Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
6-11-2024, 17:54
Tramp onlardan qisas alacaq - Qara siyahı


Tramp onlardan qisas alacaq - Qara siyahı

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gəldikdən sonra keçmiş rəqibləri ilə hesablaşmaq imkanı əldə edəcək.
Belə iddia nüfuzlu “Politico” nəşrində dərc olunub.
"Politico"ya görə, Trampın yenidən seçilməsini ardından qisas almağı planlaşdırdığı şəxslərin adları ilə əlaqədar uzun siyahısı var. Tramp bu planları həyata keçirmək üçün “xalq mandatı və səlahiyyətinə” sahib olacaq.
"Politico" qeyd edir ki, "Trampın qara siyahısı"na Amerikanın hazırkı lideri Co Bayden, vitse-prezident və onun seçkidəki rəqibi Kamala Harris, keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton daxildir.
6-11-2024, 17:29
Tramp bu tarixdə and içəcək


Tramp bu tarixdə and içəcək

ABŞ-da keçirilən prezident seçkilərinin qalibi, respublikaçı namizəd Donald Trampın andiçmə mərasiminin vaxtı açıqlanıb.
ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.
Hazırkı prezident Co Bayden andiçmə gününə qədər ölkəni idarə edəcək.
6-11-2024, 16:46
İçərişəhərdə sərgi açılıb - FOTO


İçərişəhərdə sərgi açılıb - FOTO

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı olub.
COP29-a dəstək olmaq üçün reallaşan sərgi sənətin və təbiətin harmoniyasını, həmçinin müasir instalyasiyanın imkanlarını bir araya gətirib.
Tədbirdə çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vurğulayıb ki, Azərbaycanın milli irsinin ayrılmaz hissəsi olan qurama motivi çox zəngindir. “Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulub. Sərgi resursların səmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizə edir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edib. Burada yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayiş olunub. Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Saltanat Abdukerimova kimi yerli və xarici qurama sənətçilərinin əl işləri vasitəsilə bu nadir sənətin müxtəlif yönlərini kəşf edə bilərlər”, - deyə İ.Babayev əlavə edib.
Sərgi noyabrın 30-dək davam edəcək.









6-11-2024, 16:30
Bir sıra DSK-ların tərkibi dəyişdi


Bir sıra DSK-ların tərkibi dəyişdi

Bəzi Dairə Seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik olub.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
5 saylı Babək-Naçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat edib. Onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.
Eləcə də Rövşən Vəliyevin 41 saylı, Cavid Binnətovun isə 83 saylı Dövlət Seçki Kommisyasına üzv seçilməsi təklif edilib.
Məsələ səsə qoyularaq qəbul edilib.
6-11-2024, 16:27
Məzahir Pənahov bələdiyyə seçkisinin vaxtını açıqladı


Məzahir Pənahov bələdiyyə seçkisinin vaxtını açıqladı

Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.
MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışıb:
“Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq. Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirək”.
6-11-2024, 16:25
Təcili yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək


Təcili yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək

COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.
Bunu "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin direktoru Elçin Əmirov deyib.
O bildirib ki, buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.
“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb.
“Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub. Onu da bildirmək istəyirəm ki, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulub”, - deyə o qeyd edib.
6-11-2024, 16:11
Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxınıq - Erməni nazir


Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxınıq - Erməni nazir

Hazırda Ermənistanla Azərbaycan arasında gedən proses müsbət mənada belə təəssürat yaradır ki, biz sülh müqaviləsi imzalayacağıq və ona doğru gedirik.
Bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.
O, müqavilənin imzalanma zamanı barədə heç nə deyə bilməyəcəyini, lakin hadisələrin inkişafının müsbət olduğunu vurğulayıb.
“Əgər sazişin mətni ətrafında bütün məsələlər razılaşdırılsaydı, imzalanardı. Azərbaycana nəsə göndərsək, cavab verirlər, yəni razılaşdırılmamış bəzi məsələlər var. Amma söhbətlərə baxanda hər şey razılaşmağa doğru irəliləyir. Heç bir eskalasiya yoxdur, bizim demarkasiya olunmuş ərazimiz var və sülh müqaviləsi ətrafında irəliləyən proses var. Əgər müsbət proses varsa, ondan kənara çıxmağın məntiqi nədir? Fikrimcə, mövcud format yaxşıdır və biz irəli getməliyik”, - Papoyan qeyd edib.
6-11-2024, 16:02
Makronla Tokayevdən Ermənistan-Azərbaycan danışıqlarına dəstək


Makronla Tokayevdən Ermənistan-Azərbaycan danışıqlarına dəstək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 4-5 noyabr 2024-cü il tarixlərində Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə dövlət səfərində olub.
Qazaxıstan prezidentinin saytında xəbər verildiyi kimi, səfər zamanı tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək verdiyini bildirən birgə bəyannamə imzalayıblar.
“Onlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşı, 1991-ci il Almatı bəyannaməsi əsasında regionda ədalətli və davamlı sülhün bərqərar olmasına imkan verəcək müqavilənin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər. Prezidentlər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini vurğuladılar”, - deyə bildirilib.
6-11-2024, 15:46
Bakı metrosunda qərargah fəaliyyət göstərəcək


Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

Bakıda keçirilən bütün irimiqyaslı tədbirlərdə olduğu kimi, COP29 zamanı da "Bakı metropoliteni" QSC-də qərargah fəaliyyət göstərəcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
H.Məmmədov qeyd edib ki, Bakı metrosu paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqları başa çatdırıb.
“Qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək. Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimləmə mexanizmləri qurulub. Əməliyyat planına uyğun olaraq, Bakı metrosunda COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub. Burada həm metropoliten, həm də stansiya üzrə mərkəzləşdirilmiş fəaliyyətin təmin edilməsi məqsədilə Daxili İşlər və Fövqəladə Hallar Nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər qurumlarla sıx əlaqəli işlər aparılaraq, müvafiq şərait yaradılıb”, - deyə o bildirib.
H. Məmmədov əlavə edib ki, “Bakı Metropoliteni” QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub. Onun sözlərinə görə, ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb: “Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək”.
6-11-2024, 15:31
Bakı metrosunun iş rejimi dəyişir


Bakı metrosunun iş rejimi dəyişir

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
Rəis müavini qeyd edib ki, tədbir dövründə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq.
Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir. Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər”, - deyə H.Məmmədov bildirib.
O əlavə edib ki, COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq: “Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metrosunda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir. “Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.
H.Məmmədov əlavə edib ki, Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. “Bakmil” stansiyasına və əksinə isə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlər ərzində metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!