Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
19-11-2024, 15:15
FIFA Türkiyə klubuna transfer qadağası qoydu


FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyənin “Pendikspor” klubuna transfer qadağası qoyub.
Buna səbəb klubun külli miqdarda borcunun olmasıdır. Hazırda Türkiyənin I Liqasında mübarizə aparan komanda 2026-cı ilin yayına kimi heyətinə yeni futbolçu qata bilməyəcək.
Qeyd edək ki, “Pendikspor” turnir cədvəlində 17 xalla 13-cü pillədə qərarlaşıb.
19-11-2024, 15:06
"Veteran pulu" 20-30 manat artırılsın! - Parlamentdə təklif


"Veteran pulu" 20-30 manat artırılsın! - Parlamentdə təklif

"Veteran pulu" heç olmasa 20-30 manat qaldırılsın.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”, - o deyib.
Ombudsman Səbinə Əliyeva da "Veteran pulu"nun artırılması təklifi ilə çıxış edib.
“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır.
Eyni zamanda, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib.
19-11-2024, 15:03
ADY və “Stadler Rail Group” arasında yeni müqavilə imzalandı - FOTO


ADY və “Stadler Rail Group” arasında yeni müqavilə imzalandı - FOTO

19 noyabrda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və İsveçrənin “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer Bakı şəhərində Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıblar.
ADY-dən verilən məlumata görə, müqaviləyə əsasən, Təlim və İnkişaf Mərkəzinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəz Azərbaycanda dəmiryol sahəsində gənc və peşəkar kadrların yetişdirilməsi və strateji kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Təlim və İnkişaf Mərkəzinin yaradılması yeni nəsil hərəkət vasitələrinə texniki qulluğun göstərilməsi və istismarı üçün kadr hazırlığına əhəmiyyətli töhfə verəcək. Mərkəzdə regionda “Stadler” qatarlarını idarə edəcək maşinistlərin təlimləndirilməsi də planlaşdırılır.
“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi və tikintisinə, texniki avadanlıqlarla, o cümlədən praktiki məşğələlər üçün müasir simulyatorlarla təchizatına dəstək verəcək.
“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi, tikintisi, texniki təminatı, o cümlədən praktiki məşğələlər üçün simulyatorların alınmasını maliyyələşdirəcək. Yeni nəsil simulyatorlar maşinist və maşinist köməkçilərinin hazırlanması və texniki biliklərinin təkmilləşdirilməsinə geniş imkan yaradacaq. Mərkəzin fəaliyyəti təkcə texniki biliklərin tədrisi ilə məhdudlaşmayacaq, gələcəkdə idarəetmə sahəsində də təlim proqramları həyata keçiriləcək. Burada əməkdaşlar müasir tədris vasitələri ilə təchiz olunmuş mühitdə, real iş şəraitinə uyğun təlimlər keçəcəklər. Dünyada sənaye sahəsi sürətlə inkişaf etdiyindən peşə bacarıqlarının keyfiyyətlə və qısa müddətdə öyrədilməsi zərurəti belə təlim mərkəzlərinə ehtiyacı artırır.
Hazırda ADY-də texniki sahədə çalışan əməkdaşların 50 faizinin daha innovativ və yeni texniki trendlərə uyğun ixtisaslaşdırılmasına ehtiyac var. Yeni Təlim və İnkişaf Mərkəzi mütəxəssis çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aradan qaldıracaq.
Mərkəzin binası 4 mərtəbədən, təlim otaqları, simulyator otaqları, ofislər, kompüter laboratoriyaları və yeməkxanadan ibarət olacaq, həmçinin təlimlərə regionlardan qatılan ADY əməkdaşlarının burada qalması üçün otaqlar ayrılacaq. Layihə çərçivəsində Təlim və İnkişaf Mərkəzi günəş panelləri ilə təchiz olunacaq. Bu təşəbbüslə ADY ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinə uyğun şəkildə bərpa olunan enerji istifadəsinə doğru daha bir strateji addım atır. Günəş enerjisinin tətbiqinin genişləndirilməsi isə müəssisəyə karbon izini azaltmağa və ekoloji davamlılığa töhfə verməyə şərait yaradırş
İmzalanma mərasimində iştirak edən “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer yeni Təlim və İnkişaf Mərkəzinin yaradılmasını ADY ilə əməkdaşlığın daha bir uğurlu nəticəsi kimi qiymətləndirib:
