Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-09-2023, 16:30
İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətimizdə önəmli hadisədir


İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətimizdə önəmli hadisədir

Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
25-09-2023, 16:24
Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir


Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini ölkəsinin Qarabağ ermənilərini qəbul edib onlara sığınacaq verməyə hazır olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə diplomat özünün twitter səhifəsində məlumat paylaşıb.
Bundan əvvəl sosial şəbəkələrdə Fransanın Qarabağ ermənilərini qəbul edəcəyi ilə bağlı məlumat yayılmışdı. Əslində isə bu Qarabağdan köçən ermənilərin sosial şəbəkələrdə yazdığı arzu idi. Görünən odur ki, Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir.
25-09-2023, 16:22
Prezidentlər İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak etdi


Prezidentlər İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak edirlər.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.
Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98 %-də torpağın münbit qatı götürülüb, 55 %-də xəndəyin qazılması aparılıb, boruların 92 %-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82 %-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.
İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
25-09-2023, 16:21
Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalandı


Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalandı

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Niyyət protokolunu Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
25-09-2023, 16:13
Erməniəsilli vətəndaş: “Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik”


Erməniəsilli vətəndaş: “Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik”

Azərbaycan Dövlət Televiziyasının (AzTV) müxbiri Şuşadan reportaj hazırlayıb.
Reportajda Ermənistana gedən erməniəsilli Ağdərə sakininin fikirləri də yer alıb.
Erməniəsilli vətəndaş Azərbaycan dilində danışaraq bildirib ki, onlar Ağdərəyə İrəvandan köçüblər:
“Polislər və əsgərlər bizə kömək edir və yaxşı davranırlar. Onlardan heç bir narazılığımız yoxdur. Bizə çörək verirlər və digər ehtiyaclarımızı qarşılayırlar. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik”.
Reportajda avtomobilində nasazlıq yaranan həmin sakinə polis əməkdaşlarımız kömək ediblər.


25-09-2023, 15:51
İranın cənubunda partlayış


İranın cənubunda partlayış

İranın cənubunda neft emalı zavodunda partlayış baş verib.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Bununla belə, xəsarət alanlarla bağlı məlumat verilməyib.
İranın cənubunda neft emalı zavodunda partlayış baş verib.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Bununla belə, xəsarət alanlarla bağlı məlumat verilməyib.

25-09-2023, 14:56
Paşinyanın bəyanatlarına Rusiya XİN-dən münasibət


Paşinyanın bəyanatlarına Rusiya XİN-dən münasibət

Moskva Ermənistanın baş naziri tərəfindən reallığa uyğun gəlməyən və ikitərəfli münasibətlərin inkişafına zidd olan bir sıra bəyanatlara diqqət çəkib.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova danışıb.
Xatırladaq ki, bazar günü çıxış edən Nikol Paşinyan İrəvanın tərkibində olduğu təhlükəsizlik strukturlarını səmərəsiz adlandırıb.
25-09-2023, 14:44
İlham Əliyev türkiyəli həmkarını Naxçıvan Hava Limanında qarşıladı


İlham Əliyev türkiyəli həmkarını Naxçıvan Hava Limanında qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb.
Dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Naxçıvanın Hava Limanında qarşılayıb.

25-09-2023, 14:11
Şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edildi


Şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edildi

Sentyabrın 24-də "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib.
Mərhum İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
25-09-2023, 13:52
Astarada baş vermiş torpaq sürüşməsi yolu bağladı


Astarada baş vermiş torpaq sürüşməsi yolu bağladı

Astara rayonunda torpaq sürüşməsi olub.
Astaranın Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub. Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!