17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
5-11-2024, 15:54
Baş nazir yeni qurumun nizamnaməsini təsdiqlədi


Baş nazir yeni qurumun nizamnaməsini təsdiqlədi

“Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Mərkəzin nizamnamə fondunun məbləği 1 000 000 manatdır. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Mərkəzin rəsmi adı aşağıdakı kimidir: tam halda - Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi, qısaldılmış halda – TZİM.

Mərkəz Bakı şəhərində yerləşir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Zonaların fəaliyyətinin təşkili, idarə olunması, inkişafı və təşviqi ilə bağlı tədbirlər görmək;

- Zonaların rezidentlərinin və qeyri-rezidentlərinin fəaliyyətinin Nümunəvi Əsasnamənin tələblərinə uyğun təşkili ilə bağlı tədbirlər görmək;

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq;

- Nümunəvi Əsasnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
Şura Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
Bu Nizamnamə ilə müəyyən edilən hallar istisna olmaqla, Mərkəzin fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura
müstəqildir.
Şura sədr və onun iki müavini daxil olmaqla, 5 (beş) üzvdən ibarətdir.
Şuranın üzvlərini Agentliyin sədri vəzifəyə təyin və vəzifədən azad edir.
5-11-2024, 15:27
Putin Əliyev-Paşinyan görüşündən danışdı


Putin Əliyev-Paşinyan görüşündən danışdı

"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir".
Bunu Rusiya prezidenti Vladimir Putin noyabrın 5-də səfirlərin etimadnaməsinin təqdimetmə mərasimində deyib.
“Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Biz ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və 2020-2022-ci illərdə imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”.
Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRICS sammitində Ermənistan və Azərbaycan liderlərinin faydalı söhbətinə də diqqət çəkib.
“Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRICS sammitinin platformasından yararlanmasından və regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm”, - deyə o vurğulayıb.
Xatırladaq ki, noyabrın 5-də Azərbaycanın Rusiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.
5-11-2024, 14:26
Laçın Beynəlxalq Hava Limanından yeni görüntülər


Laçın Beynəlxalq Hava Limanından yeni görüntülər

Laçın Beynəlxalq Hava Limanından yeni görüntülər yayılıb.
Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.
5-11-2024, 14:04
“Zəfər” kitabı çapdan çıxıb


“Zəfər” kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin xüsusi buraxılışı olan “Zəfər” kitabı nəfis tərtibatla çapdan çıxıb.
Xüsusi buraxılışda yer alan materiallar 44 günün xronikasını - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrü əhatə edir. Nəşrdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müqəddəs savaşın ilk dəqiqələrindən Zəfər Gününədək möhtəşəm fəaliyyətindən bəhs edilir.
Kitab Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutduqdan dərhal sonra - sentyabrın 27-də saat 12:45-də Azərbaycan xalqına müraciətinin mətni ilə başlayır. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” - deyən Prezident İlham Əliyev bu müraciəti ilə Azərbaycanın igid oğullarını torpaqlarımızı işğaldan azad etməyə daha da ruhlandırdı, onları səfərbər etdi, xalqda qələbəyə inam yaratdı.
“Zəfər” kitabında Azərbaycan Prezidentinin 44 gün ərzində müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə telefon danışıqları, videomüraciətləri, aparıcı xarici media orqanlarına müsahibələri, hər bir yaşayış məntəqəmizin azad olunduğu müjdə xəbərləri, sosial şəbəkə hesablarında paylaşımları xronoloji ardıcıllıqla təqdim edilib. Nəşrə 44 gündə rəşadətli Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin işğaldan azad etdikləri şəhər və kəndlərin, yaşayış məntəqələrinin, həmçinin erməni qəsbkarlarından götürülmüş qənimət silah-sursatların da siyahısı daxil edilib.
Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü ərəfəsində təqdim olunan bu nəşr adi kitab deyil, bir dərslikdir - dövlətçilik, vətəndaşlıq, Vətənə sevgi və xidmət dərsliyidir!
Kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından və arxivindəki fotolardan istifadə edilib.
Dövlətimizin başçısının 2020-ci il noyabrın 10-da xalqa müraciətində vurğuladığı kimi, hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzidir: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar regionda bütün sahələrdə özünü göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün aparılan bərpa və quruculuq işləri, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla reallaşdırılması, Şuşada keçirilən beynəlxalq tədbirlər Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini bütün dünyaya bir daha nümayiş etdirir.
5-11-2024, 12:48
Azərbaycanda yeni telekanal