“ADY ilə strateji tərəfdaşlıq çərçivəsində müasir Təlim və İnkişaf Mərkəzinin yaradılması haqqında müqaviləni imzalamaqdan çox məmnunuq. Bu Mərkəzin uğurla fəaliyyət göstərəcəyinə və bütün gözləntiləri qarşılayacağına əminik. İnanırıq ki, Təlim və İnkişaf Mərkəzi nəinki Azərbaycanda, regionda da “Stadler” və ADY brendlərinin təşviqinə öz töhfəsini verəcək”.
ADY-də müasir standartlara cavab verəcək yeni Təlim və İnkişaf Mərkəzinin yaradılması məqsədilə bir il ərzində Almaniya, Türkiyə və İspaniya kimi ölkələrin müvafiq təcrübələri yerində öyrənilib, təhlil edilib, ən yaxşı nümunələr üzərində müzakirələr aparılıb. Yekun olaraq Mərkəzin konsepsiyasının Almaniya Dəmir Yolları Akademiyası (“Deutsche Bahn Rail Academy”) ilə əməkdaşlıq çərçivəsində hazırlanması barədə qərar qəbul edilib.
Yeni Mərkəz vasitəsilə dəmiryol sektorunda nəzəri və praktiki təlimlərin genişləndirilməsi, peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyası təmin ediləcək. Bununla yanaşı, Mərkəzdə hazırlanacaq peşəkar mütəxəssislər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin potensialının daha da artırılmasına töhfə verəcəklər. Beləliklə, rəqəmsal həllərin davamlı tətbiqi və təhlükəsiz daşımalar sahəsində qabaqcıl mövqe qazanaraq ADY-nin beynəlxalq dəhlizlərdəki strateji mövqeyi daha da güclənəcək.
Xatırladaq ki, ötən ilin oktyabr ayında ADY və “Stadler Rail Group” şirkəti arasında dəmiryol nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Anlaşmaya əsasən, Böyükşor ərazisində tikiləcək Regional Servis Mərkəzi Azərbaycan daxil olmaqla qonşu ölkələrdə də geniş istismar edilən “Stadler” hərəkət tərkiblərinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Yeni Təlim və İnkişaf Mərkəzi Regional Servis Mərkəzi üçün də peşəkar texniki mütəxəssislərin hazırlanmasına töhfə verəcək.
Qeyd edək ki, ADY əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə davamlı olaraq müxtəlif sahələrdə təlimlər təşkil edir. İşçilərin təlim ehtiyaclarını qarşılamaq üçün 2024-cü il üzrə 1 milyon manat vəsait ayrılıb. Bu ilin 10 ayında 5 minə yaxın əməkdaşa 225 adda təlim keçirilib.
ADY-nin regionlardakı əməkdaşlarının təlim ehtiyaclarının çevik şəkildə qarşılanması məqsədilə bir sıra layihələr uğurla tamamlanıb. Bu layihələrdən biri olan “AnzerA” onlayn təlim platforması işçilərə istənilən yerdən, istənilən vaxt öz biliklərini artırmaq üçün təlim materiallarına çıxış imkanı verir. Əməkdaşlar burada müxtəlif peşəkar mövzularda təlimlərə qoşula biləcək, həmçinin tədris materiallarını asanlıqla əldə edirlər.
Bundan başqa, “Təlim qatarı” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən ADY əməkdaşlarının təlim ehtiyacları yerindəcə təmin ediləcək.
Eyni zamanda, ADY gənclərin xaricdə dəmiryol ixtisası üzrə təhsilinə xüsusi diqqət ayırır. Bu yaxınlarda bir qrup tələbə ADY-nin təqaüd proqramını qazanıb və təhsilini Rusiya Nəqliyyat Universitetində davam etdirir. Hazırda Çin və Rusiyanın nəqliyyat sahəsi üzrə digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları öyrənilir.

19-11-2024, 14:42
Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır


Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır

Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Sadiq Qurbanov bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Əgər 2018-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi tədbirlərinə 178,3 milyon manat (dövlət büdcəsində xüsusi çəkisi 0,77%) manat vəsait ayrılmışdısa, 2024-cü ildə bu rəqəm 376,9 milyon manat (2,1 dəfə çox və dövlət büdcəsində xüsusi çəkisi 0,95%) təşkil edir”.
19-11-2024, 14:34
Ombudsman hərbçilərə ödənilən pul təminatının artırılmasını təklif etdi


Ombudsman hərbçilərə ödənilən pul təminatının artırılmasını təklif etdi

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması təklif edilir.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.
O, eyni zamanda - müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılmasını tövsiyə edib.
19-11-2024, 13:00
Aİ Gürcüstan hökumətinə ayırdığı 121 milyonluq yardımı dayandırdı


