Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi .....                        Yük maşınları yeni qaydada yoxlanılacaq .....                        Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar .....                        Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub .....                        Prezident Artur Rasizadəyə: "Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz" .....                        Tərtərdə binada yanğın oldu .....                        Hava ilə bağlı növbəti xəbərdarlıq - 20 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq .....                        Xəzərdə kapitanın səhhətində problem yarandı: təxliyə edildi .....                        Makron Ukrayna məsləsinə görə Trampın qəbuluna gedir .....                       
17-02-2025, 23:01
Zelenski Türkiyədədir


Zelenski Türkiyədədir

Ukrayna prezidenti Volodimir Zelenski Ankarada səfərdədir.
Zelenski və nümayəndə heyətini daşıyan təyyarə Ankara Esenboğa hava limanına eniş edib.
Zelenskini hava limanında rəsmi şəxslər qarşılayıblar. O, sabah Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun açıqlayıb ki, görüşdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Açıqlamada iki liderin əməkdaşlığın və ikitərəfli əlaqələrin yaxşılaşdırılması yollarını, Ukraynada baş verən son hadisələri, regional və qlobal məsələləri müzakirə edəcəkləri bildirilir. Tərəflərin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımları da müəyyən edəcəyi gözlənilir.
Zelenskinin Türkiyəyə səfəri Rusiya Federasiyası və ABŞ-ın rəsmi nümayəndə heyətləri arasında çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlara təsadüf edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Yuşakov artıq Ər-Riyaddadırlar. Burada sabah Rusiya ilə ABŞ arasında danışıqlar baş tutacaq.
Səudiyyə Ərəbistanının paytaxtında ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin bərpası perspektivlərini, habelə Ukrayna böhranının mümkün həlli məsələsini müzakirə edəcəklər. Danışıqlarda ABŞ tərəfdən dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edəcək.
17-02-2025, 22:46
Tehranda Şərqi Zəngəzur - Naxçıvan layihəsi müzakirə edildi


Tehranda Şərqi Zəngəzur - Naxçıvan layihəsi müzakirə edildi

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.
17-02-2025, 21:45
Bakıda ağıllı radarlar quraşdırılıb? - RƏSMİ


Bakıda ağıllı radarlar quraşdırılıb? - RƏSMİ

Bəzi sürücülər Bakıda hava limanı şossesində radarlar arasında sürəti ölçə bilən ağıllı radarlar quraşdırıldığını iddia edirlər.
İddiaları Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev cavablandırıb.
BDYPİ rəsmisi bildirib ki, ölkə yollarında zamana görə sürəti qiymətləndirən radarlar yoxdur.
Daha ətraflı Xəzərxəbər-in hazırladığı süjetdə:

[media=https://youtu.be/kTbDfv5AGo8]
17-02-2025, 20:14
Trampla Makron danışıqlar apardı


Trampla Makron danışıqlar apardı

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
Telefon danışığı Avropa ölkələrinin Ukrayna ilə bağlı Parisdəki görüşündən əvvəl baş tutub.
17-02-2025, 19:50
Həmin silahlar Vardanyanın vasitəsilə alınıbmış - Məhkəmə


Həmin silahlar Vardanyanın vasitəsilə alınıbmış - Məhkəmə

Fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən vurğulanıb.
Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının vaxtilə işğal altında olan suveren ərazilərinin minalanması, əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarına verilmiş işgəncələr, törədilmiş ayrı-ayrı cinayət faktları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatlarının başlanılmasını qaçılmaz edən hallara dair epizodlar elan edilib.
İttiham aktına əsasən bildirilib ki, 2022-ci il sentyabrın 12-dən 14-dək olan müddət ərzində Ermənistanın silahlı döyüş mövqelərindən Azərbaycanın Zəngilan, Qubadlı, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Silahlı Qüvvələrinin mühafizə postları və qərargahlarının iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu qəsdən öldürülüb, 435 hərbi qulluqçu suna, habelə Kəlbəcər rayonunun 1 dinc mülki sakininə ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürmələrinə cəhd edilib.
Bundan başqa, qeyd olunub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.
Yekunda Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs Ruben Vardanyanın ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.
Bildirilib ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.
Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, ona istinad olunan əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı, həmçinin təqsirləndirilən şəxsin malik olduğu hüquqları izah edib.
Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.
17-02-2025, 19:20
Zelenski sabah Türkiyəyə gedir - Detallar AÇIQLANDI


