Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
28-09-2023, 16:02
30 iritutumlu avtobus Xankəndi yolu vasitəsilə yola salındı


30 iritutumlu avtobus Xankəndi yolu vasitəsilə yola salındı

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.
Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
28-09-2023, 15:46
Yaralı hərbiçilərimizin kreditlərinə güzəşt tətbiq ediləcək


Yaralı hərbiçilərimizin kreditlərinə güzəşt tətbiq ediləcək

Antiterror tədbirlərində yaralanmış hərbçilərimizin banklara olan kreditlərinə güzəşt tətbiq ediləcək.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclasında qərar verilib.
Bildirilib ki, antiterror tədbirlərində yaralanmış banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinəcək.
28-09-2023, 15:30
Antiterror tədbirləri zamanı şəhid olmuş hərbiçilərimizin borcları silindi


Antiterror tədbirləri zamanı şəhid olmuş hərbiçilərimizin borcları silindi

27 sentyabr 2023-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz öz suverenliyini bərpa etmişdir. Tariximizin bu şanlı günlərində Azərbaycan bank ictimaiyyəti, hər zaman olduğu kimi, ordumuzun və dövlətimizin yanında olmaqdan qürur duyur. “Anım günü” – 27 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin bu mövzuya həsr olunmuş geniş tərkibli iclası keçirilmiş, şəhidlərimizin ruhu dərin hörmətlə anılıb.
İclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub:
- Şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.
Azərbaycan bank icması hər zaman Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
28-09-2023, 15:21
13 yeni faydalı qazıntı yatağı istifadəyə verildi


13 yeni faydalı qazıntı yatağı istifadəyə verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
Bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərracda Daşkəsən rayonunda yerləşən “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Qaradağda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) yataqları istifadəyə verilib.
Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Türyançay III” qum-çınqıl yatağı üzrə təklif 8 000 manatdan 15 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 118 382 manat olan “Çovdar” keramika xammalı yatağı 121 090 manata istifadəyə verilib.

28-09-2023, 15:13
“Artsaxın keçmiş dövlət naziri” açıqlama verdi


“Artsaxın keçmiş dövlət naziri” açıqlama verdi

Özünü buraxmış qondarma “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan hazırda Qarabağ ərazisində təhlükəsiz yerdə olduğu barədə açıqlama verib.
Beqlaryan tvitter səhifəsində “çoxları soruşduğuna görə bu haqda yazdım”, - deyə qeyd edib.
Beqlaryanın sözlərinə görə, onun Azərbaycan tərəfdən təqib olunduğu barədə xəbərdarlıq almayıb.
“Amma təhlükəsizlik səbəbilə yerimi açıqlaya bilmirəm”, - Beqlaryan sonda qeyd edib.
28-09-2023, 14:57
Təslim olmayacığını deyən erməni komandir Qarabağdan qaçdı


Təslim olmayacığını deyən erməni komandir Qarabağdan qaçdı

19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra silahı yerə qoymacağını, təslim olmayacağını bildirən Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birinin komandiri Karen Calavyan bu gün Azərbaycan ərazisindən Ermənistana qaçıb.
Məlumatı “Hraparak” yayıb.
Onun artıq Gorus şəhərində olduğu bildirilir. Qəzet informasiyaya sübut kimi Karen Calavyanın Gorusda erməni polislərindən biri ilə çəkdirdiyi təzə fotosunu da dərc edib.
Calavyanın sərhədi necə keçdiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, Karen Calavyan Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yaymışdı.
28-09-2023, 14:47
Stoltenberq elan etmədən Ukraynaya getdi


Stoltenberq elan etmədən Ukraynaya getdi

NATO baş katibi Yens Stoltenberq Ukraynaya səfər edib.
Onun Kiyevə səfəri əvvəlcədən elan olunmayıb.
Baş katib Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
28-09-2023, 14:41
Prezident Zəngilanda görülən işlərlə tanış oldu


Prezident Zəngilanda görülən işlərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.




28-09-2023, 14:35
Prezident Zəngilanda 3 yaşayış kompleksinin və uşaq bağçasının təməlini qoydu


Prezident Zəngilanda 3 yaşayış kompleksinin və uşaq bağçasının təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Sonra dövlətimizin başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.



28-09-2023, 14:29
Erməni sakinləri tabe olmursa, onları məcbur edə bilmərik - XİN


Erməni sakinləri tabe olmursa, onları məcbur edə bilmərik - XİN

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Baş naziri Nikol Paşinyanın 28 sentyabr tarixli bəyanatına cavabında bildirilir.
“Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”, açıqlamada deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!