Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdıAzərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin bu gün yaşadığı evdə intihar etdiyi – özünü güllələdiyi barədə xəbər yayılıb. 73 yaşlı N.Quliyev tibb elmləri doktoru və professor, Əməkdar elm xadimi, Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, idi.
O, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri Kafedrasında çalışırdı.
Baş Prokurorluğun Mətbuat xidmətiinin yaydığı məlumata görə, N.Quliyevin yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatırma maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır.
Bəs ailəli və 3 övlad atası olan peşəkar həkimin intiharına nə səbəb ola bilər?
Tanınmış hüquqşünas-kriminalist İlqar Altay bu hadisəyə münasibət bildirib.
“İlkin məlumata görə, yaşadığı evdə odlu silahla özünü vurub. Kimsə tərəfindən vurulması, çox az ehtimaldır. Hər halda, istintaq araşdırması olaya aydınlıq gətirər.
Qaldı ki, intihara, depressiyanı, düşgünlüyü səbəb kimi əsas götürmək uyğun deyil, çünki mərhum indiyədək imkanlı vəzifələrdə işləyib.
İntihara vadar etmə də inandırıcı gəlməz, belə bir tanınmış, vəzifəli şəxs çətin ki vadar edilsin.
Qalır ailə münaqişəsi, güclü emosional stress... Bu hal indiki dövr kasıb-varlı olsun, çox ailələrdə yaşanır.
Hər halda, ilk anda hansısa tərəfə yönəldilməsi elə də asan olmayan müəmmalı ölümdür. Yəqin ki, belə, üzdə olan tanınmış şəxslər barədə həqiqətlərin gizlədilməsi mümkün olmaz”, - İlqar Altay qeyd edib.
Yayılan məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.