"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
29-04-2024, 23:49
Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya


Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası – red.) 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.
Türkiyə XİN bəyanatında Fransa Milli Assambleyasının qəbul etdiyi qərarın əsassız olduğunu vurğulayıb.
Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının (parlamentin yuxarı palatası – red.) qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.
Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.
29-04-2024, 22:47
Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı


Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı

Rusiya ordusu Ukraynanın Odessa şəhərini atəşə tutub.
Zərbələr nəticəsində ölü və yaralılar olub.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, 4 nəfər ölüb, 28 nəfər yaralanıb.
“Üç qadın və bir kişi həlak olub. Yenilənmiş məlumata görə, 28 nəfər xəsarət alıb. Onların arasında iki uşaq (16 və 5 yaş) və bir hamilə qadın da var. Yaralılardan 4-nün vəziyyəti ağırdır, həkimlər hazırda həyatları üçün mübarizə aparırlar”, - o, teleqramında yazıb.
29-04-2024, 20:58
Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq


Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq

Ukraynaya “Patriot” zenit batareyalarının tədarükü hazırda NATO üçün prioritet təşkil edir.
NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə Kiyevə səfəri zamanı iştirak etdiyi mətbuat konfransında bildirib.
Yens Stoltenberq Ukraynadakı hava hücumundan müdafiə sistemlərinin təmirinin də vacib olduğunu vurğulayıb. O, həmçinin müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiə sistemlərini raketlə təchiz etməsini daha bir problem adlandırıb.
NATO-nun Baş katibi Kiyevə təkcə “Patriot” zenit-raket komplekslərinin deyil, həm də digər vasitələrin, o cümlədən NASAMS raket hücumundan müdafiə sistemlərinin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukraynada vacib infrastrukturun müdafiəsi üçün eşelonlu hava hücumundan müdafiə sistemi tələb olunur.
29-04-2024, 18:51
Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək


Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Avropa Parlamentində (AP) təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etdiyini deyən Səməd Seyidov bildirib ki, AP-nin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq 25 aprel tarixli qətnaməsi yalan və saxta məlumatlar üzərində qurulub. Bildirilib ki, bu əsassız qətnamə ölkəmizə qarşı irəli sürülmüş qondarma iddiaların açıq təzahürü olmaqla yanaşı, eyni zamanda, ikili standartların bariz nümunəsidir. Azərbaycana qarşı çirkin siyasi aksiyaların həqiqi səbəblərinin hamıya məlum olduğunu deyən komitə sədri vurğulayıb ki, heç bir qüvvə bizə təzyiq göstərə bilməz, ölkəmiz bundan sonra da müstəqil və yalnız sülhün, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə yönəlmiş siyasətini davam etdirəcəkdir.
Tomaş Piotr Poreba səfərinin məqsədləri barədə məlumat verib. İlyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq, regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. Azərbaycanın mühüm iqtisadi-coğrafi mövqeyi barədə fikirlər söyləyən Tomaş Poreba ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələri barədə danışıb, Aİ-nin Cənubi Qafqaz regionun aparıcı ölkəsi olan Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühit, nəqliyyat və logistika kimi mühüm əhəmiyyətli seqmentlərdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyinə dair fikirlərini səsləndirilib.
Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq, bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib. Ortaya çıxan məsələlərin təzyiq yolu ilə deyil, yalnız əməkdaşlıq və bərabərhüquqlu dialoq yolu ilə həll olunmasının əhəmyyətini qeyd edən Avropa Parlamentinin üzvü Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu, bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
29-04-2024, 17:50
CHP sədri ilə Ərdoğanın görüş tarixi bəlli oldu


CHP sədri ilə
Ərdoğanın görüş tarixi bəlli oldu


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel prezident Rəcəb Tayyib Ərdoğanla görüş tarixi məlum olub.
Görüş 2 may tarixində, həftənin cümə axşamı günündə baş tutacaq.

29-04-2024, 17:38
Ərdoğan Bahçelinin evinə getdi - FOTO


Ərdoğan Bahçelinin evinə getdi - FOTO

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan iqtidardakı Cümhur İttifaqındakı siyasi ortağı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ilə görüşüb.
Bu barədə TRT məlumat yayıb.
Görüş Bahçelinin evində keçirilir. Bu məqsədlə Ərdoğan MHP rəhbərinin evində qonaq olub.
Tərəflərin görüşündən ilk fotolar yayılıb:


29-04-2024, 17:33
Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi


Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi

"Demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq".
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik xatırladıb ki, SSRİ-də qüvvədə olan xəritələrə görə 4 kənd Sovet Azərbaycanına məxsus olub.
Qeyd olunub ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Bildirilib ki, İrəvan və Bakı komissiyalarının imzaladığı protokolda “mayın 15-dək sərhədin müəyyən hissəsinin təsdiq edilməsindən”, sonra isə bu əraziyə sərhəd qoşunlarının yerləşdirilməsindən söhbət gedir.
Açıqlamada deyilir ki, son günlər delimitasiya və demarkasiya üzrə komissiyanın işi və Tavuş vilayətində aparılan proseslə bağlı bir sıra yalan və çaşdırıcı tezislər səslənir.
Nazirlik əlavə edib ki, "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanununa əsasən, ölkənin ərazisinə sözügedən 4 kənd daxil deyil.
29-04-2024, 17:19
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi


Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi

Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun nizamnamələri təsdiq edilib.
29-04-2024, 16:53
Avtoxuliqanlıq edən şəxs həbs olundu


Avtoxuliqanlıq edən şəxs həbs olundu

"Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.
29-04-2024, 16:34
Polis əməliyyat keçirdi, narkotacirlərin səs yazıları yayıldı - VİDEO


Polis əməliyyat keçirdi, narkotacirlərin səs yazıları yayıldı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.
Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini “izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər.
Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!