Zelenski: “Ukraynaya verdiyi etibarlı dəstəyə görə Türkiyəyə minnətdaram”Ukrayna Prezidenti Volodimir Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə ediləcək mövzulardan biri ukraynalı məhbusların azad edilməsi olacaq.
Bu barədə Prezident Zelenski tviter səhifəsində yazıb.
“Mən Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə başladım. Ukraynaya verdiyi etibarlı dəstəyə görə Türkiyəyə minnətdaram”, - deyə Ukrayna Prezidenti əlavə edib.
Danışıqların başlanması kontekstində Prezident bildirib ki, Ukrayna, Türkiyə və bütün region, həmçinin qlobal ərzaq təhlükəsizliyi Qara dənizdə naviqasiyanın qeyd-şərtsiz təhlükəsizliyini tələb edir. “Biz birlikdə çalışmaqla buna nail ola bilərik”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin deyib ki, Ukrayna Türkiyə müdafiə sənayesi şirkətləri ilə ikitərəfli əməkdaşlığın və istehsalın gücləndirilməsində maraqlıdır.
Eyni zamanda, Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın əlində olan hərbi əsirlərin və bütün ukraynalıların, o cümlədən Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyac duyur.