Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-09-2023, 12:21
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
2-09-2023, 11:51
İlham Əliyev vyetnamlı həmkarına təbrik məktubu göndərdi


İlham Əliyev vyetnamlı həmkarına təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk. Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamaq istərdim.
Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq.
İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
2-09-2023, 11:37
Erməni silahlı dəstələri mövqelərimizi minaatanlardan atəşə tutdu


Erməni silahlı dəstələri mövqelərimizi minaatanlardan atəşə tutdu

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
2-09-2023, 10:45
Tokayev Qazaxıstanın daxili işlər nazirini vəzifəsindən azad etdi


Tokayev Qazaxıstanın daxili işlər nazirini vəzifəsindən azad etdi

Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov vəzifəsindən azad olunub.
Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Tokayevin digər sərəncamı ilə Yerjan Sadenov yeni daxili işlər naziri təyin edilib. O, əvvəllər DİN rəhbərinin müavini vəzifəsində çalışıb.
1-09-2023, 22:14
Bayden təbii fəlakətlərin vurduğu zərərin ödənilməsiylə bağlı Konqresə müraciət etdi


Bayden təbii fəlakətlərin vurduğu zərərin ödənilməsiylə bağlı Konqresə müraciət etdi

ABŞ Prezidenti Co Bayden ölkədə bu yaxınlarda baş vermiş təbii fəlakətlərin vurduğu zərərin ödənilməsinə daha 4 milyard dolların ayrılması xahişi ilə Konqresə müraciət edib.
Bayden dəfələrlə bildirib ki, son həftələr meşə yanğınları və daşqınlardan zərər çəkənlər bərpa işləri üçün lazım olan qədər federal yardım alacaqlar.
Müraciətdə qeyd olunan məbləğ administrasiyanın daha öncədən bu ay bir sıra dövlət proqramlarının maliyyələşdirilməsi çərçivəsində tələb etdiyi 12 milyard dollara əlavədir.
ABŞ ölkənin müxtəlif yerlərində, Havayda meşə yanğınları, “İdalia” qasırğası və Vermont ştatında daşqınlar da daxil olmaqla, qeydə alınan təbii fəlakətlərlə üzləşib.
Co Bayden həmçinin vəd edib ki, “İdalia” qasırğasının güclü ziyan vurduğu Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarına yardım ediləcək.
1-09-2023, 21:31
Quranın yandırılmasıyla bağlı aksiyalar polisə 23 min dollara başa gəlib


Quranın yandırılmasıyla bağlı aksiyalar polisə 23 min dollara başa gəlib

İsveçdə Quranın yandırılması ilə bağlı aksiyalar polisə təxminən 23 min dollara başa gəlib.
Bu barədə "Sveriges Radio" kanalı Stokholm polisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 1-dən avqustun 29-dək polis 13 aksiyaya icazə verib.
Qeyd edək ki, iyunun 28-də Stokholm polisi şəhərdəki məscidin yaxınlığında Quranım yandırılması ilə müşayiət olunan nümayişə icazə verib.
İsveçin baş naziri Ulf Kristerson müvafiq qərarın qanuni, lakin əhəmiyyətsiz olduğunu bildirib.
1-09-2023, 20:43
Qarabağda DOST Mərkəzi vətəndaşlara xidmət göstərəcək


Qarabağda DOST Mərkəzi vətəndaşlara xidmət göstərəcək

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər.
Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu gün ərzində Qarabağ Regional DOST Mərkəzində 208 nəfər vətəndaşa xidmət göstərilib.
Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur.
Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.
1-09-2023, 19:54
Prezident Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayırdı


Prezident Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayırdı

Azərbaycan Prezidentinin ehtiyat fondundan
Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ayrılıb.
1-09-2023, 19:33
AZAL Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edildi


AZAL Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edildi

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
1-09-2023, 19:06
Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaqdır - Prezidentin nümayəndəsi


Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaqdır - Prezidentin nümayəndəsi

“Ermənistan rəhbərliyi danışıqlar prosesini süni surətdə ləngidir. Vaxt udmaq və regionda formalaşmış mövcud status-kvonu möhkəmləndirmək məqsədilə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayınır”.
Bu barədə bu gün Fransanın "L'Opinion" nəşrində Laçın yolu ətrafındakı vəziyyətlə bağlı dərc olunan məqalədə deyilir.
Məqalənin müəllifi Jan-Dominik Merşe Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirərək yazır: “Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.
J.Merşe yazır ki, erməni separatçılar Azərbaycan hakimiyyətinin göndərdiyi un karvanını Qarabağda ermənilərin yaşadığı yaşayış məntəqələrinə buraxmamaq üçün bu həftə Ağdam-Xankəndi yolunu bağlayıblar. Onlar bu davranışı Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanımaq istəməməsi ilə izah edirlər.
Bakı isə öz növbəsində məsələnin siyasiləşdirilməsini yolverilməz hesab edir. Əhalinin ərzaq və digər zəruri mallarla təmin olunmasının müxtəlif yolları ilə bağlı hər hansı ayrı-seçkiliyi rədd edir.
Müəllif yazır ki, Azərbaycan da Ağdamdan keçən yolun açılmasından sonra Laçın yolunun açılmasını təmin etməyə hazır olduğunu bəyan edib.
“Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda konkret irəliləyiş olmadığı halda hərbi qarşıdurma riski artır”, - Elçin Əmirbəyov qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!