ODLAR ÖLKƏSİYƏM .....                        Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                       
4-09-2023, 15:53
Bugünə qədər 95 min hektardan çox ərazi minalardan təmizlənib


Bugünə qədər 95 min hektardan çox ərazi minalardan təmizlənib

"2020-ci ilin noyabrından bu yana işğaldan azad olunmuş rayonlarda 95 min hektardan çox ərazi minalardan təmizlənib".
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
"Bu vaxta qədər 30 minə yaxın piayada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 305 nəfər mina qurbanı olub. Onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - sədr qeyd edib.
4-09-2023, 15:49
Nazir müavini Rusiyayla bağlı sualı cavabsız qoydu


Nazir müavini Rusiyayla bağlı sualı cavabsız qoydu

Rusiyanın "RİA Novosti" agentliyi diplomatik mənbələrdən aldığı məlumatı dərc edib.
Məlumata görə, Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışan qüvvələr var və onlar Ermənistandan bunu həyata keçirmək üçün alət kimi istifadə edirlər.
Mənbənin sözlərinə görə, Moskva Ermənistan rəhbərliyinin son bəyanatlarından olduqca narazı qalıb.
Ermənistan xarici işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Vahan Kostanyan isə jurnalistlərin mövzu ilə bağlı sualını belə cavablandırıb:
"Ermənistan tərəfi Rusiyanın lazımi addım atmaması ilə bağlı bütün narahatlığını bildirir. Bütün məsələlərlə bağlı müzakirələr davam edir", - o qeyd edib.
Nazir müavini Rusiya tərəfinin öz öhdəliklərini niyə yerinə yetirməməsi ilə bağlı sualdan yayınıb.
4-09-2023, 15:27
“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edildi


“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edildi

Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.
Bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarınının növbədənkənar iclasında qərar verilib.
Məlumata görə, F. Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan "British Bank of the Middle East"də bir sıra rəhbər vəzifələrdə, "PAŞA Bank"da öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin sədri qismində başlayraq, 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
F. Axundov 23 may 1971-ci ildə anadan olub. 1992-ci Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.
1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk Azərbaycanlılardan biri olub və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini alıb.
4-09-2023, 15:20
Azərbaycanlı teleaparıcının nəzirəsi özbəkləri heyran etdi


Azərbaycanlı teleaparıcının nəzirəsi özbəkləri heyran etdi

Türkiyədə yaşayan azərbaycanlı soydaşımız Səidə Ömərin özbək mahnısına yazdığı nəzirə insanlar tərəfindən maraqla qarşılanıb.
Belə ki, "Məni Sevib Qalsaydın" adlı nəzirə Özbəkistan Mədəniyyət Naziri, xalq artisti (müğənni) Ozodbek Nazarbekovun repertuarında əsas yer tutan məşhur ifası - "Mani Sevib Qolsayding" mahnısına yazılıb.
Qeyd edək ki, Türk Dünyasına xidmətləri ilə sevilən Səidə Ömər İstanbul Universitetinin fəlsəfə doktorudur, eyni zamanda artıq 4 ildirki Türkiyə televizyasında yayımlanan "Azərbaycan Rüzgarı" programının müəllifi və aparıcısıdır.
Onun bir sıra elmi məqaləsi Türkiyə və Yunanıstanda yayımlanmış və "Azərbaycan Medyasında Spirtli İçkilərin Təmsili və Spirtli İçkilərin Cəmiyyətə Mənfi Təsiri" adlı elmi monoqrafiyası Türkiyədə nəşr olunub.
4-09-2023, 15:04
Türkiyəyə ilk reaksiya verən və yardım təklif edən Rusiya olub - Putin


Türkiyəyə ilk reaksiya verən və yardım təklif edən Rusiya olub - Putin

"Ölkədə dağıdıcı zəlzələ baş verəndə və meşə yanğınları alovlananda Türkiyəyə ilk reaksiya verən və yardım təklif edən Rusiya olub".
Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə iddia edib.
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin xüsusi dostluq xarakteri daşıdığını deməyə əsas verir.
“Bütün bunlar onu deməyə əsas verir ki, biz Rusiya-Türkiyə münasibətlərini çox yaxşı və yüksək səviyyəyə çatdırmışıq və bu, bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə təsir edir”, - Putin vurğulayıb.
4-09-2023, 14:57
Yerli istehsal olan minatəmizləmə maşını ANAMA-ya təqdim edildi