Azərbaycanda yeni telekanal

Yeni işi barədə məlumat verən tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev bildirib ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən “ANEWZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır:
“Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”.
Rüfət Həmzəyevin sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan “ANEWZ” peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər:
“Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.
Beynəlxalq ingilisdilli kanal kimi “ANEWZ” yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.
Xatırladaq ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini vəzifəsində çalışıb. O, tutduğu son vəzifəyə özünün yüksək intellekti və peşəkarlığı sayəsində yüksəlmişdi. Həmkarımıza uğurlar arzulayırıq və əminik ki, onun rəhbərlik etdiyi telekanal öz standartları, kollektivinin yeni nəfəsi ilə seçiləcək!

5-11-2024, 07:44
Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi

Muğam Mərkəzində yaradıcılıq gecəsi

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.
Tədbirdə əvvəlcə Mahirə Nağıqızının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mahirə Nağıqızının zəngin söz dünyasından, yaradıcılığının özünəməxsus cəhətlərindən danışıb, onun pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı və tanınmış alim olduğunu bildirib:

"Mahirə xanımın yaradıcılığında müxtəlif mövzular əks olunur. Bunlar vətən sevgisi, təbiət, ilahi məhəbbət, insanın ruh aləmi mövzularıdır. Lakin onun poeziyasında ən diqqətçəkən məqamlardan biri Vətən sevgisidir. O, Vətən torpağının hər qarışını sevgi ilə tərənnüm edir. Mahirə xanımın yaradıcılığında Qarabağın 30 il müddətində işğal altında olduğu dövrdə elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Bu gün isə artıq Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu tarixi zəfər Mahirə xanımın yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır".
Tədbirdə digər çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Hikmət Babaoğlu Mahirə xanımın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Mahirə xanım bu gün elmi fəaliyyəti ilə bərabər, ölkənin ictimai həyatında da fəal iştirak edir. Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də çox böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.

Çıxış edənlər onu da vurğulayıblar ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bildirilib ki, bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir. Ədəbiyyatşünas alim, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.
Qeyd edək ki, müasir Azərbaycan poeziyasında öz imzası ilə tanınan və sevilən şair Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şerinə musiqi bəstələnib. Tədbirdə şairin müxtəlif səpkili şeirləri səsləndirilib.
Sonda çıxış edən Mahirə Nağıqızı təşkil olunmuş gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, yaradıcılığına, elmi fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.






5-11-2024, 07:20
İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub.


İcmada maarifçilik hərəkatı

İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub.

Qərbi Azərbaycan İcması böyük maarifçilik hərəkatı yaradıb. Maarifçilik bütün dövrlərin ən güclü silahı olub. Noyabrın 4-də İcmada professor Fərrux Rüstəmovun "İrəvan kişi gimnaziyası və onun Azərbaycanlı məzunları" kitabının təqdimatı keçirilib. Kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvələrinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumat verilmiş, kişi gimnaziyasının təşəkkülü və inkişafını şərtləndirən amillər təhlil edilmiş, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilmiş, İrəvan quberniyasında yaşayan Azərbaycan türklərinin Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında məlumat verilib.

Kitabın ideya müəllifi sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, deputat Əziz Ələkbərli, ön sözün müəllifi AMEA müxbir üzvü, Əməkdar elm xadimi Misir Mərdanovdur.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!