Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
11-09-2024, 16:33
MSK İlqar Məmmədovun dairəsində 3 məntəqənin nəticələrini ləğv etdi


[b]MSK İlqar Məmmədovun dairəsində 3 məntəqənin nəticələrini ləğv etdi[/b]

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Tofiq Həsənovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd, REAL partiyasının sədri İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib:
"Namizəd səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntular, müşahidəçilərə maneələr yaradıldığını iddia edib. O, həmçinin 2 və 21 saylı məntəqələrə aid videogörüntü təqdim edib.
İddia olunan qanun pozuntuları təsdiqini tapmadığından müraciət təmin edilməyib. Təkrar araşdırma zamanı təqdim olunan sənədlərə yenidən baxılıb, müşahidəçilərdən izahatlar alınıb. Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib".
MSK üzvü əlavə edib ki, dairədəki 38 seçki məntəqəsindən 3-nün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.
11-09-2024, 16:26
Gürcüstan və Yunanıstan sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar


Gürcüstan və Yunanıstan sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar

Gürcüstan və Yunanıstan sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında saziş imzalayıblar.
Müqavilə müvafiq hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.
Gürcüstan İspaniya ilə də analoji müqavilə imzalayıb. Buna əsasən, bir ölkədə verilmiş etibarlı vəsiqə sahibləri nəzəri və ya praktiki imtahan vermədən qanuni yaşadıqları digər dövlətdə eyni qüvvədə olan sürücülük vəsiqəsi ala biləcəklər.
11-09-2024, 16:12
"Oyuncaq istehsal etmək hələ problemin həlli deyil" - Fazil Mustafa


"Oyuncaq istehsal etmək hələ problemin həlli deyil" - Fazil Mustafa

Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda milli personajlara, demək olar ki, rast gəlinmir. Oyuncaqlar əsasən Qərb ölkələrinə məxsus personajlara məxsusdur.
Məsələ ilə bağlı Milli Məclisin VI çağırışının Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa bildirib ki, ölkələrin təkcə hərbi imperalist yox, həm də mədəni imperalizm maraqları var, bunu da həyata keçirirlər:
“ABŞ bir dünya gücü kimi öz dəyərlərini dünyaya transfer etməklə məşğuldur. Bu da müəyyən dərəcədə öz effektini göstərir. Bu həm də texnoloji tərəqqi ilə bağlı məsələdir. Belə ki, inkişaf etməmiş xalqlar məcbur olur ki, onun istehsal etdiyi telefonu istifadə etsinlər, təyyarəsində uçsunlar, hərbi-texnikasından istifadə etsinlər”.
O qeyd edib ki, dünyada gedən inkişafdan geri qalmamaq, bunun üçün də oxumaq, yeni dünya düzəninə uyğunlaşmaq lazımdır.
"Təəssüf ki, Şərq arealında bunu anlayan cəmiyyətlər demək olar yox səviyyəsindədir. Yaxın Şərqdə olanlar onu göstərir. Ərəb toplumunun içərisində zəkasını istifadə edən çox az sayda təbəqə var. Bunun da nəticəsi məğlubiyyətdir”- Millət vəkili bildirib
Fazil Mustafa sözügedən məsələ ilə bağlı dövlət strategiyasının müəyyən olunmasını labüd hesab edir:
"Xüsusilə təhsil strategiyamız düzgün qurulmalıdır. Bu strategiya aydın və cəmiyyət tərəfindən aydın və başadüşülən olmalıdır. Təəssüf ki, biz sadəcə günü yola verməklə məşğuluq. Biz elə bilirik ki, gündəlik tədbirləri yola verməklə mədəni səviyyəni inkişaf etdiririk. Mədəni səviyyənin inkişafı, istehsal və digər məsələlər təhsillə bağlıdır. Biz hələ insanları yetişdirmə yollarını düzgün tapa bilməmişik. Bu da çox ciddi narahatlıq doğurur. Biz çalışmalyıq ki, bu mövzu ciddi düşünək. Çox çətinliklərimiz olsa da, hamılıqla çalışmalıyıq ki, bu prosesləri inkişaf etdirə bilək. Hər halda bu kimi məsələlərdə ciddi şəkildə düşünmək, gələcəyimizlə bağlı məsələləri masaya yatırıb müzakirə etmək lazımdır. Nədə geri olduğumuzu qəbul etməli və həlli üçün çalışmalıyıq. Yoxsa oyuncaq istehsal etmək, milli dəyərləri qaldırmaq hələ problemin həlli deyil”.
11-09-2024, 16:00
Azərbaycanda ət niyə bahalaşır? - Palata səbəbləri açıqladı


Azərbaycanda ət niyə bahalaşır? - Palata səbəbləri açıqladı

Hesablama Palatası yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsini ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil hesab edir.
Bu barədə Palatadan bildirilib.
Qeyd edilib ki, satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirmiş, yerli heyvan toxumunun və yerli toxumnan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırıb.
Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8%-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib.
Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olub, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalıb.
2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 (beş) illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4% artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməmiş, ölkə əhalisinin sayının 200,0 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.
Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılıb ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməyib.
11-09-2024, 15:43
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu


Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu

Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışı baş tutub.
Azərbaycan məhəlləsində tikilən Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətləri iştirak ediblər.
Təməli ötən ilin aprelində qoyulan üçmərtəbəli müasir məktəb binasının tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb. Məktəbdə, həmçinin idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer var. Təhsil müəssisəsinin iyirmi ibtidai sinfi və hazırlıq şöbəsinin üç otağı yaxın günlərdə yüzlərlə şagirdi qəbul edəcək.
İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar mövcuddur. Buraya xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı daxildir.
Məktəbə bitişik ərazi abadlaşdırılıb, hazırlıq bölməsindəki şagirdlər üçün uşaq meydançası yaradılıb. İbtidai məktəbin girişində Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsvirləri olan obelisk ucaldılıb.
Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib ki, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər. O, "Azərbaycan məhəlləsi" layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib.
“Kahramanmaraş sakinlərinin gənc nəslinin yetişdirilməsində xidmətlərinə görə Azərbaycanın bütün strukturlarına və şəxsən Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə vilayət təhsil şöbəsinin müdiri qeyd edib. O xatırladıb ki, Heydər Əliyev adına yeni ibtidai məktəbin yerində əvvəllər də təhsil müəssisəsi olub, lakin ötən il baş verən zəlzələ zamanı dağıldığına görə sökülüb.
Qeyd edilib ki, təhsil müəssisəsinə bitişik ərazidə son abadlıq işləri başa çatdırılır, məktəbə dərs vəsaitləri və kitablar gətirilir.
Məktəbin nümayəndələri məlumat veriblər ki, təbii fəlakət zonasında yerləşən digər məktəblərdə şagird yeri çatışmazlığı səbəbindən Kahramanmaraşın digər təhsil müəssisələrindən uşaqların bir hissəsinin Heydər Əliyev adına ibtidai məktəbə köçürülməsi ilə tədris prosesini iki növbədə təşkil etmək mümkündür.
Xatırladaq ki, keçən ilin fevralında episentri Türkiyənin Kahramanmaraş vilayəti olan və ciddi dağıntılar yaradan zəlzələdən sonra Naxçıvan şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1320 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.
Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 764 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. “Azərbaycan” yaşayış məhəlləsində parkla birlikdə ümumilikdə 14 hektar yaşıllıq zonası salınacaq. Sahəsi 3,5 hektar olacaq parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.
11-09-2024, 15:15
Krım Ukraynaya qaytarılmalıdır - Ərdoğan


Krım Ukraynaya qaytarılmalıdır - Ərdoğan

Türkiyə Krımın ilhaqını tanımır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.
O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.
R.T.Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".
11-09-2024, 15:11
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verdi


Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verdi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruz oğlu Vəliyev (Rövşən Norvruzoğlu) barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar açıqlanıb. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il dekabrın 19-da qəbul etdiyi hökmə əsasən, 6 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
Rövşən Vəliyev bundan əvvəl 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunub.
11-09-2024, 15:02
Prezidentdən cəzaçəkmə müəssisələri ilə bağlı sərəncam


Prezidentdən cəzaçəkmə müəssisələri ilə bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.
Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.
Sərəncamla Nazirlər Kabineti Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etməli, fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməli və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aidiyyəti dövlət orqanları (qurumları) isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
11-09-2024, 14:59
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA


Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası öz işini uğurla başa çatdırıb.
Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirib.
Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.
“İclasın işinin uğurla başa çatması tarixi məna daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə birlikdə onların dillərinin qorunmasına da öz töhfəsini verəcək.
Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu bu prosesə dəstək verən Türk Dövlətlərinin rəhbərliyinə və əməyi keçən bütün Komissiya üzvlərinə dərin təşəkkürünü bildirirlər. Bütün müvafiq qurumlardan təklif olunan Ortaq Türk Əlifbasının tətbiq olunmasını fəal şəkildə dəstəkləmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
11-09-2024, 14:50
Rusiya ordusu Kurska girdi


Rusiya ordusu Kurska girdi

Rusiya ordusuna yaxın hərbi teleqram kanallarında Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb.
TASS Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi idarəsinin rəisinin müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinova istinadən əməliyyatla bağlı bir sıra detalları açıqlayıb.
Alaudinov deyib ki, Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini geri alıb. "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çox ağır itkilər verir və başa düşməyə başlayıblar ki, bu ərazini tutmaq onlar üçün çətindir", - o qeyd edib.
Teleqram kanalları bir sıra kəndlərin Ukraynadan geri alındığını bildirir. Rusiyaya məxsus kanallar Korenevski rayonunda səkkiz kəndin və 150 ​​kvadrat kvadratmetrə qədər ərazinin ələ keçirildiyini bildirib.
Ukraynanın “Deep state” hərbi portalı Rusiya bölmələrinin Korenevski rayonunda irəliləməsi barədə məlumat yayıb. Kanal Rusiyaya məxsus zirehli texnika karvanının bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mühüm qalası sayılan Snaqost kəndinə daxil olmasının görüntülərini yayıb. Görüntülərdə ən azı səkkiz tank və zirehli maşın görünür.
Ukrayna tərəfi açıqlamalara münasibət bildirməyib. Rusiya Müdafiə Nazirliyi də əks-hücum barədə məlumat verməyib. Nazirliyin son açıqlamasına görə, Kurskda Ukrayna Silahlı Qüvvələrinin 10 hərbçisi Kursk vilayətində əsir götürülüb. Qubernator isə deyib ki, Kursk vilayətinin sərhəd rayonlarını 150 mindən çox insan tərk edib
Qeyd edək ki, Ukraynanın Kursk vilayətində hərbi əməliyyatları avqustun 6-da başlayıb. Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!