Aİ Gürcüstan hökumətinə ayırdığı 121 milyonluq yardımı dayandırdı

Avropa İttifaqı (Aİ) Gürcüstan hökuməti üçün ayrılmış 121 milyon avro vəsaiti başqa məqsədlərə yönəltməyi planlaşdırır.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə keçirilən mətbuat konfransında deyib.
26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini ölkənin indiki hökuməti dövründə “demokratik geri çəkilməsini” tkimi qiymətləndirən Aİ Avropa Sülh Fondu vasitəsilə Gürcüstan silahlı qüvvələrinə dəstəyini geri çəkib. Həmçinin birbaşa olaraq Gürcüstana 121 milyon avronun ayrılmasını ləğv edib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu vəsait “vətəndaş cəmiyyətinə və bilavasitə gürcü xalqına fayda verən proqramlara” yönəldiləcək.
Seçkilərdə nələrin baş verdiyini diqqətlə öyrənmək üçün Brüssel Gürcüstana siyasi missiya göndərəcək və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndəsi Gürcüstandakı seçki pozuntuları ilə bağlı öz qiymətləndirməsini təqdim etmək üçün dəvət olunacaq.
“Gürcü arzusu”nun liderləri gürcü xalqının arzularına və Gürcüstanın Aİ-yə doğru irəliləmək məqsədinə zidd olaraq ölkəni bu yoldan uzaqlaşdırdılar. Biz hamımız Gürcüstan üçün eyni şeyi istəyirik - onu Avropa yoluna qaytarmaq”, - Josep Borrel vurğulayıb:
“Gürcü xalqına ötən il Gürcüstana səfərim zamanı dediyimi təkrarlamaq istəyirəm: Avropa İttifaqının qapısı Gürcüstan üçün açıq qalacaq”.
19-11-2024, 12:38
Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb


Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb

Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Giuseppe Valditara ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
19-11-2024, 12:33
Rusiya bu hallarda nüvə silahından istifadə edəcək - Putin yeni doktrinanı imzaladı


Rusiya bu hallarda nüvə silahından istifadə edəcək - Putin yeni doktrinanı imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını – nüvə hərbi təhdidinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.
Vladimir Putin bu haqda fərman imzalayıb.
Doktrinanın əsas prinsipi olaraq göstərilib ki, nüvə silahı Rusiyanın suverenliyini qorumaq üçün son çarədir.
Eyni zamanda, qeyd edilib ki, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli idi.
Fərman nüvə təhdidləri ilə bağlı dövlətlərin və hərbi ittifaqların kateqoriyasını genişləndirib.
Beləliklə, hər hansı qeyri-nüvə dövlətinin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə hücumu onların Rusiyaya qarşı birgə təcavüzü sayılacaq.
Sənədə görə, adi silahlarla Rusiyanın suverenliyinə kritik təhlükə yarandıqda və ya İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, buna qarşı da nüvə reaksiyası mümkündür.

Doktrinanın əsas tələbləri:

- Rusiya Federasiyasının nüvə silahından istifadəyə hazır olması və qətiyyəti nüvə təhdidinin qarşısının alınmasını təmin edəcək;

- Rusiya Federasiyası özünün və Belarusun suverenliyinə və ərazi bütövlüyünə kritik təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilər;

- Yenilənmiş nüvə doktrinası nüvə hücumu həyata keçirən düşməni müəyyən edir.

Nüvə silahından istifadə şərtləri arasında Rusiya Federasiyasına qarşı ballistik raketlərin buraxılması da yer alır.
Doktrinaya görə, Rusiya Federasiyasına qarşı təcavüz üçün ərazi və resursların verilməsi belə bir dövlətin nüvə təhdidinin qarşısının alınması üçün əsasdır.
Rusiyanın nüvə doktrinasının əvvəlki variantı 2020-ci ilin iyununda təsdiqlənmişdi.
19-11-2024, 12:27
Dağlara qar yağacaq - Sabahın havası


Dağlara qar yağacaq - Sabahın havası

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
19-11-2024, 12:15
İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi istədi


İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi istədi

İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ-da prezident seçkilərinin respublikaçılardan olan qalibi Donald Trampı təbrik edib.
Bu barədə Rza Pəhləvi sosial şəbəkədəki paylaşımında bildirib.
“Sizi ABŞ prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır”, - deyə Rza Pəhləvi təbrikində qeyd edib.
Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.
İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır.
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!