ODLAR ÖLKƏSİYƏM .....                        Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                       
4-09-2023, 13:22
“Xınalıq və Köç yolu” Qoruğunun yaradılması haqqında Sərəncam imzalandı


“Xınalıq və Köç yolu” Qoruğunun yaradılması haqqında Sərəncam imzalandı

Prezident İlham Əliyev sentyabrın 4-də “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Sərəncamda deyilir: “Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq) elan edilsin”.
4-09-2023, 12:59
Ermənistan silahlı dəstələri mövqelərimizi atəşə tutdu - Ordumuz susdurdu


Ermənistan silahlı dəstələri mövqelərimizi atəşə tutdu - Ordumuz susdurdu

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.
4-09-2023, 12:23
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq.
Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
4-09-2023, 11:07
Reznikov istefa verdi


Reznikov istefa verdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa verib.
O, facebook səhifəsində bu barədə paylaşım edib.
Nazir istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib.
"Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq Ukrayna Ali Radasına istefa ərizəsi təqdim etdim. Hesabat verməyə hazıram. Davam edək!", - o yazıb.
Qeyd edək ki, Reznikovun yerinə krımtatar əsilli Rustem Umerovun müdafiə naziri təyin olunacağı barədə Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlaması var.

3-09-2023, 15:58
İqtisadiyyat naziri Çin Mərkəzi Televiziyasına müsahibə verdi


İqtisadiyyat naziri Çin Mərkəzi Televiziyasına müsahibə verdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Mərkəzi Televiziyasına müsahibə verib.
Bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib.
“CIFTIS sərgisi çərçivəsində “Invest in Azerbaijan” stendimizi ziyarət edən Çin Mərkəzi Televiziyasına müsahibədə Azərbaycan-Çin iqtisadi tərəfdaşlığı üzrə gündəlikdə duran məsələlər, əməkdaşlığın intensivləşdirilməsi və işgüzar dialoqun inkişafı barədə suallar cavablandırıldı”, - nazir qeyd edib.
3-09-2023, 15:34
Türkiyədə daşqın və sel təhlükəsiylə bağlı əhaliyə xəbərdarlıq edildi


Türkiyədə daşqın və sel təhlükəsiylə bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.
Güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Belə ki, ötən gecədən başlayan leysan bu gün də davam edir. Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.
Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.
Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.
3-09-2023, 15:16
TEKNOFEST son günündə qonaqlarını qəbul etməyə davam edir


TEKNOFEST son günündə qonaqlarını qəbul etməyə davam edir

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in son günündə fəaliyyətlər, müsabiqələr və hava şouları planlaşdırılır.
TEKNOFEST 5-ci və son günündə Etimesgut Hava Limanında qonaqlarını qəbul etməyə davam edir.
TEKNOFEST-də "şaquli külək tuneli", "iqlim tuneli", "günəş müşahidəsi", "planetarium", "kosmos mövzulu oyun meydançası", "simulyasiya təcrübəsi sahələri", "maraqlı tərəf-sponsor-iştirakçı stend fəaliyyətləri", "yer və hava" nəqliyyat vasitələri sərgisi, "isti hava balonu" və "pedalla uçuş hadisəsi" nümayiş etdirilir.
Bu gün festivalda “Cazın Qartalları”, “Rafadan Crew Texnoloji Ekipaj” və “Hürkuş-Gökbey Musical” tamaşaları nümayiş olunacaq.
3-09-2023, 14:51
Millimiz İstanbulda türkiyəli rəqibləriylə yarışacaq


Millimiz İstanbulda türkiyəli rəqibləriylə yarışacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.
Təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.
3-09-2023, 14:25
Üzrlü səbəbdən iştirak etməyən şagirdlər yenidən imtahan verdi


Üzrlü səbəbdən iştirak etməyən şagirdlər yenidən imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirib.
Bu barədə DİM-dən bildirilib.
Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb.
Sentyabrın 4-dən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.
3-09-2023, 13:31
Rusiya istehsalı olan “Yak-130” təyyarələri İrana çatdırıldı


Rusiya istehsalı olan “Yak-130” təyyarələri İrana çatdırıldı

Rusiya istehsalı olan “Yak-130” təlim-döyüş təyyarələri İrana çatdırılıb.
Rusiyanın “Yak-130” təyyarələri İrana gətirilib və bu ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanmasında istifadə olunacaq.
Agentlik İrana nə qədər təyyarənin gətirildiyi barədə məlumat verməyib. Rəsmi qurumlar “Yak-130”un ölkəyə gətirilməsini hələlik təsdiqləməyib.
Qeyd edək ki, “Yak-130”, 4-cü və 5-ci nəsil təyyarələrdə uçuş heyətinin pilotluğu və döyüş hazırlığı üçün nəzərdə tutulmuş iki yerlik reaktiv döyüş hazırlığı təyyarəsidir. Çevik proqram təminatı “Yak-130”a müxtəlif təyyarələrin, o cümlədən ağır “Su-35S” və “Su-57” qırıcılarının havada davranışını simulyasiya etməyə imkan verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!