Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                       
22-12-2023, 16:10
Ermənistan Qarabağ seperatçılarının maliyyə öhdəliklərini qarşılayacaq


Ermənistan Qarabağ seperatçılarının maliyyə öhdəliklərini qarşılayacaq

Ermənistan hökuməti ləğv edilmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın “hakimiyyət orqanlarının, dövlət fondlarının, hüquqi və fiziki şəxslər”in maliyyə öhdəliklərinin böyük hissəsini ödəməyə hazır olduğunu bildirib.
Bu barədə Armenpress-in məlumatına deyilir.
Bildirilib ki, müvafiq qanun layihəsini parlamentə Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan təqdim edib. Dekabrın sonunda qondarma “Qarabağ hakimiyyəti”nin maliyyə öhdəlikləri 315 milyard dram (təxminən 700 milyon dollar) həcmində qiymətləndirilib.
“Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir. Qanun layihəsi Ermənistan və “Dağlıq Qarabağ” arasında maliyyə öhdəliklərinin 70% və 30% nisbətində restrukturizasiyasını nəzərdə tutur. Ermənistan öz hissəsini maliyyələşdirmək üçün restrukturizasiyaya məruz qalan öhdəliklərin bütün məbləğini tələb etmək hüququ əldə edərək dövlət xəzinə istiqrazları buraxacaq.
Hovhannisyan qeyd edib ki, “Dağlıq Qarabağ”ın bir çox “fiziki və hüquqi şəxsləri” Ermənistan banklarında maliyyə öhdəlikləri götürüblər. Onun sözlərinə görə, onların ödənilməməsi Ermənistanın maliyyə və bank sistemi üçün problemlər yarada bilər.
“Hökumət yükün böyük hissəsini öz üzərinə götürməyə hazır olduğunu bildirdi. Bu yolla biz bankların üzləşməli olduğu təzyiqi azalda biləcəyik, çünki “Dağlıq Qarabağ hökuməti” pul öhdəliklərinə xidmət edə bilmir”, - Vahe Hovhannisyan əlavə edib
Xatırladaq ki, bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirib. Nəticədə Qarabağdakı separatçıların yaratdıqları qondarma “Artsax” rejimi təslim olaraq üzünü buraxdığını elan edib. “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 28-də sərəncam imzalayıb. Orada deyilir: “2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax respublikası”nın mövcudluğu dayandırılsın".
22-12-2023, 15:42
Pakistanın sabiq Baş naziri zaminə buraxıldı


Pakistanın sabiq Baş naziri zaminə buraxıldı

Pakistanın Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir İmran Xanın girov qarşılığında zaminə buraxılmasını təsdiqləyib.
Məhkəmə Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin zaminə buraxılması ilə bağlı qərar qəbul edib.
Məlumata görə, Məhəkəmənin hökmünə əsasən, onların hərəsi bir milyon Pakistan rupisi dəyərində girov qoyub.
Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi İmran Xan və Şah Mahmud Qureyşi “dövlət sirləri aktını” pozmaqda rəsmi olaraq ittiham edib.
Xatırladaq ki, avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə İmran Xan barəsində həbsqətiimkan qərarı çıxardıqdan sonra həbsxanaya göndərilib. Onun mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb. Keçmiş baş nazirin girov qarşılığında sərbəst buraxılmasına qərar verib. Ancaq avqustun 30-da hakim Əbülhəsnət Zülkərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini yaymaqda” ittiham olunan İmran Xanın həbs müddətini uzadıb. Xan və Qureşi ittihamları qəbul etməyib.
Keçmiş xarici işlər naziri Qureşi avqustun 19-da İslamabaddakı evində tutularaq, oxşar səbəbdən həbsxanaya göndərilib.
22-12-2023, 14:31
Gəzinti qayığından xilas edilənlərin vəziyyəti açıqlandı


