Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-09-2023, 19:30
Xankəndində yanacaqdoldurma stansiyasında partlayış baş verdi


Xankəndində yanacaqdoldurma stansiyasında partlayış baş verdi

Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub.
Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.
Təfərrüatlar dəqiqləşdirilir.
25-09-2023, 19:16
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı


Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola salıb.
25-09-2023, 18:49
Azərbaycanla Türkiyə arasənda 3 sənəd imzalandı


Azərbaycanla Türkiyə arasənda 3 sənəd imzalandı

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzaladılar.
“Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzaladılar.
25-09-2023, 18:32
Ermənistanın artıq səmimi addımlar atmasını gözləyirik - Ərdoğan


Ermənistanın artıq səmimi addımlar atmasını gözləyirik - Ərdoğan

Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında səsləndirib.
“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir.
25-09-2023, 17:53
Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirdi


Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirdi

Qarabağ separatçılarının keçmiş başçısı Arkadi Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirib.
Qukasyan bu barədə erməni jurnalistin sualına cavabında deyib.
O, Qarabağdan gedib-getməyəcəyi ilə bağlı suala belə cavab verib:
“İndi sizi ən çox maraqlandıran nədir? Mən buradayam. Vəziyyəti müzakirə edirik”.
A.Qukasyan 1997-ci ildən 2007-ci ilədək Qarabağ separatçılarına başçılıq edib. O, azərbaycanlılara qarşı bir sıra ağır cinayətlərdə iştirak edib.
25-09-2023, 17:12
Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşdi


Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşdi

Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşib.
Bu barədə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirilib.
Məlumata görə, jurnalistin orqanizmində gedən proseslər onun digər ayağının da amputasiyasına zərurət yaradıb.
Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.
25-09-2023, 16:58
Qarabağ ermənilərinin inteqrasiyasının uğurla gedəcəyinə əminəm - Prezident


Qarabağ ermənilərinin inteqrasiyasının uğurla gedəcəyinə əminəm - Prezident

Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib.
25-09-2023, 16:50
Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır - İlham Əliyev


Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır - İlham Əliyev

Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
25-09-2023, 16:47
Orban: “Beynəlxalq həyatda heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək"


Orban: “Beynəlxalq həyatda heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək"

Budapeşt Transkarpat macarlarının hüquqlarını təmin edən hüquqi normaları bərpa etməyənə qədər “beynəlxalq həyatda heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək".
Bunu Macarıstanın baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı deyib.
“Ukrayna bir neçə ildir ki, macar məktəblərini sıxışdırır, onları Ukrayna məktəblərinə çevirmək və ya bu alınmasa, onları bağlamaq istəyirlər. Macarıstan hökuməti hər bir beynəlxalq forumda Transkarpat macarlarının, xüsusən də uşaqların hüquqları uğrunda mübarizə aparır”, - Orban bildirib.
Nümunə kimi o, Ukraynanın Mukçaevo şəhərində təhsil müəssisəsində Macarıstan himninin oxunmasını və macar milli rənglərində paltar geyinməyi qadağan edən məktəbin rəhbərliyini göstərib.
25-09-2023, 16:36
Prezident: “Ermənistanın Naxçıvana qarşı da ərazi iddiaları var idi”


Prezident: “Ermənistanın Naxçıvana qarşı da ərazi iddiaları var idi”

Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı bildirib: “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!