Yerli istehsal olan minatəmizləmə maşını ANAMA-ya təqdim edildi

Sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.
QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.
Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş edilib.
Daha sonra “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA İdarə Heyətinin sədrinə təqdim olunub.
Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.
Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.
4-09-2023, 14:48
Kürdəmirdə baş vermiş zəlzələ 100-dən çox yaşayış evinə ziyan vurub


Kürdəmirdə baş vermiş zəlzələ 100-dən çox yaşayış evinə ziyan vurub

Sentyabrın 3-də axşam saatlarında Kürdəmirdə baş verən zəlzələ zamanı rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.
Bu barədə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də rayon föqaladə hallar komissiyasının sədri Ağali Kərimli bildirib.
Onun sözlərinə görə, hazırda FHN-in nümayəndələri əraziyə cəlb olunub və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilir.
Qeyd edək ki, zəlzələ nəticəsində ən çox ziyan rayon mərkəzinə və rayonun Qağacılı, Xırdapay və Ərəbxana kəndlərinə dəyib. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində zəlzələdən ziyan çəkən evlərə baxışlar davam edir, dəymiş ziyanın hesablanması və qiymətləndirilməsi işləri icra olunur.
Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
4-09-2023, 14:39
Xalq yazıçısı Anar həmkarının ölkəni tək etməsiylə bağlı paylaşıma rəy bildirdi


Xalq yazıçısı Anar həmkarının ölkəni tək etməsiylə bağlı paylaşıma rəy bildirdi

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək niyyətində olduğunu bildirib. O, sosial media hesabında Bakı ləhcəsində danışdığı üçün qınanıldığını yazıb.
“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” - deyə yazıçı vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev Çingiz Abdullayevin paylaşımına münasibət bildirib.
Yazıçı saytımıza açıqlamasında Çingiz Abdullayevin heç yerə getməyəcəyini bildirib.
“Mənə elə gəlir, Çingiz heç yerə getməyəcək. O çox dəyərli, gözəl yazıçımızdır. O ki, qaldı ona qarşı hücumlara, mənə 35 ildir hücum edirlər, heç yerə getmək fikrində deyiləm. Mənə elə gəlir ki, o da heç hara getməyəcək. Hərənin danışığına bir qulp qoymaq olar. Onun da danışığı elədir”, - AYB sədri deyib.
4-09-2023, 14:26
Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad edildi


Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad edildi

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron – Xızı, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.
Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.
Məlumat üçün bildiririk ki, mövzu ilə bağlı suallar 4 avqust saat 16:00-da Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsində canlı yayım üzərindən cavablandırılacaq.
4-09-2023, 14:16
Türkiyəylə bir çox məsələdə ikitərəfli əlaqələrimiz uğurla davam edir - Putin


Türkiyəylə bir çox məsələdə ikitərəfli əlaqələrimiz uğurla davam edir - Putin

"Xarici ticarət həcmimizin 62 milyard dollar olması və 100 milyard hədəfinə doğru getməyimiz bizi həqiqətən də məmnun edir".
Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti çıxışında taxıl məsələsinin bir çox ölkələr üçün, o cümlədən az inkişaf etmiş Afrika ölkələri üçün faydalı olacağını vurğulayıb.
"Prezident Ərdoğanın liderliyi dönəmində Türkiyə-Rusiya münasibətləri inkişaf etdi. Ticarət həcmimiz müsbət istiqamətdə artır. Kənd təsərrüfatı mövzusunda bir çox uğur qazanmışıq. Rusiya-Türkiyə arasında bir çox məsələdə ikitərəfli əlaqələrimiz uğurla davam edir. Yaxın vaxtlarda qaz və digər məsələlərdə önəmli addımlar atacağıq. Taxıl dəhlizi məsələsini də danışacağıq", - Putin bildirib.
Rusiya prezidenti həmçinin Türkiyədə açılacaq Akkuyu AES və Ukraynadakı müharibədən danışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!