Zelenski sabah Türkiyəyə gedir - Detallar AÇIQLANDI

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri ilə bağlı bir sıra detallar məlum olub.
Detalları Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun açıqlayıb.
Sabah baş tutacaq səfərdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Onun sözlərinə görə, danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutacaq.
“Fevralın 18-də prezident Rəcəb Tayyib Ərdoğan özünün dəvəti ilə ölkəyə rəsmi səfərə gələcək Ukrayna prezidenti Volodimir Zelenski ilə prezident sarayında görüşəcək”, – Fahrettin Altun sosial şəbəkədə yazıb.
Bəyanatda iki liderin əməkdaşlığın və ikitərəfli əlaqələrin yaxşılaşdırılması yollarını, Ukraynada baş verən son hadisələri, regional və qlobal məsələləri müzakirə edəcəkləri bildirilir. Tərəflərin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımları da müəyyən edəcəyi gözlənilir.
Zelenskinin Türkiyəyə səfəri Rusiya Federasiyası və ABŞ-ın rəsmi nümayəndə heyətləri arasında çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlara təsadüf edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüş Rusiya-Amerika münasibətlərinin bərpasına, Ukrayna münaqişəsi üzrə mümkün danışıqların hazırlanmasına, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün təşkilinə həsr olunacaq. Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov təmsil edəcək. Amerika tərəfinə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun daxil olacağı gözlənilir.
17-02-2025, 18:40
Türkiyədə universitetə silahlı hücum olundu


Türkiyədə universitetə silahlı hücum olundu

Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinə silahlı hücum olub.
Universitetin məzunu olmuş Bestami Serdar ali təhsil ocağının Səhiyyə Elmləri Fakültəsinin dekan müavini Müjdat Yeşildalını güllələyib.
Hadisədən dərhal sonra B.Serdar özünə də atəş açaraq, intihara cəhd edib.
Hər iki şəxs xəstəxanaya yerləşdiriliblər onların vəziyyətini ağır qiymətləndiriblər. Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.
17-02-2025, 18:37

“Zaur Ustacın poetik dünyası”


“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
Məlumat üçün bildirək ki, Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. Əslən Ağdamın Yusifcanlı kəndindəndir. Elə ilk təhsilini də doğma Yusifcanlı kəndində alıb. Sonra təhsilini ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda davam etdirib. Birinci Qarabağ Müharibəsi iştirakçısıdır, hazırda ehtiyatda olan zabitdir.
Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisist Vaqif İsaqoğludur.
Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdən təhlilindən ibarət olan kitab böyük bir auditoriya - filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatçısı Rahilə Qaralovadır.
Şair-publisist Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Qurban Bayramov, Vaqif Yusifli, Ayətxan Ziyad, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac - 50” layihəsi çərçivəsində nəşr edilib.
Hazırladı: Mina RƏŞİD
17-02-2025, 18:36
Əli Əsədov İrana getdi


Əli Əsədov İrana getdi

Fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.
17-02-2025, 18:10
Həqiqətə aparan mistik yol