Gəzinti qayığından xilas edilənlərin vəziyyəti açıqlandı

Gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar.
Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) KTM-ə hospitalizasiya olunub: "Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub".
22-12-2023, 13:22
Erməni spiker Hikmət Hacıyevin fikrini dəstəklədi


Erməni spiker Hikmət Hacıyevin fikrini dəstəklədi

Demarkasiya və delimitasiya prosesi çox uzun çəkə bilər.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatına istinad edərək bildirib: "Mən istisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər. Düşünürəm ki, biz bunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt baxımından uzun müddət çəkə bilər"
Parlamentin spikeri qeyd edib ki, əgər tərəflər öz cəmiyyətlərini həqiqi sülhə hazırlayırlarsa, normallaşmada maraqlıdırlarsa, sərhəd məsələsi həllinin sonraya saxlanılması ssenarisi kifayət qədər məqbuldur: “Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və sülh müqaviləsi bağlanandan sonra da bu məsələnin həllinə başlamaq olar”.
22-12-2023, 13:10
Ermənistan İranın bu dəniz limanlarından asanlıqla istifadə edəcək


Ermənistan İranın bu dəniz limanlarından asanlıqla istifadə edəcək

Ermənistan İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzaladıqdan sonra İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək.
Bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.
“Dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.
Hazırda tərəflər müzakirə aparır, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, - deyə Teryan bildirib.
Ermənistan tərəfi sənədi imzaladıqdan sonra sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək.
İrəvanın Çabahar limanındakı operator fəaliyyətinə gəlincə, məsələ İran və Hindistanla müzakirə mərhələsindədir.
Ermənistan İran və Hindistanı birləşdirən multimodal yüksək sürətli yükdaşıma marşrutunun yaradılması üzərində işləyir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə paralel marşrutdan gedir. Hesab edirlər ki, bu marşrut Hindistan mallarının Qara dəniz vasitəsilə Rusiya Federasiyasına və Avropa ölkələrinə daşınması yolunu qısaldacaq. İrəvan və Yeni Dehli beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqlara başlayıb.
22-12-2023, 12:52
Vaqif Xaçaturyan ailəsilə əlaqə saxladı


Vaqif Xaçaturyan ailəsilə əlaqə saxladı

Xocalı rayonunun Meşəli kəndindəki soyqırımına görə Bakı Hərbi Məhkəməsinin 15 il azadlıqdan məhrum etdiyi Vaqif Xaçaturyan ailəsilə danışıb.
Bu barədə xəbəri onun qızı Ermənistan KİV-nə açıqlayıb.
Xaçatryanın qızı Vera Xaçatryan bildirib ki, atası ilə telefon danışığı bir neçə gün əvvəl baş tutub.
“Atam hər şeyin qaydasında olduğunu, dərman qəbul etdiyini bildirdi”.
Vera Xaçaturyanın sözlərinə görə, telefon danışığı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə gerçəkləşib:
“O, yalnız yaxşı olduğunu, dərman qəbul etdiyini dedi. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”, - Vera Xaçatryan deyib.
Noyabrın 7-də Bakı Hərbi Məhkəməsi 68 yaşlı Vaqif Xaçatryan haqqında hökm çıxarıb. O, 1992-ci ildə Meşəli kəndində baş verən qətliamda təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
22-12-2023, 12:27
Sabahın havası: Buludlu, yağmursuz keçəcək


Sabahın havası: Buludlu, yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 747 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
22-12-2023, 12:03
Zelenski İlham Əliyevi təbrik etdi


Zelenski İlham Əliyevi təbrik etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.
Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
22-12-2023, 11:26
Türkmənistan liderindən İlham Əliyevə təbrik məktubu


Türkmənistan liderindən İlham Əliyevə təbrik məktubu

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".
Türkmən xalqının Milli Lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm".
22-12-2023, 11:09
Lukaşenko : “Azərbaycanın beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz”


Lukaşenko : “Azərbaycanın beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz”

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz.
Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.
Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!