19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                        Prezident Baş nazirin müavini ilə görüşdü .....                       
11-09-2024, 14:35
İrəvan və Vaşinqton arasında saziş


İrəvan və Vaşinqton arasında saziş

Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistandakı missiyasının direktoru Con Hallelo iki ölkə arasındakı qrant sazişində dəyişiklikləri imzalayıblar.
Nəticədə nəzərdə tutulan hədd iki dəfədən çox artaraq 120 milyon dollardan 250 milyon dollara çatıb.
Həmçinin birgə layihələrin sahələri genişləndirilib. Genişləndirilmiş saziş fəlakət riskinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
“Bu dəyişiklik bizim Ermənistanla tərəfdaşlığa sadiqliyimizi göstərir. Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik”, - Con Allelo bildirib.
11-09-2024, 13:55
Laçına köçən ailələrə evlərinin açarları təqdim olundu


[b]Laçına köçən ailələrə evlərinin açarları təqdim olundu[/b]

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub. Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Bununla da Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
11-09-2024, 13:47
NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq


NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq

NATO-nun yeni baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.
Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni baş katibin mətbuat konfransı keçiriləcək.
11-09-2024, 13:19
Leysan yağacaq dolu düşəcək - Sabahın havası


Leysan yağacaq dolu düşəcək - Sabahın havası

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
11-09-2024, 12:36
Ölkədə bu məhsullar bahalaşıb - Düyü, ət, yağ...


Ölkədə bu məhsullar bahalaşıb - Düyü, ət, yağ...

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, qiymətlərində müşahidə olunub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ucuzlaşma unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin avqust ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bildirilib ki, 2024-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,0 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
11-09-2024, 12:27
Zelenski Krımtatar soyqırımı abidəsinin açılışını edib


Zelenski Krımtatar soyqırımı abidəsinin açılışını edib

Ukrayna prezidenti Volodimir Zelenski birinci xanım Yelena Zelenskaya ilə birlikdə Libidskada Sülh meydanında Krımtatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni açıb.
Açılışda Xorvatiya və Latviyanın baş nazirləri və Litva prezidenti də iştirak edib.
Ukrayna lideri bildirib ki, bu abidə yaxınlarda totalitar sovet quruluşunun cinayətlərini törədən - öldürən, işgəncələr verən və məcburi deportasiya edən sovet təhlükəsizlik işçiləri üçün parkın olduğu yerdə açılıb.
Zelenski xatırladıb ki, 1944-cü ildə Sovet hakimiyyəti Krımda mütləq pislik - soyqırım və deportasiya törədib. Prezident vurğulayıb ki, Krımtatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı tiranların və diktatorların şübhəsiz ki, itirəcəkləri simvolu kimi çıxış edir.
11-09-2024, 12:18
Azərbaycanda orta aylıq əməkhaqqı artıb


Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 % artaraq 1 002,4 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 759 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
11-09-2024, 12:10
Ermənilər Naxçıvanı atəşə tutub


Ermənilər Naxçıvanı atəşə tutub

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
11-09-2024, 11:26
Müğənni Kərim toyda döyüldü - Fonoqram oxuduğu üçün...


Müğənni Kərim toyda döyüldü - Fonoqram oxuduğu üçün...

Müğənni Kərim Abbasov toyda döyülüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.
Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Bildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırma davam etdirilir.
"Report" isə qeyd edir ki, Kərim Abbasov fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
11-09-2024, 11:19
Qarabağ Universitetinin nəzdində akademiya yaradılır


Qarabağ Universitetinin nəzdində akademiya yaradılır

Elm və Təhsil Nazirliyi və "Cisco" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır.
“Cisco” Şəbəkə Akademiyasında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.
Akademiyada dərslər "Cisco" şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.
Təlimlər sayəsində tələbələr həmçinin “Cisco” sertifikatlı şəbəkə mütəxəssisi statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!