Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyasıƏziz oxucular, kimya elmləri doktoru Eldar MƏMMƏDBƏYLİ xeyli vaxtdır qəzetimizlə əməkdaşlıq edir. Onun bir neçə publisistik yazıları “Bütöv Azərbaycan”da çap olunub. Özünün nəcib insani keyfiyyətləri və elmi pedaqoji fəaliyyəti barədə də həmkarı İsa Cəfərovun xüsusi sevgi və rəğbətlə qələmə aldığı yazını oxumuşuq. Sən demə Eldar müəllimin şeir yaradıcılığı da varmış. O, bu dəfə oxucularımızın görüşünə poetik duyğuları ilə gəlib:Ağlamışam özümüSözüm vardır mənim sənə ay ellər,
Mən özümü ağlamışam, ağlama!
Haqsız yükü necə çəksin bu əllər?
Mən özümü ağlamışam, ağlama!
Əziz ana, vaxtsız köçən qardaşım,
Canımdan çox istədiyim sirdaşım,
Köçən zaman sel tək axdı göz yaşın,
Mən özümü ağlamışam, ağlama!
Ala gözlüm xumarlanıb yatanda,
Ayrılarkən görsən yoxam bu anda.
Kim qalıb ki, bu vəfasız cahanda?
Mən özümü ağlamışam, ağlama!
Mavi səma, doğma torpaq, yovşançöl,
Səndən başqa heç kimim yox onu bil.
Deyirəm ki, sən ağlama ancaq gül,
Mən özümü aglamışam, ağlama!
Söyləyirəm sənə ürək sözümü,
Çətin günlərimdə ən yaxın sirdaş.
Mən həm səni, həm də özüm-özümü
Həzin-həzin ağlamışam, ağlama!
Eşitsəniz bir məhəbbət yolunda,
Yoxa çıxan haqq-ədalət yolunda,
Dəmir tələ, dəmir halqa qolunda ,
Eldar deyər bu qovğalar anında,
Mən özümü ağlamışam, ağlama! ******
Hörmətli Mərkəz müəlliməDüşüncə tərzinin zirvəsindəsən,
Heç zaman zirvədən enməyəcəksən,
Zəhmətlə, ağılla, təfərkkürlə sən,
Cılız insanları böyüt sən, qardaş!
Mərdlik nümunəsi, kişilik rəmzi
Sənin varlığında toplanıb durur,
Vəfasız dünyada sədaqət qurub,
Heç vaxt yatmamısan ayıqsan, qardaş!
Padşahla, başqanla durub döş-döşə,
Pərəstiş etmişəm sənə həmişə,
Şir təki namərdə oldun əndişə,
Təkcə Mərkəz deyil, Vahidsən, qardaş!
Məhəbbət çələngi başına qonub,
Gözəllik sevdası döşünə qonub,
Güllünün həsrəti səni bərk yorub,
Bu yatmış sevgini oyat sən qardaş!
Qanqal səndən qorxur, gül sevir səni,
Alimtək, şairtək el sevir səni,
Qardaşın Eldar da bil, sevir səni,
Hər yüksək sevgiyə layiqsən, qardaş!
*******
Mərkəz müəllimin ad gününəÖmür sarayının zirvəsindəsən,
Mərkəzsən, sevimli el Mərkəzisən.
Zirvədən enməzsən zirvədə qal sən,
Şairsən şəkər tək dil mərkəzisən.
Bir ürəkdə gör nə qədər hikmət var,
Bir beyində gör nə qədər qüdrət var
Bir kişidə gör nə qədər qeyrət var
Əsl qəhrəmansan, əsl Həzisən.
Məhəbbəti sən qaldırdın göylərə
Əyilmədin, əzilmədin bir kərə
Yolundakı eniş, yoxuş, sərt dərə
Dünyada ən düzgün yol mərkəzisən.
Vətəninə, millətinə hörmətin,
Əvəzsizdir, budur sənin dövlətin,
Şərəfli oğlusan uca millətin,
Namərdə dedin ki, kul mərkəzisən.
Barmaqların gül tablolar yaratdı,
Məmmədəmin, Atatürkü oyatdı,
Mərkəz Kərəm çox layiqli övladdır,
Sinədə yaratdın tül mərkəzi sən.
