"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
9-04-2024, 23:33
“Azərbaycan hərb tarixi” kitabı ingilis dilində çapdan çıxıb.


“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan
çıxıb.


Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan elmi əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Nəşrin müəllifləri İnstitutun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun dosenti Nərminə Əmirbəyovadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən hazırlanan kitabda
qədim dövrlərdən XX əsrin əvvəllərinədək Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamülü kompleks şəkildə öyrənilib. Nəşrdə Azərbaycanda hərb işinin yaranması və inkişafı dövrü barədə
də ətraflı məlumat verilir. Çoxsaylı mənbə və ədəbiyyat əsasında hazırlanan əsərdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətinin inkişafının xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi
əməliyyatlarda istifadəsi üsulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub. Monoqrafiyada dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub.

Kitab çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib. Nəşrə dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, yürüşlərin və döyüş düzülüşlərinin sxemləri, tarixi silahların fotoşəkilləri, miniatürlər, o cümlədən müxtəlif sənəti nümunələri daxil edilib. Ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini
şərtləndirib. Kitab Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulub.
9-04-2024, 21:42
Gürcüstanda minlərlə insan ayağa qalxdı


Gürcüstanda minlərlə insan ayağa qalxdı

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirirlər.
Aksiyanın təşkilatçıları yürüşün məqsədinin ölkənin azadlığını və Avropa gələcəyini qorumaq olduğunu bildiriblər.
Onların sözlərinə görə, hakimiyyətin parlamentə təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsi Rusiya qanunudur. Bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.
Saat 18:00-da Respublika meydanına toplaşan etirazçılar buradan parlament binasının qarşısına qədər yürüş ediblər.
Parlamentin önündə toplaşan müxalifət müxtəlif şüarlar səsləndirib, hökuməti məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər. Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ötən gün “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib.
Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.
9-04-2024, 21:35
ABŞ İranın ələ keçirilən silahlarını Ukraynaya göndərdi


ABŞ İranın ələ keçirilən silahlarını Ukraynaya göndərdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəmilərdən ələ keçirilən İran silahlarını Ukraynaya göndərib.
Bu barədə CENTCOM məlumat yayıb.
Komandanlığın məlumatına görə, silahlar Yəməndəki Ənsar Allah hərəkatı (husilər) üçün nəzərdə tutulub.
Qurum "X" sosial şəbəkəsində bildirib ki, aprelin 4-də Ukrayna silahlı qüvvələrinə 5 mindən çox AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri, RPQ-7-lər və 500 mindən çox 7,62 mm çaplı patron verilib.
Silahlar 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər ABŞ Mərkəzi Komandanlığı və ABŞ-ın tərəfdaş donanmaları tərəfindən ələ keçirilib.
İran hakimiyyəti isə husilərə silah verilməsi ittihamlarını rədd edir.
9-04-2024, 21:04
İlham Əliyev Ramazan bayramıyla bağlı paylaşım etdi


İlham Əliyev Ramazan bayramıyla bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Ramazan bayramınız mübarək!”
Paylaşımı təqdim edirik:

9-04-2024, 19:28
Qeyri-etik paylaşımlar və çağırışlar edən “TikTok”erlər həbs olundu


Qeyri-etik paylaşımlar və çağırışlar edən “TikTok”erlər həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar. Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.
DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.
9-04-2024, 18:30
Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu - Nazirlikdən açıqlama


Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu - Nazirlikdən açıqlama

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə “Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
9-04-2024, 18:16
Bayram günlərində mərkəzi küçələrə giriş qadağan edilir


Bayram günlərində mərkəzi küçələrə giriş qadağan edilir

Aprelin 10-14-də – Ramazan bayramı günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək, fərdi parklanma talonu almaları tövsiyə olunur.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.
9-04-2024, 18:01
Xaçmazda asfalt-beton zavodunda yanğın baş verdi


Xaçmazda asfalt-beton zavodunda yanğın baş verdi

Xaçmazda asfalt-beton zavodunun ərazisində yanğın baş verib.
Rayonun Yeni Sudur kəndində fəaliyyət göstərən zavodun yaxınlığındakı təxminən 0,7 hektar ərazidə kol-kos və bitium tullantıları yanıb.
Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.
9-04-2024, 17:53
İranda polis maşınlarına hücum: Ölənlər var


İranda polis maşınlarına hücum: Ölənlər var

İranda polis maşınlarına hücum edilib, ölənlər var.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhəri yaxınlığında silahlı şəxslər polis avtomobillərinə hücum edib.
Hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.
"Tasnim" isə 6 polis əməkdaşının həlak olduğunu yazıb. İki polis əməkdaşı isə yaralanıb.
“Ceyş Əl-Ədl” terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
9-04-2024, 17:45
Prokurorluq dəm qazından ölən ər-arvadla bağlı  məlumat yaydı


Prokurorluq dəm qazından ölən ər-arvadla bağlı məlumat yaydı

Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!