əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. İnanıram ki, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz, qarşılıqlı inam və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
26-09-2023, 17:46
Gürcüstanda etnik azlıqlar üçün kampaniya başladı


Gürcüstanda etnik azlıqlar üçün kampaniya başladı

Gürcüstanda etnik azlıqlar üçün kampaniya başladılıb.
Kampaniya “Gürcü dili bizi birləşdirir” adlanır.
Kampaniyanın əsas məqsədi dövlət dilini bilməyin və öyrənməyin vacibliyi barədə məlumatlılığı artırmaq, xüsusən də ölkədəki gürcü olmayan əhali arasında maarifləndirmə aparmaqdır.
Kampaniya çərçivəsində paytaxt Tbilisidə və regionlarda videoçarxlar hazırlanıb, tematik bilbordlar, bannerlər və afişalar yerləşdirilib. Həmçinin əhaliyə gürcü, erməni və azərbaycan dillərində məlumat broşürləri paylanacaq.
26-09-2023, 17:22
Ermənilər tam təhlükəsiz şəkildə Qarabağdan gedirlər


Ermənilər tam təhlükəsiz şəkildə Qarabağdan gedirlər

Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.
Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.
Üç ildir Xankəndidə yaşayan Ermənistan vətəndaşı İrəvana gedəcəyini deyib:
“Azərbaycan dilini Bakıda öyrənmişəm. Çünki əvvəllər Bakıda yaşamışam”.
Ona keçid zamanı yaxşı davranıldığını deyən 83 yaşlı erməni əsilli sakin, heç bir şikayətinin olmadığını da bildirib.
Azərbaycan dilində səlis danışan daha bir Xankəndi sakini də əvvəllər Bakıda yaşadığını və Bakıda da təhsil aldığını bildirib. O, yanğısöndürən ixtisasına yiyələndiyini, Xankəndidə uzun illər yanğısöndürmə məntəqəsinin müdiri olduğunu, bu günsə öz istəyi ilə Azərbaycanı tərk etdiyini deyib.
Könüllü olaraq Qarabağı tərk edən daha bir Xankəndi sakini vaxtilə Bakıda yaşadığını, azərbaycanlı dostlarının olduğunu, deyib.
Azərbaycanda təhsil alan daha bir erməni sakin isə “bizim ana dilimiz Azərbaycan dili olub” deyib: “O vaxt təhsilimiz Azərbaycan dilində idi və elə ana dilimiz idi bizim. Çünki bu dildə imatahan verirdik”.
Üç ildir Ermənistandakı övladları ilə ancaq telefon əlaqəsi saxladığını deyən sakin öz xoşu ilə getdiyini və ona yaxşı davranıldığını bildirib.
26-09-2023, 17:18
İsrail höküməti Səudiyyə Ərəbistanına səfərini ilk dəfə açıqladı


İsrail höküməti Səudiyyə Ərəbistanına səfərini ilk dəfə açıqladı

İsrail hökumətinin rəsmi nümayəndəsinin Səudiyyə Ərəbistanına səfəri ilk dəfə ictimaiyyətə açıqlanıb.
İsrail mətbuatı bunu tarixi səfər adlandırıb.
Belə ki, İsrailin turizm naziri Haim Katz və nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (UNWTO) himayəsi altında keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Ər-Riyada səfər edib.
Səfər iki gün davam edəcək.
26-09-2023, 16:49
Türkiyənin ana müxalifət partiyasının qurultay tarixi bəlli oldu


Türkiyənin ana müxalifət partiyasının qurultay tarixi bəlli oldu

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultay keçirəcəyi tarix məlum olub.
Bu barədə Partiya Məclisi qərar qəbul edib.
Qərara görə, qurultay tarixi kimi 4-5 noyabr müəyyən olunub. Ayın 4-də partiya sədrinin, 5-də isə məclis üzvlərinin seçilməsi üçün seçkilərin təşkili nəzərdə tutulub.
CHP parlament fraksiyasının rəhbəri Özgür Özel sədrliyə namizədliyini elan edib.
Qeyd edək ki, bu il 100 yaşını qeyd edən CHP-nin qurucusu Mustafa Kamal Atatürkdür. Partiya dünyanın ən qədim siyasi təşkilatlarından hesab olunur.
26-09-2023, 16:26
Erməniəsilli sakinlər üçün 2 maşın yanacaq göndərildi


Erməniəsilli sakinlər üçün 2 maşın yanacaq göndərildi

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi hökuməti tərəfindən göndərilən yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələri bölgəyə yanacaq göndərilməsilə bağlı xahişlərini nəzərə alaraq göndərilib.
26-09-2023, 15:36
Putin iranlı həmkarıyla Qarabağı müzakirə etdi


Putin iranlı həmkarıyla Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. İbrahim Rəisi İranın BRİCS-ə qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.
Rusiyanın 2024-cü ildə sədrliyi nəzərə alınmaqla, bu Birliyin tamhüquqlu fəaliyyətinə İranın tamformatlı əlaqəsini təmin etmək üçün addımlar müzakirə edilib.
Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.
Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub.
26-09-2023, 14:49
Müdafiə Nazirliyi Xocalıdan yeni görüntüləri yaydı


Müdafiə Nazirliyi Xocalıdan yeni görüntüləri yaydı

Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb.
Butov.az həmin görüntüləri təqdim edir:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!