Məhəbbətin zirvəsinə ucaldın,
Təfəkkürün zirvəsindən bac aldın,
Güllüyə güllərdən güllü tac aldın,
Güllü mərkəzisən gül mərkəzisən.
Mərkəz qardaş Sarıteli oynayaq,
Eldar deyər sellər təki qaynayaq,
Ah, yoruldum elə burda dayanaq,
Telli sazda ən uca tel Mərkəzsən.
OlaramMən Allahın bəndəsiyəm,
Allaha qulluq edirəm.
Sözlərimin mirzəsiyəm
Düz yolumla düz gedirəm
Mən necə şeytan olaram?!
Tülkü kimi tələ qursam,
Həccə gedib Hacı olsam,
Quyruğum tək şələ qursam,
Yaltaqlıq möhtacı olsam
Yalançı fərman olaram?!
Sarıteli oynamasam,
Coşub-daşıb, qaynamasam,
Kərəmi çalan olmasa,
Gözlərim yaşla dolmasa
Necə saz çalan olaram?!
Bir ismi-pünhan yolunda,
Qurbanlıq tapa bilməsəm.
Can alan canan yolunda,
Ağlamaram, mən gülməsəm,
Can verib qurban olaram.
Dərdinə olaram şərik,
Dərdi başa düşənəm mən.
Nə zamansa görüşərik,
Səndən niyə küsərəm mən?!
Yanında həyan olaram.
Bacarana qurbandı can,
Bacarmayan danışmasın.
Bacarana hamı heyran,
Heç kəs yanıb alışmasın!
Asan yol tapan olaram.
Özünü çox yorma qardaş,
Hər işin vardır öz yolu.
Fikirləşib qalma çaş-baş,
Başım boşsa cibim dolu
Sözsüz qəhrəman olaram.
Soltan olmaq deyil asan,
Qismət olsa mənə bu taxt.
Ağır yükü daşımasam,
Xalqı eyləməsəm xoşbəxt,
Yalançı soltan olaram.
Taleyim verərsə imkan,
Vallah, düşünməyə dəyər.
Çox asandı bu çox asan,
Məclis sədri olsam əgər
Naxçıvanda xan olaram.
Azad səma sorağında
Zirvələrə ucalmasam.
Bu sonsuzluq qucağında,
Ən yüksəkdə dayanmasam,
Mən necə tərlan olaram?!
Bu qırğınlar dünyasında,
Axan qanlar dəryasında,
İnsanların xilasında,
Yol tapa bilməsəm, necə
Sahibi zaman olaram?!
Rəiyyəti qoyun saysam,
Həm qırxıb, həm ətin alsam.
Allahın verdiyi haqqı,
Onun əlindən qoparsam
Mən necə başqan olaram?!
Həm Allaha, həm şeytana
Bir yerdə qulluq eyləsəm,
Tərs olaram düz imana,
Hamı gülər, mən söyləsəm
Ayətül islam olaram.
Mən Eldaram arzum budur,
Bir kasıba əl uzatsam,
Düşünürəm savab odur.
Onun harayına çatsam,
Bəxtəvər insan olaram.
*************
Qoru AllahımArısunun aydan arı suyunu,
Daşıb bulanmaqdan qoru Allahım.
Sən açırsan min kilidli düyünü
Düzü dolanmaqdan qoru Allahım.
Ala gözlər al yanaqla qoşadır,
İncə dişlər bal dodaqla qoşadır,
Saf məhəbbət saf soraqla qoşadır,
Onu usanmaqdan qoru Allahım.
Bu torpağın igid oglu, mərd qızı,
Qoy yaşasın şux gözəlin şux nazı.
Qəlbləri titrədən sədəfli sazı,
Sən haqqı nahaqdan qoru Allahım.
Qara saçlar nədən ağa fırlanır,
Millət nədən qul olmasa fırlanır,
Deyirlər ki, dünya sağa fırlanır,
Sola fırlanmaqdan qoru Allahım.
Nadanlar, sırtıqlar yarışa çıxıb,
Qananlar hər şeylə barışa çıxıb,
Qorxaq, zavallılar qaçışa çıxıb,
Ümidlər sənədir ulu Allahım.
Yaz açılıb, çiçəklərin qoxusu,
Xoş arzular, diləklərin qoxusu,
Mən Eldarın yoxa çıxa yuxusu,
Bizi utanmaqdan qoru Allahım.