Həqiqətə aparan mistik bir yol: "Sehrbazlar dərəsi" tamaşası

Premyerası təqdim olunan "Sehrbazlar dərəsi" tamaşası, Xalq yazıçısı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan eyniadlı romanı əsasında səhnələşdirilib. Tamaşa mistik əhvalatlar, paralel dünyalar arasındakı ahəng, insanın daxili mübarizəsi, həqiqət axtarışı və ruhi sülhə çatma mövzularını əhatə edir.
Hadisələr baş qəhrəman Karvanbaşının atası Cəlladbaşını axtarmaq üçün yola çıxması ilə başlayır. Tale onu Sehrbazlar dərəsi adlanan sirli və metafizik bir məkana gətirir. Burada o, Ağ dərviş və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhlarla qarşılaşır. Atasının izinə düşdükcə, əslində, özünü və həqiqəti dərk etmək üçün bir sınağa çəkildiyini anlayır.
Karvanbaşı bu sirli məkanda müxtəlif sınaqlardan keçir və nəticədə yolun sonu faciəvi bir aqibətlə bitir. Tamaşa insanın həqiqət axtarışında ödədiyi bədəl, daxili mübarizənin çətinliyi və bağışlamağın gücü kimi dərin fəlsəfi mesajlar verir.
Karvanbaşının hekayəsi göstərir ki, hər bir insanın öz həqiqətini tapmaq üçün keçməli olduğu bir yol var və bu yol, bəzən özünü itirmədən keçilməzdir.
Tamaşanın uğurlarından biri də aktyorların inandırıcı və təsirli ifasıdır. Karvanbaşını canlandıran aktyorun oyunu tamaşaçıya onun daxili çırpınışlarını göstərir.
Onun ümidsizliyi, qəzəbi ümidsizliyi, qəzəbi və daxili sarsıntıları ustalıqla təqdim olunur. Xüsusilə, Ağ Dərvişin fəlsəfi nitqləri və Səyyah Sehrbazın sirli duruşu tamaşanın mistik ovqatını daha da gücləndirir.
Bütün aktyor heyəti həm psixoloji, həm də fiziki oyunu birləşdirərək tamaşanı daha təsirli edir. Bədən dili, üz ifadələri və səhnədəki hərəkətlər tamaşaçını Sehrbazlar dərəsinin sehrli dünyasına aparır.
Tamaşa boyu istifadə edilən işıq oyunları, səs effektləri və səhnə dekorasiyası mistik atmosferi gücləndirərək Sehrbazlar dərəsinin metafizik dünyasını canlandırır.
Səhnəyə sirli bir dərinlik verən duman və kölgə oyunları tamaşaçını bu dünyanın bir parçasına çevirir.
Zaman və məkanın sərhədlərinin itirildiyi səhnələrdə işıq və səslərin ritmi tamaşaçını xəyali bir səyahətə aparır, onu gerçəklik və illüziya arasında qeyri-müəyyən bir dünyaya sürükləyir. Gerçək və xəyali dünyalar arasındakı sərhədlərin silinməsi, tamaşaçıya reallığın nisbi olduğunu xatırladır. Tamaşa, görünən və görünməyən aləmlərin bir-biri ilə necə qarşılaşa biləcəyini vizual və səs effektləri ilə nümayiş etdirir.
"Sehrbazlar dərəsi "sadəcə bir teatr əsəri deyil, eyni zamanda insanın daxili dünyasına bir səyahətdir.
Tamaşanın sonunda tamaşaçı, öz həyatında hansı həqiqətləri axtardığını, hansı bədəlləri ödədiyini və ən sonunda içində barışıq tapıb-tapmadığını düşünməyə başlayır.
Bəlkə də tamaşaçı, öz həyatında da Karvanbaşı kimi həqiqət axtarışında olduğunu, bəzən həqiqətin onu qorxutduğunu, bəzən də onu dəyişdirdiyini hiss edir. Tamaşanın mistik atmosferi bir müddət onunla qalır və o, gündəlik həyatda öz daxili səsini dinləməyə başlayır.
Tamaşa sual verməyə vadar edir: Həqiqətə çatmaq üçün nələrdən keçməyə hazırsan?
Həyatımızdakı bəzi cavabları tapmaq üçün keçməli olduğumuz yollar bəzən ağrılı, bəzən isə aydınladıcı olur. Tamaşadan sonra bu suallar uzun müddət tamaşaçının zehnində qalır və düşünməyə vadar edir.
Qeyd edim ki, tamaşa Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunur. Bu möhtəşəm tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə – rejissor, aktyorlar, texniki heyət və digər yaradıcı şəxslərə təşəkkür edirəm.
Şəhla Əhmədova
Azərbaycan Dillər Universiteti
İctimaiyyətə əlaqələr şöbəsinin əməkdaşı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!